ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın nümayəndəsi ISO-nun standartlaşdırma üzrə Texniki Komitəsinin iclasında iştirak edib.
23 Aprel, 2024

      Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi və “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND TK/36) sədri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Zinət əşyaları və qiymətli metallar” (Jewellery and precious metals) standartlaşdırması üzrə Texniki Komitəsinin (ISO/TC 174) və işçi qruplarının İtaliyanın Viçenza şəhərində keçirilən iclasında iştirak edib.

İtaliya Standartlar Qurumunun (UNI – Italian Standards Body) təşkilatçılığı ilə 17-18 aprel tarixlərində keçirilən iclasda AZSTAND-ın nümayəndəsi ilə yanaşı, Fransa Standartlaşdırma Assosiasiyası (AFNOR), Almaniya Standartlar İnstitutu (DİN), Çin Standartlaşdırma İdarəsi (SAC), İsvecrə Standartlaşdırma Assosiasiyası (SNV) Britaniya Standartlar İnstitutu (BSI) və digər ölkələrin standartlaşdırma üzrə qurumlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, AZSTAND-ın nümayəndəsi sözügedən Texniki Komitənin (ISO/TC 174) iclasında ISO-nun sponsorluq proqramı (ISO sponsorship programme) çərçivəsində iştirak edib.

Tarix:

23 Aprel, 2024