| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” TK/Hesabatlar
Çap versiyası
Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsinin (TK 05) növbəti iclası keçirilib

Oktyabrın 22-də Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini, Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsinin sədri Elmir Vəlizadənin rəhbərliyi ilə TK 05-in növbəti iclası keçirilib.
İclasın gündəliyindəki ilk məsələ informasiya təhlükəsizliyi sahəsində ISO/IEC 27001:2005, ISO/IEC 27005:2008, ISO/IEC 11770-1:1996 və ISO/IEC TR 18044:2004 beynəlxalq standartlarına əsasən hazırlanmış 4 milli standartın qəbul edilməsi olub. Standartlara komitənin əvvəlki iclasında ətraflı baxıldığı və onların aidiyyəti qurumlarla razılaşdırıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. E. Vəlizadənin təklifi ilə standartlar səsverməyə çıxarılaraq qəbul edilib və dövlət qeydiyyatına alınmaq üçün Standartlaşdırma və Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunması qərara alınıb.
Nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev TK 05-in 2010-cu il üçün İş Planına uyğun olaraq hazırlanmış milli terminoloji standartlar barədə məlumat verib. Müzakirəyə çıxarılan standartların İT terminologiya üzrə ISO/IEC 2382 standartının 7, 28 və 34-cü hissələrinə əsaslandığı və hazırda ekspertlər tərəfindən uyğunluğun yoxlanılması işlərinin həyata keçirildiyi bildirilib. İclas iştirakçıları terminoloji standartların layihələri ətrafında geniş fikir mübadiləsi aparılıblar.
İclasda Azərbaycan əlifbası hərflərinin kompüter klaviaturasında düzüm standartları və TK 05-in fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

http://tk05.org.az/view.php?lang=az&menu=37&id=60  

Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" 
Texniki Komitəsinin 2009-cu il ərzində fəaliyyəti barədə
H E S A B A T

Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi (TK 05) 2009-cu ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların hazırlanması, onlardan istifadənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirmişdir.
2009-cu il üçün qəbul edilmiş İş Planına uyğun olaraq milli informasiya təhlükəsizliyi standartlarının hazırlanması sahəsində fəaliyyət həyata keçirilmiş, ISO-nun x.509 və 3 hissədən ibarət ISO/IEC 15408-2008 standartlarına əsasən aşağıda adları qeyd olunan Azərbaycan milli standartlarının layihələri işlənilərək aidiyyəti qurumlarla razılaşdırılmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq tətbiq olunmuşdur:
1. AZS 325-2008. İnformasiya Texnologiyaları - Aşıq Sistemlərin Qarşılıqlı Əlaqəsi - Direktoriya: Açıq açar və atributlar sertifikatı infrastrukturu.
2. AZS 356.1-2009. İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 1)
3. AZS 356.2-2009. İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 2)
4. AZS 356.3-2009 İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 3)
Bu standartların hər biri kitab şəklində çap etdirilərək SMPDK-ya, əlaqədar dövlət qurumlarına və TK 05-in üzv təşkilatlarına təqdim edilmişdir. Məlumat üçün bildirək ki, Azərbaycanın informasiya təhlükəsizliyi üzrə ilk milli standartı - AZS 324-2008 (ISO/IEC27002-2005) TK 05 tərəfindən hazırlanmışdır və 2009-cu ilin yanvarından qüvvədədir.
İnformasiya təhlükəsizliyi üzrə milli standartlar blokunun genişləndirilməsi məqsədilə 2009-cu ilin İş Planına əsasən aşağıda göstərilən 4 beynəlxalq təhlükəsizlik standartı identik tərcümə edilmiş, ekspertlər tərəfindən uyğunluğun yoxlanılması işləri başa çatdırılmışdır:
1. ISO/IEC 27001-2005. İnformasiya Təhlükəsizliyi - Təhlükəsizlik metodları - İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri - Tələblər.
2. ISO/IEC 27005-2007. İnformasiya texnologiyaları - Təhlükəsizlik metodları - İnformasiya təhlükəsizliyi risklərinin idarə olunması.
3. ISO/IEC TR 18044-2007. İnformasiya Texnologiyası - Təhlükəsizlik metodları- İnformasiya təhlükəsizliyi insidentinin idarə olunması.
4. ISO/IEC 11770-1-2007 İnformasiya texnologiyası - Təhlükəsizlik metodları - Açarın idarə olunması. (Hissə 1)
Hazırda bu standartlara aidiyyəti qurumlardan daxil olan rəylərə baxılır. Standartlar TK 05-də qəbul edildikdən sonra dövlət qeydiyyatına alınması üçün SMPDK-ya təqdim olunacaqdır.
Eyni zamanda, informasiya texnologiyaları sahəsində vahid terminoloji bazanın formalaşdırılması üçün İT terminologiya üzrə 36 hissəli ISO/IEC 2382 standartının vacib olan 6 hissəsinə əsasən aşağıdakı milli terminoloji standartların layihələri hazırlanmışdır:
1. ISO/IEC 2382-1:1993. İnformasiya Texnologiyaları - Sözlük - Fəsil 1: Fundamental terminlər.
2. ISO/IEC 2382-8:1998. İnformasiya Texnologiyaları - Sözlük - Fəsil 8: Təhlükəsizlik.
3. ISO/IEC 2382-9:1995. İnformasiya Texnologiyaları - Sözlük - Fəsil 9: Verilənlərin ötürülməsi.
4. ISO/IEC 2382-17:1999. İnformasiya Texnologiyaları - Sözlük - Fəsil 17: Verilənlər bazası
5. ISO/IEC 2382-25:1992 İnformasiya Texnologiyaları - Sözlük - Fəsil 25: Lokal şəbəkələr.
6. ISO/IEC 2382-27:1994 İnformasiya Texnologiyaları - Sözlük - Fəsil 25: Ofisin avtomatlaşdırılması.
Standartlara aidiyyəti qurumlar tərəfindən baxılmışdır. Hazırda onlardan daxil olan rəylər TK 05-də təhlil olunur.
Qeyd etdiyimiz 4 milli təhlükəsizlik standartının qüvvəyə minməsi müxtəlif informasiya sistemlərində informasiya təhlükəsizliyinin təmin olunmasına, həmçinin E-imzanın tətbiqi, "CERT" milli mərkəzinin yaradıl¬ması işlərinə mühüm töhfə olacaqdır. Milli terminoloji standartlar isə sahə üzrə standartların, təsnifatların tərcüməsində, dərslik və lüğətlərin hazırlanmasında istifadə olunacaqdır.
Hesabat dövründə TK 05-in internet saytının (www.tk05.org.az) yenilənməsi üzrə işlər aparılmışdır. Hazırda bu işlər başa çatmaq üzrədir və müvafiq bölmələr üzrə materiallar saytda yerləşdirilir.
Məlumat üçün bildiririk ki, TK 05-in 2010-cu il üçün İş Planı qəbul edilmişdir. Planına əsasən cari ildə milli İT terminologiya və təhlükəsizlik standartların hazırlanması işlərinin davam etdirilməsi nəzərdə tutulur. Həmçinin, TK 05-in fəaliyyətinin yeni qəbul edilən AZS 1.1-2009 "Standartlaşdırma üzrə Texniki Komitələr: Yaradılması və fəaliyyət qaydası" standartının tələblərinə uyğunlaşdırılması üçün tədbirlərin görülməsi planlaşdırılır. Texniki komitənin bu standarta uyğun fəaliyyət göstərməsi, onun informasiya texnologiyaları üzrə İSO-nun JTC 1 Texniki Komitəsində təmsil olunmasına, beynəlxalq standartlara rəy verməsinə və keçirilən səsvermələrdə iştirakına şərait yaradacaqdır.

Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" 
Texniki Komitəsinin 2008-ci il ərzində fəaliyyəti barədə
H E S A B A T

İKT sahəsi üzrə Azərbaycan Respublikasının milli standartlarının layihələrinin hazırlanması, onların ekspertizası, razılaşdırılması və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, sahə üzrə standartlaşdırmanın vahid elmi-texniki siyasətinin formalaşdırılması, beynəlxalq standartların ölkədə tətbiqinə dair təkliflərin verilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ilə birgə Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi (TK 05) yaradılmışdır. TK 05-in baza təşkilatı kimi RİTN-in Məlumat Hesablama Mərkəzi müəyyən olunmuşdur. Yarım il ərzində TK 05-in 7 iclası keçirilmiş, komitənin strukturu, əsasnaməsi, üzv təşkilatların və onların nümayəndələrinin siyahısı hazırlanaraq təsdiq edilmişdir. TK 05-in tərkibinə ölkənin İKT sahəsində aparıcı dövlət, özəl, elmi-tədris müəssisələri, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika İnstitutları, "Sinam", "Ultra", "R.İ.S.K.", "Microsoft Azərbaycan" və "Cisco" şirkətləri daxildir.
TK 05-in fəaliyyətinin təşkili ilə bağlı aparılan işlər başa çatdırıldıqdan sonra komitənin 2008-ci ilin sonunadək nəzərdə tutulmuş iş planı qəbul edilmişdir. Həmin plana uyğun olaraq, TK 05 tərəfindən informasiya təhlükəsizliyi üzrə 3 beynəlxalq standartın (ISO/IEC 27002-2005, x.509 və ISO/IEC 15408 (hər üç hissəsi)) əsasında Azərbaycan milli standartlarının layihələri hazırlanmış və aidiyyəti üzrə razılaşdırılmışdır. Bunlardan ISO/IEC 27002-2005 beynəlxalq standartı Azərbaycan Respublikasının Dövlət Standartı kimi AZS 324-2008 nömrəsi ilə SMPDK tərəfindən qeydiy¬yata alınmış və 01.01.2009-cu il tarixdən tətbiq edilmişdir. Hazırda digər iki standartın dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlər görülür.
Məlumat üçün bildiririk ki, TK 05-in 2009-cu il üzrə iş planı təsdiq edilmişdir. İnformasiya təhlükəsizliyi üzrə standartlar blokunun genişləndirilməsi məqsədilə iş planına 4 standart daxil edilmişdir. E-imzanın tətbiqi, "CERT" milli mərkəzinin yaradıl¬ması, risklərin idarə olunması və s. işlərdə bu standartlar lazım olacaqdır. Standartların tərcüməsində istifadə edilməsi üçün İT terminologiya üzrə 36 hissədən ibarət ISO/IEC 2382 standartının vacib olan 6 hissəsi iş planına salınmışdır.
Həmçinin, TK 05-in internet saytının sınaq variantı (www.tk05.org.az) hazırlanmışdır. Komitənin strukturu, tərkibi, üzvləri, fəaliyyət istiqamətləri və s. haqqında məlumatlar hazırda saytda yerləşdirilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır