| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
26.04.2017

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “Azərbaycanda innovasiya potensialı” mövzusuna və “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş konfrans keçirilib - FOTO

“Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası “İlin Patenti” müəyyən olunub

Cari ilin 26 aprel tarixində Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə  “Azərbaycanda innovasiya potensialı” mövzusuna və “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov elmi-texnoloji yeniliklərin bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edən, yaranan məhsula əlavə dəyər verən, insan kapitalına əsaslanan əsas qeyri-maddi aktivlər olduğunu bildirib. Komitə sədri milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib. O, beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açdığını və böyük iqtisadi uğurla nəticələndiyini deyib.

Komitə Sədri bildirib ki, Prezident İlham Əliyev cari ilin 17 aprel tarixində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelə keçməklə bundan sonra ölkə iqtisadiyyatının islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirələcəyini bir daha bəyan edib.

Ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır. Komitə sədri qeyd edib ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair cənab Prezidentin Fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır.

Ramiz Həsənovun sözlərinə görə cari ilin 10 fevral tarixində ölkə başçısı tərəfindən imzalanmış Fərmana əsasən keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs təsis edilib. O, adıçəkilən mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsirini daha da artıracaqağını qeyd edib. Yeni yaradılmış Patent və Əmtəə Nişanları Mərkəzində bu tip təşəbbüsləri dəstəkləmək üçün Texnologiyaların transferi və kommersiyalaşdırılması departamenti təsis edildiyini bildirən Komitə sədri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirilən “Texnologiyalar və İnnovasiyalara Dəstək Mərkəzləri”nin yaradılması və əqli mülkiyyət sahəsi üzrə təlimçilərin hazırlanması layihələrinin də elmi araşdırma və təhsil müəssisələri üçün bu sahədə əlavə imkanlar yaradacağını deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından söz açmışdır. Belə bir zamanda elmi-tədqiqat təşkilatlarının və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur. Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək hər hansısa mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın – deyə Akif Əlizadə qeyed edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik inkişaf edən Azərbaycanda innovativ təşəbbüslərə daim yaşıl işıq yandırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və ideyası əsasında yaradılan “ASAN xidmət” mərkəzləri ölkəmizdə innovativ islahatlar sahəsində əsl “nou-xau” oldu. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə və ən əsası vətəndaş məmnunluğuna nail olmağa imkan verdi – deyə İnam Kərimov bildirib. Hazırda 11 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən ümumilikdə 230-dan çox xidmət göstərildiyini bildirib.

Konfransda həmçinin Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru v.i.e. Günel Sevdimalıyeva çıxış ediblər.

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib. Müsabiqənin nəticələrinə əsasən, “Yüksək dispersli metal tozunun alınma üsulu”, “Fotohəssas material, “Tomsonit tipli seolitin alınma üsulu” ixtiraları həvəsləndirici mükafata, “Dəniz suyunun şirinləşdirilməsi üsulu”, “Quyu süzgəci”, “Yarımkeçirici materialın nazik təbəqəsi üzərində nanoölçülü elementlərin formalaşdırılması üsulu”, “Təbii neft turşularının poliamidi yol bitumuna çoxfunksiyalı aşqar kimi” ixtiraları III yerə, “Teplovoz və sənaye dizelləri üçün motor yağı”, “Fenilasetileninstirola selektiv hidrogenləşmə üsulu”, “Ürək-damar sisteminin  və nəfəs yollarının faliyyətinin monitorinq üsulu” ixtiraları II yerə, “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası isə I yerə layiq görülərək “İlin patenti” elan edilib. Qaliblər diplom və mükafatlarla ilə təltif ediliblər.

               

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır