ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

2024-cü ilin 3 ayı ərzində milli standartlaşdırma qurumu tərəfindən standartlaşdırma sahəsində görülən işlər
22 Aprel, 2024

          2024-cü ilin 3 ayı ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərə töhfə vermək, dayanıqlı və inklüziv iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramları üzrə müəyyən edilmiş tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 30 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

1.     Qida texnologiyası və kənd təsərrüfatı üzrə 21 dövlət standartı qəbul edilib:

1.AZS 280:2024 “Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər” (AZS 280:2007 əvəzinə və dövri yoxlama).

2.AZS 210:2024 “Kəsmik məmulatları. Ümumi texniki şərtlər” (AZS 210:2006 əvəzinə və dövri yoxlama).

3.AZS 290:2024 “Qatılaşdırılmış şəkərli süd konservləri. Ümumi texniki şərtlər” (AZS 290:2007 əvəzinə və dövri yoxlama).

4.AZS 286:2024 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq” (AZS 286:2016 əvəzinə və dövri yoxlama).

5.AZS 207:2024 “Yarımbərk pendirlər. Ümumi texniki şərtlər” (AZS 207:2006 əvəzinə və dövri yoxlama).

6.AZS İSO 14182:2024 “Heyvan yemləri-Fosforüzvi tərkibli pestisidlərin qalıq miqdarının təyin edilməsi-Qaz xromatoqrafiya metodu” (ilk dəfə).

7.AZS ISO 22258:2024 “Ənənəvi Çin təbabəti - qaz xromotoqrafiyası üsulu ilə təbii məhsullarda pestisidlərin qalıq miqdarının təyin edilməsi” (ilk dəfə).

8.AZS ГОСТ 34306:2024 “Təzə baş soğan. Texniki şərtlər” (ilk dəfə).

9.AZS ГОСТ 14189:2024 “Pestisidlər. Nümunə götürmə, qəbul qaydaları, qablaşdırma, markalanma, daşınma və saxlanma qaydaları” (ilk dəfə).

10.AZS 946:2024 (ГОСТ 33410-2015) “Alkoqolsuz, az alkoqollu şərab və şirə məhsulları. Yüksək effektli maye xromotoqrafiya üsulu ilə üzvi turşuların təyini” (ilk dəfə).

11.AZS 947:2024 (ГОСТ 3343-2017) “Qatılaşdırılmış tomat məhsulları. Ümumi texniki şərtlər” (ilk dəfə).

12.AZS ISO 22855:2024 “Meyvə və tərəvəz məhsulları. Yüksək keyfiyyətli maye xromatoqrafiya üsulu ilə benzoy turşusu və sorbin turşusu konsentrasiyalarınin təyini” (ilk dəfə).

13.AZS 069:2024 “Əridilmiş bitki yağları. Ümumi texniki şərtlər” (AZS 069:2001 əvəzinə və dövri yoxlama).

14.AZS 070:2024 “Qoz və fındıq yağları. Texniki şərtlər.” (AZS 070-2001  əvəzinə və dövri yoxlama).

15.AZS 106:2024 “Meyvə nektarları. Texniki şərtlər” (AZS 106-2003 əvəzinə və dövri yoxlama).

16.AZS TS 1253:2024 “Xiyar (Cucumis Sativus L)” (ilk dəfə).

17.AZS ISO 662:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Nəmliyin və uçucu maddələrin tərkibinin təyini” (AZS 516-2003 əvəzinə).

18.AZS ISO 663:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Həll olmayan qatışıqların miqdarının təyini” (AZS 524-2010 əvəzinə).

19.AZS ISO 3961:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Yod ədədinin təyini” (AZS 519-2010  əvəzinə).

20.AZS ISO 6320:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Şüasındırma əmsalının təyini” (AZS 527-2010  əvəzinə).

21.AZS 948:2024 (ГОСТ 16978-2019) “Tomat sousunda balıq konservləri. Texniki şərtlər” (ilk dəfə).

2.    Tikinti materialları üzrə 2 dövlət standartı qəbul edilib:

1. AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları” (ilk dəfə).

2. AZS EN 206:2024 “Beton, Xüsusiyyət, istismar, istehsal və uyğunluq” (ilk dəfə).

3.    İdarəetmə və keyfiyyət üzrə 4 dövlət standartı qəbul edilib:

1.AZS İSO/İEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər” (AZS İSO/İEC 17024:2012 əvəzinə və dövri yoxlama).

2. AZS ISO 21001:2024 “Təhsil təşkilatları. Təhsil təşkilatları üçün idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” (ilk dəfə).

3. AZS ISO/IEC 17029:2024 “Uyğunluğun qiymətləndirilməsi. Validasiya və verifikasiya orqanları üçün ümumi prinsip və tələblər” (ilk dəfə).

4. AZS ISO 30414:2024 “İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar” (ilk dəfə).

4. Elektromaqnit uyğunluğu sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:

1.AZS ETSI/EN 301 489-17V3.2.3:2024 “Radio avadanlığı və xidmətləri üzrə Elektromaqnit Uzlaşması (EMC) standartı; 17-ci hissə: Genişzolaqlı məlumat ötürmə sistemləri üzrə xüsusi  şərtlər; Elektromaqnit uzlaşması üçün uyğunlaşdırılmış standart” (ilk dəfə).

5. Elektrotexnika sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:

1. AZS EN 50130-4:2024 “Xəbərdarlıq sistemləri-Hissə 4: Elektromaqnit uzlaşması-Məhsul ailəsi standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial siqnalizasiya sitemlərinin komponentləri üçün dözümlülük tələbləri” (ilk dəfə).

6. Hidravlik sistemlər üzrə 1 dövlət standartı qəbul edilib:

1. AZS ASTM D1998:2024 “Polietilen şaquli saxlama çənləri üçün standart texniki şərtlər” (ilk dəfə).

Eyni zamanda 13 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya  dəyişikliklər edilib:

1.AZS İSO/İEC17024:2012 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər”.

2.AZS 280:2007 “Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər”.

3.AZS 210:2006  “Kəsmik məmulatları. Ümumi texniki şərtlər”.

4.AZS 290:2007 “Qatılaşdırılmış şəkərli süd konservləri. Ümumi texniki şərtlər”.

5.AZS 286:2016 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq”.

6.AZS 207:2006 “Yarım bərk pendirlər. Ümumi texniki şərtlər”.

7.AZS 069-2001 “Əridilmiş bitki yağları. Ümumi texniki şərtlər”.

8.AZS 070-2001 “Qoz və fındıq yağları. Texniki şərtlər”.

9.AZS 106-2003  “Meyvə nektarları. Texniki şərtlər”.

10.AZS 516-2003 “Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini”.

11.AZS 524-2010 “Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların miqdarının təyini”.

12.AZS 519-2010 “Bitki və heyvan yağları və piyləri. Yod ədədinin təyini”.

13.AZS 527-2010 “Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini”

13 dövlət standartı ləğv edilib:

1.AZS İSO/İEC17024:2012 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər”.

2.AZS 280:2007 “Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər”.

3.AZS 210:2006  “Kəsmik məmulatları. Ümumi texniki şərtlər”.

4.AZS 290:2007 “Qatılaşdırılmış şəkərli süd konservləri. Ümumi texniki şərtlər”.

5.AZS 286:2016 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq”.

6.AZS 207:2006 “Yarım bərk pendirlər. Ümumi texniki şərtlər”.

7.AZS 069-2001 “Əridilmiş bitki yağları. Ümumi texniki şərtlər”.

8.AZS 070-2001 “Qoz və fındıq yağları. Texniki şərtlər”.

9AZS 106-2003  “Meyvə nektarları. Texniki şərtlər”.

10.AZS 516-2003 “Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini”.

11.AZS 524-2010 “Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların miqdarının təyini”.

12.AZS 519-2010 “Bitki və heyvan yağları və piyləri. Yod ədədinin təyini”.

13.AZS 527-2010  “ Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini”

Cari ilin yanvar-mart aylarında Sahibkarların sifarişi əsasında 29 texniki şərtlər hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Tarix:

22 Aprel, 2024