| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Xəbər arxivi
Çap versiyası
26.12.2017

Azərbaycan Standartlaşdırma İnstitutu, Patent və Əmtəə Nişanları Mərkəzi və

Azərbaycan Akkreditasiya Mərkəzinin rəhbər vəzifələrinə təyinatlar olub - FOTO 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Patent və Əmtəə Nişanları Mərkəzi” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin Baş direktoru vəzifələrinə təyinatlar olub. Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru vəzifəsinə Namiq Tağıyev, Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru vəzifəsinə Günel Sevdimalıyeva və Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru vəzifəsinə Namiq Əliyev təyin olunublar.

Məlumat üçün bildirək ki, adları çəkilən publik hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən Komitə tərəfindən təsis olunub. Azərbaycan Standartlaşdırma İnstitutu standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir. Patent və Əmtəə Nişanları Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını aparan, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir. Azərbaycan Akkreditasiya Mərkəzi isə akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır