| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
07.01.2011
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında
24.12.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 244

Bakı şəhəri, 24 dekabr 2010-cu il

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında

Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu 1970-ci il 1 iyul tarixli "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə uyğun olaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təhlükəsizliyinin artırılması və beynəlxalq sərnişin və yük daşımalarında rəqəmsal taxoqrafların istifadəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə uyğun olaraq, Azərbaycan Respublikasında 2010-cu il 16 iyun tarixindən sonra dövlət qeydiyyatına alınmış, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan avtobuslar, habelə tam kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri 2011-ci il 1 yanvar tarixindən etibarən rəqəmsal taxoqraflarla təchiz edilsinlər.

2. "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar" təsdiq edilsin (əlavə olunur).

3. "Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda" təsdiq edilsin (əlavə olunur).

4. "Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları" təsdiq edilsin (əlavə olunur).

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 9, maddə 745) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 2.12-ci bəndindən "müntəzəm" və "elektron rəqəmsal" sözləri çıxarılsın.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmişdir

Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair

QAYDALAR

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə (bundan sonra - Saziş), habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin (bundan sonra - sürücü(lər)) iş və istirahət rejimini, taxoqraflardan istifadə qaydalarını, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi və fiziki şəxslərin (bundan sonra - daşıyıcı), sürücülərin hüquqlarını, vəzifələrini və məsuliyyətini, həmçinin Azərbaycan Respublikasının ərazisində taxoqraflarla təchiz olunmuş beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşları tərəfindən nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.

1.3. Bu Qaydalar Sazişə qoşulan istənilən dövlətin (bundan sonra - razılaşan tərəf) ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitəsinin növündən asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində yerinə yetirilən bütün beynəlxalq avtomobil daşımalarına şamil olunur.

1.4. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.4.1. avtonəqliyyat vasitəsi - yüklərin daşınması zamanı istifadə olunan və icazə verilən maksimal kütləsi qoşqu və ya yarımqoşqunun kütləsi də daxil olmaqla 3,5 tondan artıq olan, istənilən avtomobil və ya qoşqu (bu termin istənilən nəqliyyat vasitəsini özündə ehtiva edir), həmçinin sərnişin daşınmasında istifadə olunan və konstruksiyasına və avadanlığına görə sürücü də daxil olmaqla, doqquz nəfərdən artıq sərnişin apara bilən nəqliyyat vasitələri;

1.4.2. yolverilən maksimal kütlə - yüklü avtonəqliyyat vasitəsinin maksimal kütləsinin nəqliyyat vasitəsinin qeydiyyatda olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən müəyyən edilmiş yolverilən həddi;

1.4.3. avtomobil daşımaları - boş, yaxud sərnişinlərin və ya yükün olduğu avtonəqliyyat vasitələri ilə ümumi istifadədə olan yollarla müəyyən marşrut üzrə yerinə yetirilən sərnişin və ya yük daşımaları;

1.4.4. beynəlxalq daşımalar - ən azı bir dövlət sərhədini keçməklə, yerinə yetirilən avtomobil daşımaları;

1.4.5. sürücü - muzdla işləyib-işləməməsindən asılı olmayaraq, müəyyən zaman kəsiyində avtonəqliyyat vasitəsini idarə edən və ya zərurət yarandıqda, olduğu avtonəqliyyat vasitəsini idarə etmək vəzifəsini daşıyan istənilən şəxs;

1.4.6. işçi heyətinin üzvü - muzdla işləyib-işləməməsindən asılı olmayaraq sürücü, konduktor və müşayiət edən şəxs;

1.4.7. həftə - bazar ertəsi saat 00.00-dan bazar günü saat 24.00-dək olan dövr, lakin, sürücüyə həftəni başqa gündən başlamasına qadağa qoyulmur;

1.4.8. istirahət - sürücünün öz vaxtından sərbəst istifadə edə bildiyi bir saatdan az olmayan istənilən fasiləsiz dövr;

1.4.9. fasilə - sürücünün avtonəqliyyat vasitəsini idarə etmədiyi və ya istənilən digər işi yerinə yetirmədiyi və yalnız özünün iş qüvvəsini bərpa etmək üçün istifadə etdiyi istənilən dövr;

1.4.10. gündəlik istirahət dövrü - sürücünün öz vaxtını müstəqil surətdə istifadə edə bildiyi gündəlik adi istirahət dövründən və gündəlik qısaldılmış istirahət dövründən ibarət olan gündəlik dövr;

1.4.11. gündəlik adi istirahət dövrü - müddəti 11 saatdan az olmayan istənilən istirahət dövrü. Gündəlik adi istirahət dövrü iki hissəyə - arasıkəsilmədən 3 saatdan az olmayan və arasıkəsilmədən 9 saatdan az olmayan müddətlərə bölünə bilər;

1.4.12. gündəlik qısaldılmış istirahət dövrü - 11 saatdan çox, lakin 9 saatdan az olmayaraq davam edən istənilən istirahət dövrü;

1.4.13. həftəlik istirahət dövrü - sürücünün öz vaxtını müstəqil surətdə istifadə edə bildiyi və həftəlik adi istirahət dövründən və həftəlik qısaldılmış istirahət dövründən ibarət olan həftəlik dövr;

1.4.14. həftəlik adi istirahət dövrü - 45 saatdan az olmayan istənilən istirahət dövrü;

1.4.15. həftəlik qısaldılmış istirahət dövrü - minimal olaraq sonrakı 24 saatadək ixtisar edilə bilən 45 saatdan az olan istənilən istirahət dövrü;

1.4.16. başqa iş - bilavasitə avtonəqliyyat vasitəsinin idarə olunması işi istisna olmaqla, nəqliyyat və ya digər sahələrdə hər hansı işəgötürən üçün görülən istənilən iş fəaliyyəti. Sürücünün hərəkət edən avtonəqliyyat vasitəsində olduğu, lakin avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunmayan vaxtı, bərədə və ya qatarda olduğu vaxtı, habelə gözləmə vaxtı başqa iş hesab edilmir;

1.4.17. avtonəqliyyat vasitəsinin gündəlik idarə olunması vaxtı - bir gündəlik istirahət dövrünün başa çatması ilə digər gündəlik istirahət dövrünün başlanması arasında və ya gündəlik istirahət dövrü ilə həftəlik istirahət dövrü arasında olan avtonəqliyyat vasitəsinin idarə olunması vaxtının cəmi;

1.4.18. avtonəqliyyat vasitəsinin həftəlik idarə olunması vaxtı - bir həftə ərzində avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf edilmiş vaxt;

1.4.19. avtonəqliyyat vasitəsinin idarə olunması vaxtı - sürücünün avtonəqliyyat vasitəsinin idarə olunması anından başlayaraq istirahət və ya fasiləyə çıxma anınadək avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf etdiyi və Sazişin tələblərinə uyğun olaraq avtomatik, yarımavtomatik və əlyazma üsulu ilə qeyd olunmuş vaxt. Avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunan vaxt arası kəsilən və ya arası kəsilməyən ola bilər;

1.4.20. sürücü heyəti tərəfindən avtonəqliyyat vasitəsinin idarə olunması - avtonəqliyyat vasitəsinin idarə olunmasının hər bir dövrü ərzində, yəni gündəlik istirahətin iki fasiləsiz dövrü arasında və ya gündəlik istirahətin dövrü ilə həftəlik istirahətin dövrü arasında avtonəqliyyat vasitəsinin ən azı iki sürücü tərəfindən idarə olunması. Bu halda avtonəqliyyat vasitəsinin idarə edilməsinin birinci saatı ərzində digər sürücünün avtonəqliyyat vasitəsində olması zəruri hesab olunmur, digər vaxtlarda isə həmin sürücü avtonəqliyyat vasitəsində olmalıdır;

1.4.21. daşıyıcı - muzdla, mükafat müqabilində və ya öz hesabına kommersiya və ya qeyri-kommersiya xarakterli avtomobil daşımalarını yerinə yetirən hər hansı hüquqi və ya fiziki şəxs;

1.4.22. analoq taxoqraf - avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;

1.4.23. qeyd vərəqəsi - məlumatların arasıkəsilmədən qeydə alınması və saxlanması üçün nəzərdə tutulmuş və analoq taxoqrafa daxil edilən vərəqə;

1.4.24. rəqəmsal taxoqraf - avtomatik rejimdə avtonəqliyyat vasitə-sinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;

1.4.25. rəqəmsal taxoqraf kartı - sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanmasını təmin edən inteqral mikrosxemli kart;

1.4.26. sürücü kartı - avtonəqliyyat vasitəsini idarə edərkən, sürücü-nün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların saxlanması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edilən kart.

 

2. Sürücülərin iş və istirahət rejimi

2.1. Beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücüləri üçün avtonəqliyyat vasitəsinin idarə olunması vaxtı aşağıdakı qaydada müəyyən olunur:

2.1.1. avtonəqliyyat vasitəsinin gün ərzində idarə edilməsi vaxtı 9 saatdan artıq olmamalıdır. Həftə ərzində bu vaxt iki dəfədən çox olmayaraq 10 saatadək uzadıla bilər;

2.1.2. avtonəqliyyat vasitəsinin bir həftə ərzində idarə olunması vaxtı 56 saatdan artıq olmamalıdır;

2.1.3. avtonəqliyyat vasitəsinin ardıcıl gələn 2 həftə ərzində arasıkəsilmədən idarə olunmasının ümumi vaxtının cəmi 90 saatdan artıq olmamalıdır;

2.1.4. sürücü başqa işə sərf etdiyi hər hansı vaxtla yanaşı, digər kommersiya daşımalarında istifadə edilən, lakin bu Qaydaların şamil edilmədiyi avtonəqliyyat vasitələrinin idarə olunmasına sərf etdiyi vaxtın da qeydiyyatını aparmalıdır. Həmin qeydlər qeydiyyat vərəqəsində əlyazma üsulu ilə aparılmalı, çap edilməli və ya mexaniki surətdə nəzarət cihazına daxil edilməlidir;

2.1.5. avtonəqliyyat vasitəsinin hərəkətdə olduğu vaxta razılaşan tərəfin ərazisi ilə yanaşı Sazişin tərəfi olmayan dövlətlərin ərazisi ilə hərəkət edilən vaxt da daxil edilir.

2.2. Beynəlxalq avtomobil daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri üçün fasilə vaxtları aşağıdakı qaydada müəyyən olunur:

2.2.1. avtonəqliyyat vasitəsini 4,5 saat ərzində idarə etdikdən sonra, istirahət dövrü başlamamışdırsa, sürücü minimal olaraq arasıkəsilmədən 45 dəqiqəlik fasilə etməlidir. Həmin 45 dəqiqəlik fasilə avtonəqliyyat vasitəsinin 4,5 saat ərzində idarə olunması vaxtı ərzində bölüşdürülərək, ardıcıl olaraq 30 dəqiqəlik və 15 dəqiqəlik fasilələrlə də əvəz oluna bilər;

2.2.2. gözləmə vaxtı, habelə avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunmayan və hərəkətdə olan avtonəqliyyat vasitəsində (bərədə, qatarda) keçirilən vaxt başqa iş hesab edilmir və fasilə kimi qəbul oluna bilər;

2.2.3. fasilə ərzində sürücü hər hansı digər işlə məşğul olmamalıdır. Bu zaman gözləmə vaxtı, habelə avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunmayan və bərə və ya qatarla nəql edilən avtonəqliyyat vasitəsində keçirilən vaxt başqa iş hesab edilmir;

2.2.4. fasilələr gün ərzindəki istirahət dövrünün vaxtına daxil edilmir.

2.3. Beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücüləri üçün istirahət vaxtı aşağıdakı qaydada müəyyən olunur:

2.3.1. sürücü gündəlik və həftəlik istirahətə malik olmalıdır;

2.3.2. əvvəlki gündəlik və ya həftəlik istirahətin bitməsindən sonra hər 24 saat ərzində sürücü yeni gündəlik istirahətə malik olmalıdır. 24 saatlıq istirahətə aid edilən gündəlik istirahətin müəyyən hissəsi 9 saatdan az deyildirsə, lakin 11 saatdan azdırsa, gündəlik istirahət qısaldılmış istirahət dövrü kimi qəbul olunur;

2.3.3. gündəlik və ya həftəlik istirahətin bitməsi anından 30 saat ərzində avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvü qismində yük və sərnişin daşınmasını yerinə yetirən sürücü 9 saatdan az olmayan yeni gündəlik istirahətdən istifadə etməlidir;

2.3.4. gündəlik istirahət dövrü elə artırıla bilər ki, nəticədə adi həftəlik və ya qısaldılmış həftəlik istirahət əldə olunsun;

2.3.5. iki həftəlik istirahət dövrləri arasında sürücü üçdən çox olmayaraq, qısaldılmış gündəlik istirahət dövrünə malik olmalıdır;

2.3.6. istənilən iki ardıcıl həftə ərzində sürücü iki adi həftəlik istirahət dövrünə, yaxud bir adi həftəlik istirahət dövrünə və 24 saatdan az olmayaraq, bir qısaldılmış həftəlik istirahət dövrünə malik olmalıdır. Lakin qısaldılma bərabər istirahət dövrü ilə əvəzlənməli və sürücü həmin istirahət dövründən birdəfəlik olaraq qeyd edilən həftənin ardınca gələn üçüncü həftənin bitməsindən əvvəl istifadə etməlidir. Həftəlik istirahət dövrü əvvəlki həftəlik istirahət dövrünün bitməsi anından altı 24 saatlıq dövrlərin bitməsindən gec olmayaraq başlamalıdır;

2.3.7. gündəlik istirahət dövrünün qısaldılması hesabına istifadə olunan hər hansı istirahət 9 saatdan az olmayan digər istirahət dövrünə birləşdirilməlidir;

2.3.8. sürücünün təhkim edilmiş yerdə olması halı istisna olmaqla, sürücü 45 saatdan az olan həftəlik istirahət dövrünü və gündəlik istirahət dövrünü yataq yeri ilə təchiz olunmuş avtonəqliyyat vasitəsində xüsusi dayanacaqda istifadə edə bilər;

2.3.9. iki həftəni əhatə edən həftəlik istirahət dövrü yalnız bu həftələrdən hər hansı biri üçün hesablana bilər;

2.3.10. sürücü qatarla və ya bərə ilə daşınan avtonəqliyyat vasitəsini müşayiət edirsə və adi gündəlik istirahət dövründən istifadə edirsə, həmin istirahət dövrünün arası hər hansı digər işin görülməsi ilə bağlı iki dəfədən çox olmayaraq və aşağıdakı şərtlərə əməl edilməklə kəsilə bilər:

- quruda keçirilən gündəlik istirahət dövrünün müəyyən hissəsi qatarda və ya bərədə olarkən, gündəlik istirahət dövrünün istifadə edilən hissəsindən əvvəl və ya sonra istifadə edilməlidir;

- gündəlik istirahətlər arasındakı dövr mümkün qədər qısa olmalı və yüklənmədən bir saat əvvəlki və ya yükboşaltmadan bir saat sonrakı müddəti aşmamalıdır. Gömrük rəsmiləşdirmələri yüklənmə və ya yükboşaltma əməliyyatlarına aid olunur;

- gündəlik istirahət dövrü ərzində sürücü yataq yerinə malik olmalıdır;

2.3.11. sürücünün bərədə və ya qatarda olduğu müddət ərzində rahat yataq yerinə malik olması halları istisna olmaqla, bu Qaydaların şamil olunduğu avtonəqliyyat vasitəsinin daimi olduğu yerə və ya həmin yerdən kənarda olan digər bir yerə getmək üçün sərf olunan istənilən vaxt istirahət və ya fasilə hesab edilmir;

2.3.12. bu Qaydaların şamil olunduğu avtonəqliyyat vasitəsinin daimi olduğu yerə və ya həmin yerdən kənarda olan digər bir yerə getmək üçün bu Qaydaların şamil olunmadığı avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunan vaxt başqa iş kimi qiymətləndirilərək iş vaxtı hesab olunur.

2.4. Yol hərəkətinin təhlükəsizliyinə xələl gətirməmək və rahat dayanacaq yerinə çatmaq üçün sürücü avtonəqliyyat vasitəsində olan şəxslərin və ya yükün təhlükəsizliyinin təmin olunması məqsədi ilə bu Qaydaların tələblərindən kənara çıxa bilər. Bu halda sürücü əlverişli dayanacaq yerinə çatdıqdan dərhal sonra qeydiyyat vərəqəsində və ya nəzarət cihazının taxoqramında kənaraçıxmanın səbəbini göstərməlidir.

 

3. Taxoqraflardan istifadə qaydaları

3.1. Avtonəqliyyat vasitələrində taxoqrafların quraşdırılması Azərbaycan Respublikasında nəzarət cihazlarına dair normativ sənədlərə müvafiq olaraq həyata keçirilir.

3.2. Sazişin tələblərinə uyğun olaraq, hər bir taxoqrafı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində (bundan sonra - Nəqliyyat Nazirliyi) registrdə qeydiyyata alınmış, müvafiq attestata malik olan xidmət mərkəzləri (servis emalatxanaları) yoxlamalıdır. Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən bu xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti "Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən bu xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları" ilə tənzimlənir.

3.3. Taxoqrafın yoxlanmasının müsbət nəticələri onun yoxlanılması haqqında şəhadətnamə və ya müvafiq yoxlama möhürü ilə təsdiqlənir.

3.4. Sazişin tələblərinə uyğun olaraq, taxoqrafın yoxlanması onların istehsalı, təmiri, idxalı və bilavasitə istismar edilməsi zamanı həyata keçirilir.

3.5. Taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya möhür olmadan taxoqraf istismar edilə bilməz.

3.6. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrində quraşdırılmış taxoqraflar Sazişin tələblərinə uyğun gəlməli, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən növü təsdiq edilərək, ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməlidir.

3.7. Azərbaycan Respublikasında qeydiyyatdan keçməmiş, lakin Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə, beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrində quraşdırılmış taxoqraflar Sazişin tələblərinə uyğun olmalıdır.

3.8. Konstruksiyasına görə taxoqraflar analoq (elektromexaniki) və rəqəmsal olur.

3.9. Taxoqrafların istismarı Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, Sazişin, habelə onun istehsalçısının tələblərinə uyğun qaydada həyata keçirilir.

3.10. Sürücülərin iş və istirahət rejimi, qət edilən məsafə və avtonəqliyyat vasitəsinin hərəkət sürəti haqqında məlumatların qeydə alınması analoq taxoqrafda qeyd vərəqələri, rəqəmsal taxoqrafda isə sürücü kartı vasitəsilə həyata keçirilir.

3.11. Nəzarət edən orqanların səlahiyyətli işçilərinin tələbi ilə analoq taxoqrafla təchiz olunmuş avtonəqliyyat vasitələrinin sürücüləri cari gün və əvvəlki 28 təqvim günü üçün məlumatları əks etdirən analoq taxoqrafın qeyd vərəqələrini, göstərilən dövr üçün əlyazma üsulu ilə tərtib edilmiş və ya çap olunmuş hesabatı, habelə sürücüyə rəqəmsal taxoqraf kartı verildikdə, həmin sürücü kartını təqdim etməlidirlər. Rəqəmsal taxoqrafla təchiz olunmuş avtonəqliyyat vasitələrinin sürücüləri isə sürücü kartını, cari gün və əvvəlki 28 təqvim günü üçün məlumatları əks etdirən, əlyazma üsulu ilə tərtib edilmiş və ya çap olunmuş hesabatı, habelə sürücünün analoq taxoqrafla təchiz olunmuş avtonəqliyyat vasitəsində işlədiyi vaxtlarda həmin dövr üçün olmuş məlumatları əks etdirən qeyd vərəqələrini təqdim etməlidirlər.

3.12. Taxoqraf sıradan çıxdıqda, sürücü dərhal avtonəqliyyat vasitəsinin sahibinə bu barədə məlumat verir, iş və istirahət rejiminə dair məlumatları isə əlyazma üsulu ilə xüsusi qrafiki təsvirlərdən istifadə etməklə, qeydiyyat kitabında aparır. Qeydiyyat kitabı avtonəqliyyat vasitəsinin idarə edilməsi vaxtını, fasilələri və istirahət dövrlərini əks etdirməlidir.

3.13. Qeydiyyat kitabının hər bir səhifəsində aşağıdakı məlumatlar göstərilməlidir:

- sürücünün adı və soyadı;

- istismar edilən avtonəqliyyat vasitəsinə dair məlumatlar;

- reysin başlanması yeri və vaxtı;

- yol hərəkətində olan vaxt;

- başqa iş, fasilələr, istirahət vaxtı;

- avtonəqliyyat vasitəsinin əvəz edilməsi vaxtı və təfsilatı;

- reysin başa çatması yeri və vaxtı;

- digər məlumatlar.

3.14. Yazılı hesabat bütöv yeddigünlük dövrü əhatə etməlidir və onun başa çatması qeyri-iş günlərinə təsadüf etməyə də bilər. Sürücü bir və ya bir neçə gün reysə çıxmadıqda, bu barədə sürücü reysə çıxdıqdan sonra qeydiyyat kitabında qeyd edilməlidir.

3.15. Sürücü kartından və qeyd vərəqələrindən istifadə qaydaları aşağıdakılardan ibarətdir:

3.15.1. işə başlamazdan əvvəl zəruri sayda qeyd vərəqələri alınmalı, əlyazma üsulu ilə onların müvafiq bölməsi doldurulmalıdır. Reysə iki və ya daha çox sürücü çıxdıqda, qeyd vərəqələri hər sürücü üçün doldurulur;

3.15.2. reysdə iki və daha çox sürücü iştirak edərsə, hər bir sürücünün sürücü kartı rəqəmsal taxoqrafın müvafiq hissəsinə düzgün daxil edilməlidir;

3.15.3. qeyd vərəqələrinin və ya sürücü kartının taxoqrafa uyğunluğu yoxlanılmalı, taxoqrafa daxil edilməli və ya zəruri hallarda əvəz olunmalıdır;

3.15.4. taxoqrafın saatında olan vaxt göstəriciləri dəqiqləşdirilməli və zəruri olduqda dəqiq vaxt daxil edilməlidir;

3.15.5. magistral və ya yaşayış məntəqəsi üçün müəyyən edilmiş sürət rejiminin pozulmasını xəbər verən işarənin yuxarı həddi taxoqrafa daxil edilməli və sürət rejiminə dair tələblər dəyişdikdə, həmin işarənin həddi dəqiqləşdirilməlidir;

3.15.6. sükan arxasında olan sürücü ikinci sürücü ilə əvəz olunduqda, qeyd vərəqələrinin və ya sürücü kartlarının taxoqrafdakı yerləri dəyişdirilməlidir;

3.15.7. avtonəqliyyat vasitəsi hərəkətdə olarkən, birinci və ikinci sürücünün vaxt qruplarının dəyişdirici açarı müvafiq işarəli "iş yerində olan vaxt" mövqeyinə köklənməlidir;

3.15.8. müvəqqəti olaraq avtonəqliyyat vasitəsindən kənarda işlər aparıldıqda, habelə fasilə və ya istirahət dövrlərində sürücü vaxt qruplarının dəyişdirici açarını müvafiq işarəli "başqa iş" və ya "istirahət" mövqelərinə müvafiq olaraq kökləməlidir;

3.15.9. iş vaxtı ərzində avtonəqliyyat vasitəsi digəri ilə əvəz olunduqda, sürücü ona məxsus sürücü kartını və ya qeyd vərəqəsini əvəzlənən avtonəqliyyat vasitəsinin taxoqrafından çıxarmalı və qeyd vərəqəsinin əks tərəfində əlyazma üsulu ilə müvafiq qeyd edərək, yeni avtonəqliyyat vasitəsinin taxoqrafına daxil etməlidir;

3.15.10. iş və istirahət başa çatdıqdan sonra yeni iş gününün başlamasından əvvəl sürücü ona məxsus sürücü kartını və ya qeyd vərəqəsini taxoqrafdan çıxarmalı, kart məlumatlarını çap etməli və ya əlyazma üsulu ilə qeyd vərəqəsinin müvafiq bölməsini doldurmalı və saxlamalıdır;

3.15.11. iş funksiyalarını yerinə yetirərkən, sürücüdə aşağıdakı sənədlər olmalıdır:

- taxoqrafa daxil edilmiş qeyd vərəqəsi;

- cari gün və əvvəlki 28 təqvim günü üçün ehtiyatda saxlanılan qeyd vərəqələri;

- cari gün və işlədiyi əvvəlki 28 təqvim günü üçün məlumatları əks etdirən qeydiyyat kitabı;

- sürücü kartı və ya cari gün və işlədiyi əvvəlki 28 təqvim günü üçün taxoqraf məlumatlarını əks etdirən çap nüsxəsi.

Həmin sənədləri sürücü qoruyub saxlamalı və tələb olunduqda, nəzarət orqanlarının səlahiyyətli işçilərinə təqdim etməlidir;

3.15.12. reys başa çatdıqdan sonra və ya iş həftəsinin sonunda sürücü son iş günü üçün məlumatlar istisna olmaqla, qeyd vərəqələrini daşıyıcıya təhvil verməlidir. Son iş günü üçün qeyd vərəqəsi yalnız növbəti reys başa çatdıqdan sonra və ya növbəti iş həftəsinin sonunda təhvil verilir;

3.15.13. avtonəqliyyat vasitəsi istismar edilərkən, sürücü taxoqrafın işlək vəziyyətdə olmasına nəzarət etməli, sıradan çıxdıqda isə nasazlıqların aradan qaldırılması üçün dərhal ixtisaslaşmış servis mərkəzlərinə müraciət etməlidir. Nasaz taxoqrafla avtonəqliyyat vasitəsinin hərəkəti zamanı sürücü iş və istirahət dövrləri haqqında əlyazma üsulu ilə qeyd vərəqələrinin əks tərəfində və ya qeydiyyat kitabında qeydlər aparmalıdır.

3.16. Taxoqrafdan istifadə edərkən, avtonəqliyyat vasitəsinin sürücüsü aşağıdakı vəzifələri yerinə yetirməlidir:

3.16.1. taxoqrafın düzgün istismarını, onun vaxtlı-vaxtında işə salınmasını və müvafiq rejimə keçirilməsini təmin etməli;

3.16.2. vaxtlı-vaxtında sürücü kartını rəqəmsal taxoqrafa, qeyd vərəqələrini isə analoq taxoqrafa daxil etməli və ya dəyişdirməli, həmçinin onların qorunub saxlanmasını təmin etməli;

3.16.3. avtonəqliyyat vasitəsinin qəbul edildiyi andan onun idarə olunması müddəti ərzində sürücü kartından, qeyd vərəqələrindən hər gün istifadə etməli;

3.16.4. rəqəmsal və ya analoq taxoqraf sıradan çıxdıqda, dərhal avtonəqliyyat vasitəsinin sahibini məlumatlandırmalı və qeydiyyat kitabında əlyazma üsulu ilə iş və istirahət rejiminin qeydiyyatını aparmalı;

3.16.5. rəqəmsal və ya analoq taxoqrafın plomblanmasının və müvafiq parametrlərinin köklənməsinin yoxlanılması üçün nəzarət edən dövlət orqanlarının səlahiyyətli işçilərinə şərait yaratmalı;

3.16.6. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafın istismarına yol verməməli.

3.17. Taxoqraflardan istifadə edilməsi ilə əlaqədar daşıyıcının vəzifələri aşağıdakılardan ibarətdir:

3.17.1. sürücü kartının fərdiliyini nəzərə almaqla, sürücüləri avtonəqliyyat vasitəsində quraşdırılmış taxoqrafdan istifadə edilməsi üçün müvafiq nümunəli kartla və lazımi miqdarda qeyd vərəqələri ilə təmin etmək;

3.17.2. hər bir sürücü kartını və doldurulmuş qeyd vərəqələrini sonuncu qeyd aparılan gündən 12 aydan az olmayan müddətdə, rəqəmsal və ya analoq taxoqrafın yoxlanması haqqında şəhadətnaməni isə onun verildiyi andan 2 il müddətində saxlamaq;

3.17.3. sürücü kartında və ya qeyd vərəqələrində olan məlumatları təhlil etmək və pozuntular aşkar edildikdə, onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

3.17.4. sürücü kartlarını, qeyd vərəqələrini, qeydiyyat kitabının qeydlərini, habelə çap edilmiş kart məlumatlarını təhlil olunaraq qorunub saxlanmasını təşkil etmək;

3.17.5. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafın istismarına yol verməmək;

3.17.6. nəzarət edən dövlət orqanlarının səlahiyyətli işçilərinin tələbi ilə taxoqrafların istifadəsinə dair sənədləri təqdim etmək.

3.17.7. sürücü kartları itdikdə, zədələndikdə və ya oğurlandıqda, müvafiq dövlət orqanına müraciət etməklə, həmin kartların əvəzlənməsini təmin etmək.

 

4. Sürücülərin iş və istirahət rejimi ilə əlaqədar daşıyıcının fəaliyyəti

4.1. Daşıyıcı avtomobil nəqliyyatı ilə yerinə yetirdiyi sərnişin və yük daşımalarını və avtonəqliyyat vasitələrinin işçi heyətlərinin maarifləndirilməsini bu Qaydaların tələblərinə uyğun olaraq təşkil etməlidir.

4.2. Daşıyıcı sürücülərin iş və istirahət vaxtına nəzarət etməli, habelə ona məxsus avtonəqliyyat vasitələrinin yerinə yetirdiyi reyslər barədə məlumatları təhlil etməli, bu Qaydaların tələblərinin pozulması hallarını aşkar etdikdə isə onların aradan qaldırılmasına yönəlmiş tədbirlər görməli, o cümlədən zəruri hallarda iş qrafiklərinə və marşrutlara düzəlişlər etməlidir.

4.3. Muzdla işləyən sürücülərin əməkhaqqına qət edilmiş məsafəyə və daşınmış yüklərin həcminə görə hər hansı əlavə ödənişlərin edilməsinə yalnız yol hərəkətinin təhlükəsizliyinin və bu Qaydaların tələblərinin təmin olunması şərtilə yol verilir.

4.4. Daşımaların razılaşdırılmış qrafikləri tərtib edilərkən daşıyıcılar, yükgöndərənlər, ekspeditorlar, turizm üzrə operatorlar, əsas podratçılar, subpodratçılar və sürücülərin məşğulluğu üzrə agentliklər bu Qaydaların tələblərinə əməl olunmasını təmin etməlidirlər .

 

5. Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə nəzarət

5.1. Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına dövlət nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada və Sazişin tələblərinə müvafiq olaraq, Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

5.2. Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürət həddi ilə əlaqədar yoxlamaları qanunvericiliklə müəyyən edilmiş qaydada və Sazişin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra - Daxili İşlər Nazirliyi) həyata keçirir.

5.3. Bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq, nəzarət tədbirləri yalnız xüsusi yol nişanları ilə işarələnmiş stasionar nəzarət postlarında (məntəqələrində) əvvəlcədən müəyyən edilmiş plan və qrafikə əsasən Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilir.

5.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici avtonəqliyyat vasitəsində taxoqrafdan istifadə qaydaları pozulduqda, həmin avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisi ilə sonrakı hərəkətinə yalnız həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yol verilir.

5.5. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələbləri xarici avtonəqliyyat vasitəsinin sürücüsü tərəfindən pozulduqda, Nəqliyyat Nazirliyi həmin sürücünün yaşayış yeri üzrə və ya işlədiyi müəssisənin yerləşdiyi ölkənin səlahiyyətli orqanına rəsmi məlumat verir.

5.6. Azərbaycan daşıyıcıları tərəfindən beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi qaydaları dəfələrlə pozulduqda, avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişin daşımaları üçün həmin daşıyıcıya verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsi Nəqliyyat Nazirliyi tərəfindən dayandırıla bilər.

5.7. Sazişin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi qaydalarını mütəmadi pozan xarici daşıyıcılar barədə tədbirlərin görülməsi üçün Nəqliyyat Nazirliyi həmin daşıyıcının təmsil etdiyi ölkənin səlahiyyətli orqanına müraciət edir.

5.8. Nəzarət edən dövlət orqanlarının səlahiyyətli işçiləri tərəfindən aşağıdakılara nəzarət edilir:

5.8.1. taxoqrafın mövcudluğuna, sazlığına və bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğuna;

5.8.2. sürücü tərəfindən avtonəqliyyat vasitəsinin idarə olunduğu cari gün və əvvəlki 28 təqvim günü üçün onun sürücü kartının çap edilmiş məlumatlarına və qeyd vərəqələrinə;

5.8.3. sürücü tərəfindən iş və istirahət rejiminə riayət olunmasına;

5.8.4. taxoqrafın köklənmə parametrlərinə və yoxlanmasına dair tələblərə riayət olunmasına;

5.8.5. taxoqrafın köklənmə parametrlərinin avtonəqliyyat vasitəsinin faktiki parametrlərinə uyğunluğuna;

5.8.6. hərəkətin sürət rejimlərinə riayət olunmasına.

5.9. Nəqliyyat Nazirliyinin əməkdaşlarının apardığı yoxlama zamanı avtonəqliyyat vasitəsinin sürücüsünün aşağıdakı sənədləri yoxlanılır:

5.9.1. analoq taxoqraflarla təchiz edilmiş avtonəqliyyat vasitələrində işləyən sürücülərin cari gün və əvvəlki 28 təqvim günü üçün qeyd vərəqələri (taxoqramlar);

5.9.2. rəqəmsal taxoqraflarla təchiz edilmiş avtonəqliyyat vasitələrində işləyən sürücülərin sürücü kartı, cari gün və əvvəlki 28 təqvim gününə dair kartdakı məlumatların çıxarışı;

5.9.3. taxoqrafın sıradan çıxdığı halda sürücünün iş və istirahət rejiminə riayət edilməsini əks etdirən qeydiyyat kitabında edilmiş qeydlər.

5.10. Normativ sənədlərin tələblərinə cavab verməyən taxoqraflarla təchiz olunmuş avtonəqliyyat vasitələrinin idarə edilməsinə yol verilmir.

5.11. Taxoqrafın işi zamanı meydana çıxan nöqsanların aradan qaldırılması üçün sürücü Sazişin tələblərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görməlidir.

5.12. Daşıyıcının yerləşdiyi yer üzrə sürücünün iş və istirahət vaxtının yoxlanılması sürücü kartında olan məlumatların çıxarışı, daşıyıcının kartı, qeyd vərəqələri əsasında həyata keçirilir.

5.13. Azərbaycan Respublikası ilə digər dövlət arasında rəqəmsal taxoqraflar olmadan avtonəqliyyat vasitələri ilə daşımalar barədə razılaşma olduqda, həmin ölkələrə beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrində rəqəmsal taxoqraflardan istifadə olunması tələb olunmur. Bu halda cari və əvvəlki 28 təqvim günü üçün sürücünün iş və istirahət vaxtını əks etdirən qeyd vərəqinin və ya qeydiyyat kitabının məlumatları yoxlanılır.

5.14. Sürücülərin iş və istirahət rejiminə, taxoqrafların quraşdırılmasına və istismar edilməsinə dair bu Qaydaların, həmçinin Sazişin tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmişdir

Rəqəmsal taxoqraf kartlarının sisteminə dair

QAYDA

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə (bundan sonra - Saziş), habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və rəqəmsal taxoqraf kartlarına dair sistemin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında rəqəmsal taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması Azərbaycan Respublikasında Saziş üzrə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi (bundan sonra - Nəqliyyat Nazirliyi) tərəfindən həyata keçirilir.

2. Rəqəmsal taxoqraf kartları üzrə milli sistemin iştirakçılarının vəzifələri

2.1. Nəqliyyat Nazirliyi rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin tənzimlənməsi və idarə olunması ilə əlaqədar aşağıdakı funksiyaları yerinə yetirir:

2.1.1. rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyəti ilə bağlı nəzarətin həyata keçirilməsi;

2.1.2. rəqəmsal taxoqraf kartlarının çap edilməsi üzrə məlumat sisteminin idarə olunması (verilənlərin qorunması);

2.1.3. rəqəmsal taxoqraf kartlarının buraxılmasını (çap edilməsini) yerinə yetirən xarici təsisatlarla məlumat mübadiləsinin aparılması.

2.2. Nəqliyyat Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış qurum rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunması ilə əlaqədar aşağıdakı funksiyaları yerinə yetirir:

2.2.1. rəqəmsal taxoqraf kartlarının çap edilməsinin və ya satın alınmasının təmin edilməsini;

2.2.2. rəqəmsal taxoqraf kartlarının fərdiləşdirilməsini;

2.2.3. rəqəmsal taxoqraf kartlarının paylanmasını;

2.2.4. rəqəmsal taxoqraf kartları üzrə məlumatların toplanılmasını və işlənilməsi;

2.2.5. rəqəmsal taxoqraf kartları üzrə milli sistemə dair məlumatların dərc edilməsini.

3. Rəqəmsal taxoqraf kartlarının növləri

3.1. Rəqəmsal taxoqrafın sürücü kartı 5 il müddətinə olmaqla aşağıdakı fiziki şəxslərə verilir:

3.1.1. Sazişin şamil edildiyi avtonəqliyyat vasitəsilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirənlərə və ya belə daşımaları yerinə yetirmək niyyəti olanlara;

3.1.2. avtonəqliyyat vasitəsinin idarə olunması üçün müəyyən edilmiş qaydada verilmiş müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olanlara;

3.1.3. Azərbaycan Respublikasında və ya Sazişin tərəfi olan digər dövlətdə verilmiş sürücü kartına malik olmayanlara;

3.1.4. şəxsi və ya peşə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hər ilin ən azı 182 günü ərzində Azərbaycan Respublikasının ərazisində yaşayan xüsusi təlim keçmiş şəxslərə.

3.2. Rəqəmsal taxoqrafın daşıyıcı kartı mülkiyyət növündən asılı olmayaraq, Sazişin şamil edildiyi avtonəqliyyat vasitələri ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən, Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərə və fərdi sahibkarlara, onların sərəncamında xüsusi təlim keçmiş mütəxəssislər olduğu halda 5 il müddətinə verilir.

3.3. Rəqəmsal taxoqrafın servis emalatxanasının kartı mülkiyyət növündən asılı olmayaraq, taxoqrafların quraşdırılması, təmiri, texniki xidmətin göstərilməsi, plomblanması və istismardan çıxarılması üzrə işlərin yerinə yetirilməsinə buraxılmış emalatxanaların texniki heyət üzvlərinə 1 il müddətinə verilir.

3.4. Rəqəmsal taxoqrafın nəzarət kartı beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülər tərəfindən iş və istirahət rejimlərinə riayət olunmasına nəzarəti həyata keçirən dövlət orqanlarının xüsusi təlim keçmiş səlahiyyətli işçilərinə 2 il müddətinə fərdiləşdirilməklə verilir.

4. Rəqəmsal taxoqraf kartlarının ilk dəfə verilməsi və təzələnməsi qaydaları

4.1. Rəqəmsal taxoqraf kartını almaq üçün ərizəçi Nəqliyyat Nazirliyinə ərizə təqdim edir. Rəqəmsal taxoqraf kartını almaq üçün ərizə şəxsən, poçt və ya rəsmi elektron poçt ünvanı vasitəsilə təqdim edilə bilər.

4.2. Rəqəmsal taxoqraf kartını almaq üçün şəxs Sazişin müvafiq tələblərinin yerinə yetirilməsi ilə bağlı aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

4.2.1. kartın qüvvədə olma müddətinə və istifadə şərtlərinə əməl etmək;

4.2.2. qüvvədə olma müddətində kartı digər şəxsə verməmək;

4.2.3. kartın sahibinin iş yeri dəyişildikdə və ya peşə fəaliyyəti dayandırıldıqda, kartı Nəqliyyat Nazirliyinə qaytarmaq.

4.3. Bu Qaydanın 4.2.1- 4.2.3-cü yarımbəndlərində göstərilmiş öhdəliklər rəqəmsal taxoqraf kartının verilməsi üçün ərizəçinin təqdim etdiyi ərizə blankında göstərilir və imzası ilə təsdiq olunur.

4.4. Rəqəmsal taxoqraf kartının verilməsi üçün ərizəçinin təqdim etdiyi ərizə xüsusi kitabda qeydiyyata alınır və ərizədəki məlumatların dolğunluğu və düzgünlüyü, habelə Sazişin tərəflərinin taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemində ərizəçinin adına əvvəllər rəsmiləşdirilmiş kartın olub-olmaması barədə məlumatın olması Nəqliyyat Nazirliyində yoxlanılır.

4.5. Rəqəmsal taxoqraf kartının verilməsi üçün təqdim edilmiş ərizədəki məlumatların düzgünlüyünə şübhə yarandıqda, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən ərizəçidən əlavə məlumat tələb oluna və ya aidiyyəti orqanları cəlb etməklə xüsusi ekspertiza keçirilə bilər.

4.6. Yoxlamanın nəticəsi müsbət olduqda, Nəqliyyat Nazirliyi tərəfindən rəqəmsal taxoqraf kartının verilməsi barədə qərar qəbul edilir, həmin kart qeydiyyata alınır və fərdiləşdirilərək ərizəçiyə təqdim olunur. Rəsmiləşdirilmiş rəqəmsal taxoqraf kartı barədə Sazişin tərəflərinin taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemində müvafiq məlumat yerləşdirilir. Rəqəmsal taxoqraf kartı ilə birlikdə ərizəçiyə həmin kartın istifadə müddəti və Sazişin şərtləri barədə məlumat təqdim olunur.

4.7. Yoxlama nəticəsində qeyri-dəqiq məlumatlar aşkar edildikdə, Nəqliyyat Nazirliyi tərəfindən rəqəmsal taxoqraf kartının verilməsindən imtina olunur və bu barədə səbəbi göstərilməklə ərizəçiyə məlumat verilir.

4.8. Rəqəmsal taxoqraf kartının verilməsi barədə müraciətlərə 30 gün müddətində baxılır. Rəqəmsal taxoqraf kartının verilməsi üçün əlavə yoxlama aparılması zərurəti yarandıqda, həmin müddət 45 günədək uzadıla bilər. Bu müddətlər ərzində Nəqliyyat Nazirliyi tərəfindən rəqəmsal taxoqraf kartının verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul olunmalıdır.

4.9. Rəqəmsal taxoqraf kartını almaq istəyən şəxsə yalnız bir növ kart verilə bilər.

4.10. Rəqəmsal taxoqrafın daşıyıcı kartını almaq istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təsərrüfat ehtiyacları, daşımaların həcmi və yerinə yetirilən beynəlxalq daşımaların xüsusiyyətləri nəzərə alınmaqla, həmin növ kartın bir neçəsi verilə bilər. Daşıyıcı kartı bilavasitə hüquqi şəxsin və ya fərdi sahibkarın və ya onlar tərəfindən sürücülərin iş və istirahət rejiminə nəzarətin aparılması üçün təyin edilmiş və xüsusi təlim keçmiş məsul şəxsin adına rəsmiləşdirilə bilər.

4.11. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, hüquqi şəxslərə və ya fərdi sahibkarlara rəqəmsal taxoqrafın daşıyıcı kartından başqa servis emalatxanasının kartı da verilə bilər.

4.12. Hüquqi şəxslərə və ya fərdi sahibkarlara emalatxana tərəfindən yerinə yetirilən işlərin həcmi və xüsusiyyətləri nəzərə alınmaqla, rəqəmsal taxoqrafın servis emalatxanasının bir neçə kartı verilə bilər.

4.13. Rəqəmsal taxoqrafın servis emalatxanasının kartı ema-latxananın rəhbəri və ya emalatxana üzrə təyin edilmiş məsul şəxsin adına rəsmiləşdirilə bilər.

4.14. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, servis emalatxanasına rəqəmsal taxoqrafın servis emalatxanasının kartından başqa daşıyıcı kartı da verilə bilər.

4.15. Beynəlxalq avtomobil daşımalarında istifadə edilən avtonəq-liyyat vasitələrinin sürücüləri tərəfindən iş və istirahət rejimlərinə riayət olunmasına nəzarəti həyata keçirən dövlət orqanlarının səlahiyyətli işçilərinə yalnız bir nəzarət kartı verilə bilər. Rəqəmsal taxoqrafın nəzarət kartı olan işçilərə digər növ kartlar verilə bilməz.

4.16. Qüvvədə olma müddətinin bitməsi ilə bağlı rəqəmsal taxoqraf kartının təzələnməsi zərurəti yaranarsa, kartın sahibi həmin müddətin bitməsinə ən azı 15 gün qalmış yeni kartın verilməsi üçün ərizə ilə Nəqliyyat Nazirliyinə müraciət etməlidir.

4.17. Qüvvədə olma müddətinin bitməsi ilə bağlı rəqəmsal taxoqraf kartının təzələnməsi yeni kartın rəsmiləşdirilməsi qaydalarına uyğun olaraq aparılır. Rəqəmsal taxoqrafın sürücü və daşıyıcı kartlarının təzələnməsi müvafiq ərizənin qeydiyyata alındığı vaxtdan 30 gündən, nəzarət və servis emalatxanasının kartlarının təzələnməsi isə 15 gündən gec olmayaraq həyata keçirilir.

4.18. Sürücü kartının, daşıyıcı kartının, emalatxana kartının və nəzarətçi kartının ilk dəfə verilməsi və təzələnməsi üçün təqdim edilən ərizələrin formaları bu Qaydanın 1-5 nömrəli əlavələrində göstərilmişdir.

5. Rəqəmsal taxoqraf kartlarının əvəz olunması qaydaları

5.1. Qüvvədə olma müddəti bitməmiş taxoqraf kartlarının əvəz olunması aşağıda göstərilən hallarda həyata keçirilir:

5.1.1. kartın istifadəsini mümkün etməyən qüsurlar olduqda;

5.1.2. kart düzgün işləmədikdə;

5.1.3. kart zədələndikdə;

5.1.4. kart itdikdə və ya oğurlandıqda;

5.1.5. kartın sahibinə dair fərdi məlumatlar, o cümlədən soyadı, yaşayış yeri və ya kartın və onun sahibinin eyniləşdirilməsinə təsir edən digər məlumatlar dəyişdikdə.

5.2. Milli sürücülük vəsiqəsi dəyişdirildikdə, taxoqraf kartının dəyişdirilməsi tələb olunmur.

5.3. Fərdi məlumatların dəyişdirilməsi ilə bağlı olmayan hallarda taxoqraf kartının əvəz olunması barədə ərizə kartın sahibi tərəfindən əvəzolunma zərurətinin səbəbləri yarandığı andan 7 gün müddətində Nəqliyyat Nazirliyinə təqdim edilir.

5.4. Taxoqraf kartının itirilməsi və ya oğurlanması halları istisna olmaqla, əvəz olunan kart Nəqliyyat Nazirliyinə qaytarılır. Əvəz olunan kart barədə Sazişin tərəflərinin taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemində müvafiq məlumat yerləşdirilir.

5.5. Fərdi məlumatların dəyişdirilməsi ilə bağlı olan hallarda taxoqraf kartının əvəz olunması barədə ərizə kartın sahibi tərəfindən müvafiq fəaliyyətin (daşınmanın, nəzarət tədbirlərinin və s.) başlanmasına ən azı 15 gün qalmış Nəqliyyat Nazirliyinə təqdim edilir.

5.6. Taxoqraf kartı itirildikdə və ya oğurlandıqda, kartın sahibi yeni kartın alınması üçün ərizəni təqdim etməmişdən əvvəl kartın itməsi və ya oğurlanması barədə Nəqliyyat Nazirliyinə məlumat verir və bu barədə arayış alır.

5.7. Kartın sahibinin yaşayış yerinin dəyişməsi (başqa ölkəyə köçməsi) ilə əlaqədar taxoqraf kartının əvəz olunması yeni kartın rəsmiləşdirilməsi proseduruna uyğun olaraq aparılır. Bu halda Nəqliyyat Nazirliyi tərəfindən yeni kart verilir, geri alınmış kart isə kartın sahibinin köçdüyü ölkənin səlahiyyətli dövlət orqanına göndərilir.

5.8. İtirilmiş və ya oğurlanmış taxoqraf kartları barədə məlumat Sazişin tərəflərinin taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemində yerləşdirilir.

5.9. Qüsurlu, zədələnmiş və ya düzgün işləməyən taxoqraf kartları Nəqliyyat Nazirliyi tərəfindən məhv edilir. Bu kartlar barədə məlumat Sazişin tərəflərinin taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sisteminin xüsusi bölməsində yerləşdirilir.

5.10. Taxoqraf kartlarının əvəz olunması müvafiq ərizə daxil olduğu gündən 20 gün ərzində həyata keçirilir.

5.11. İstifadədən çıxarılmış taxoqraf kartının əvəzinə verilən yeni taxoqraf kartının qüvvədə olma müddətinin başlanması əvəz olunan kartın verildiyi tarixdən hesablanır. Əvəz olunan taxoqraf kartının əvəzinə verilən yeni taxoqraf kartının qüvvədə olma müddətinə 6 aydan az vaxt qaldıqda Nəqliyyat Nazirliyi tərəfindən yeni taxoqraf kartı verilə bilər.

5.12. Sazişin tərəfi olan digər dövlətdə verilmiş taxoqraf kartı əvəz olunduqda, əvəz olunan kart Sazişin tərəflərinin taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemində bu barədə məlumatın yerləşdirilməsi üçün Nəqliyyat Nazirliyi tərəfindən səbəbi göstərilməklə, həmin dövlətin səlahiyyətli orqanına qaytarılır. Bu halda Azərbaycan Respublikasında yeni verilmiş taxoqraf kartına dair uçot məlumatları ilk dəfə verilən kartlar üçün nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.

5.13. Taxoqraf kartının əvəz olunması üçün ərizə bu Qaydanın 6 nömrəli əlavəsində göstərilmiş formaya uyğun olaraq Nəqliyyat Nazirliyinə təqdim edilir.

6. Rəqəmsal taxoqraf kartlarının qüvvəsinin dayandırılması və ləğv edilməsi qaydası

6.1. Aşağıdakı hallar aşkar olunduqda, Nəqliyyat Nazirliyi rəqəmsal taxoqraf kartının qüvvəsini dayandıra və ya ləğv edə bilər:

6.1.1. kart saxtalaşdırıldıqda;

6.1.2. sahibinin icazəsi olmadan kart qanunsuz olaraq digər şəxslər tərəfindən istifadə edildikdə;

6.1.3. kart saxta sənədlər və ya yanlış məlumatlar təqdim edilməklə alındıqda.

6.2. Rəqəmsal taxoqraf kartının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi Nəqliyyat Nazirliyinin müvafiq qərarı ilə rəsmiləşdirilir. Həmin qərarda rəqəmsal taxoqraf kartının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi səbəbləri göstərilir.

6.3. Qüvvəsi dayandırılmış və ya ləğv edilmiş rəqəmsal taxoqraf kartları barədə məlumat Nəqliyyat Nazirliyi tərəfindən Sazişin tərəflərinin taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemində yerləşdirilir və həmin kartların istifadədən çıxarılması üçün zəruri tədbirlər görülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmişdir

Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə (bundan sonra - Saziş), "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinə (servis emalatxanalarına) (bundan sonra - emalatxana) dair tələbləri və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir.

2. Emalatxanalara dair tələblər

2.1. Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibr-lənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən emalatxanalar Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olan və Sazişin tələblərinə uyğun olaraq, həmin işlərin yerinə yetirilməsini təmin etmək üçün müvafiq işçi heyətə, texniki vasitələrə, istehsalat obyektləri və ərazilərinə malik olan hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən təşkil edilir.

2.2. Emalatxanalara sınaq və kalibrlənmə işlərini yerinə yetirmək məqsədi ilə laboratoriyalar üçün müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən attestat verilir.

2.3. Emalatxananın idarə olunması sistemi emalatxananın əsas ərazisi ilə yanaşı, kənar sahələrdə, həmçinin müvəqqəti və ya səyyar məntəqələrdə də həyata keçirilən işləri əhatə edir.

2.4. Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirmək üçün emalatxana zəruri ixtisası və peşə vərdişləri olan işçi heyətə malik olmalıdır. Sazişin tələblərinə uyğun olaraq, həmin işçi heyətin tərkibində qeyd edilən işlərin yerinə yetirilməsi üzrə xüsusi təlim keçmiş və müvafiq sertifikat almış ən azı bir mütəxəssis olmalıdır.

2.5. Emalatxana taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi prosesini əks etdirən bütün sənədlərin, o cümlədən uçot sənədlərinin və emalatxananın rəhbər və texniki işçilərinin funksiyalarını və məsuliyyətini əks etdirən sənədlərin səmərəli idarə olunması sisteminə malik olmalıdır.

2.6. Emalatxanalar taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün ərizələrin, damğalama və möhürləmə alətlərinə və materiallarına, habelə onlardan və emalatxana kartlarından istifadə edilməsinə dair sənədlərin uçotunun aparılması işini təşkil etməlidirlər.

2.7. Emalatxanalar Sazişin tələblərinə uyğun olaraq, yerinə yetirdikləri işlərin keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən ehtiyat hissələrinin, materialların, habelə digər zəruri xidmətlərin satın alınmasına dair sənədlərə malik olmalıdırlar.

2.8. Emalatxanalar yerinə yetirilən işlərin təhlükəsiz və keyfiyyətli idarə edilməsi, o cümlədən elektron daşıyıcılarda olan məlumatların bərpa olunması və qorunması, həmçinin məlumatlara qanunsuz müdaxilələrin xəbərdar edilməsinin sənədləşdirilmiş sisteminə malik olmalıdırlar.

2.9. Yerinə yetirilən işlərin xüsusiyyətlərinə uyğun olaraq, emalatxanaların texniki təchizatı, o cümlədən istehsalat binaları, istifadə olunan avadanlıqlar, alətlər və ölçmə vasitələri Sazişin tələblərinə və qanunvericiliyə əsasən taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işlərin yerinə yetirilməsini təmin etməlidir.

2.10. İstehsal sahəsində nəzarət cihazlarının təmirini, sənədlərin tərtib edilməsini, habelə rəqəmsal taxoqrafdan və ya emalatxana kartlarından çıxarılmış məlumatların saxlanmasını təmin edən texniki və proqram vasitələri üçün ayrıca iş yeri, habelə emalatxana kartlarının, məlumatların ehtiyat nüsxələrinin, möhürlərin və möhür materiallarının saxlanması üçün seyf və ya dəmir yeşik olmalıdır.

2.11. Emalatxana avtonəqliyyat vasitəsində quraşdırılmış taxoqrafın parametrlərinin yoxlanılması üçün uzunluğu 20 metrdən az olmayan hamar, bərkörtüklü və iriqabaritli avtomobillərin manevr etməsinə imkan verən yol sahəsinə və ya diyircəkli sınaq stendinə malik olmalıdır.

2.12. İşlərin görülməsi zamanı istifadə olunan avadanlıqlar, alətlər və ölçmə vasitələri eyniləşdirilməli və emalatxana tərəfindən xüsusi kitabda qeydiyyata alınmalıdır. Qeydiyyat məlumatlarında avadanlığın və ölçmə vasitələrinin adı, markası (modeli), istehsalçının adı və ünvanı, eyniləşdirmə tipi, seriya nömrəsi, əsas xarakteristikaları, istifadə olunan proqram təminatı, sınaq və təsdiqetmə sənədlərinin, sertifikatların və digər razılıq və icazə sənədlərinin nömrəsi göstərilməlidir.

2.13. Emalatxananın proqram-texniki vasitələri qeydə alınmış məlumatların oxunması üçün nəzarət cihazına qoşulmasını, emalatxana kartlarında olan məlumatların oxunmasını, həmçinin məlumatların ehtiyat elektron daşıyıcılara köçürülməsini təmin etməlidir.

2.14. Nəzarət cihazından və ya emalatxana kartından köçürülmüş məlumatlar Sazişin tələblərinə uyğun olaraq kənar müdaxilələrdən qorunmalıdır.

2.15. Emalatxanaların işinə aid olan bütün təlimatlar, standartlar, metodiki göstərişlər və tövsiyələr işçi heyət üçün açıq olmalıdır.

2.16. Emalatxanaların təşkilati, maliyyə, texniki, normativ və metodiki təminatı Sazişin tələblərinə uyğun olan və istismarına icazə verilən bütün növ taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işlərin yerinə yetirilməsi imkanını təmin etməlidir.

2.17. Emalatxanada istifadə olunacaq yoxlama damğalarının və möhürlərinin hazırlanması üçün sifariş edilən eskizlər Komitənin müəyyən etdiyi qaydada hazırlanmalı və razılaşdırılmalıdır.

3. Taxoqrafların sınağı və kalibrlənməsi ilə bağlı işlərin yerinə yetirilməsinə attestatın verilməsi qaydası

3.1. Taxoqrafların sınağı və kalibrlənməsi ilə bağlı işlərin yerinə yetirilməsinə attestat (bundan sonra - attestat) verilməsi üçün emalatxana Komitəyə şəxsən, yaxud poçt və ya elektron ünvanına bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilən ərizə göndərməklə müraciət edir.

3.2. Emalatxananın hazırlığının qiymətləndirilməsi üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. hüquqi şəxsin və fərdi sahibkarın dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərin surəti;

3.2.2. emalatxananın əsasnaməsi;

3.2.3. emalatxananın pasportu.

3.3. Emalatxananın əsasnaməsinin strukturuna və məzmununa dair, habelə emalatxananın pasportuna dair tələblər bu Qaydaların 2 və 3 nömrəli əlavələri ilə müəyyən edilir.

3.4. Emalatxanaya attestatın verilməsi barədə müraciətə onun qeydiyyata alındığı vaxtdan 5 gün ərzində baxılır.

3.5. Müraciətə baxılmanın nəticəsi müsbət olduqda, Komitə ilkin yoxlamanın aparılması proqramını və müddətlərini göstərməklə, qəbul olunmuş qərarı ərizəçiyə göndərir.

3.6. Müraciətə baxılmanın nəticəsi mənfi olduqda, Komitə səbəblərini göstərməklə, emalatxanaya attestat verilməsindən imtina edilməsi barədə qərarı ərizəçiyə göndərir.

3.7. Ərizəçinin müraciəti üzrə yoxlamanın aparılması üçün Komitə komissiya yaradır.

3.8. Komissiya tərəfindən emalatxananın bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğu hərtərəfli qiymətləndirilir.

3.9. Yoxlama ərizəçinin yerləşdiyi yer üzrə aparılır. Yoxlama zamanı müvafiq sənədlərlə yanaşı, taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işlərdə istifadə edilən cihazlar və digər texniki vasitələr də yoxlanılır.

3.10. Yoxlamanın nəticəsi müvafiq qaydada tərtib olunmuş aktla rəsmiləşdirilir. Həmin aktda ərizəçinin müvafiq fəaliyyətlə məşğul olmasının mümkünlüyü (mümkünsüzlüyü) göstərilir.

3.11. Komissiyanın aktında ərizəçinin müvafiq fəaliyyətlə məşğul olmasının mümkünlüyü göstərildikdə, Komitə attestatı rəsmiləşdirir, qeydiyyata alır və ərizəçiyə təqdim edir.

3.12. Attestatın forması Komitə tərəfindən təsdiq edilir.

3.13. Attestat Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi (bundan sonra - Nəqliyyat Nazirliyi) tərəfindən müvafiq registrdə qeydiyyata alınır və qeydiyyata alındığı gündən qüvvəyə minir.

3.14. Attestatın qeydiyyat proseduru qeydiyyat nömrəsinin verilməsini nəzərdə tutur. Həmin qeydiyyat nömrəsi taxoqrafların sınağı və kalibrlənməsi zamanı emalatxana tərəfindən istifadə olunur. Attestatın qeydiyyat nömrəsinin strukturu bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.

3.15. Komissiyanın aktında ərizəçinin müvafiq fəaliyyətlə məşğul olmasının mümkünsüzlüyü göstərildikdə, Komitə attestat verilməsindən imtina edilməsi barədə qərar qəbul edir və imtinanın səbəblərini göstərməklə, həmin qərarı ərizəçiyə göndərir.

3.16. Emalatxanaya attestat verilməsinə dair bütün işlər ərizənin qeydiyyata alındığı gündən 2 ay ərzində həyata keçirilməlidir.

4. Attestat verilmiş emalatxanaların fəaliyyətinə nəzarət

4.1. Attestat verilmiş emalatxanaların fəaliyyətinin Sazişin tələblərinə və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının müddəalarına uyğunluğuna nəzarət Nəqliyyat Nazirliyi və Komitə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.2. Əvvəlcədən planlaşdırılmış (planlı) yoxlamalar ildə bir dəfə Komitə tərəfindən Nəqliyyat Nazirliyi ilə birlikdə keçirilir. Emalatxana tərəfindən təhlükəsizlik tələblərinin pozulması, taxoqraflarla manipulyasiya edilməsi halları barədə məlumatlar və ya emalatxananın fəaliyyəti ilə bağlı şikayət daxil olduqda, operativ (plandankənar) yoxlamalar aparıla bilər.

4.3. Əvvəlcədən planlaşdırılmış (planlı) yoxlamalar emalatxananın yerləşdiyi yerdə aparılır.

4.4. Operativ (plandankənar) yoxlamanın əhatəsi və forması onun keçirilməsinin əsaslarından asılı olaraq müəyyən edilir.

4.5. Əvvəlcədən planlaşdırılmış (planlı) və operativ (plandankənar) yoxlamaların nəticələri aktla rəsmiləşdirilir.

4.6. Yoxlamalar zamanı emalatxananın işində avadanlığın nasazlığı, işçi heyətinin çatışmazlığı və s. kimi nöqsanlar aşkar edildikdə, Komitə tərəfindən attestatın qüvvəsinin dayandırılması barədə qərar qəbul olunur və həmin nöqsanların aradan qaldırılması üçün müddət təyin edilir. Təyin edilmiş müddət ərzində nöqsanlar aradan qaldırıldıqda, attestatın qüvvəsi bərpa edilir.

4.7. Yoxlamalar zamanı emalatxananın işində normativ sənədlərin kobud və ya mütəmadi pozulması halları aşkar edildikdə, yaxud attestatın qüvvəsinin dayandırılmasına səbəb olmuş nöqsanlar təyin edilmiş müddət ərzində aradan qaldırılmadıqda, attestat ləğv edilir.

4.8. Attestatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə Nəqliyyat Nazirliyinə, həmçinin Sazişin digər tərəflərinin səlahiyyətli orqanlarına məlumat verilir.

4.9. Attestat ləğv edildikdə, emalatxana ona verilmiş emalatxana kartlarını Nəqliyyat Nazirliyinə qaytarır.

4.10. Taxoqrafların sınağı və kalibrlənməsi üzrə işlərin yerinə yetirilməsinə attestat verilməsi ilə əlaqədar mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır.

 

"Rəqəmsal taxoqraf kartlarının

sisteminə dair Qayda"ya

1 nömrəli əlavə

Azərbaycan Respublikasının

Nəqliyyat Nazirliyinə

 

_____________________________________ tərəfindən

(ərizəçinin adı, soyadı, atasının adı)

Sürücü kartının ilk dəfə verilməsi üçün

ƏRİZƏ

 

Xahiş edirəm mənə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək sürücü kartını verəsiniz.

Sürücü kartının verilməsi üçün məlumatlar:

adı, soyadı, atasının adı ____________________________________

yaşayış ünvanı ___________________________________________

poçt ünvanı _____________________________________________

doğulduğu tarix __________________________________________

şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir (xarici vətəndaşlar üçün xarici pasportun məlumatları)

_______________________________________________

milli sürücülük vəsiqəsinin nömrəsi___________________________

sürücülük vəsiqəsinin verildiyi ölkənin adı _____________________

ünsiyyət dili _____________________________________________

xüsusi təlim keçmə barədə məlumat __________________________

Bu ərizə ilə sürücü kartının verildiyi andan onun qüvvədə olma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

Sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

Sürücü kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

Ərizədə göstərilmiş məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:

1. şəxsiyyəti təsdiq edən sənədin məlumatlarını (soyadı, adı, atasının adı, kim tərəfindən və nə vaxt verilmişdir, qeydiyyat yeri) əks etdirən səhifələrinin surəti;

2. sürücülük vəsiqəsinin surəti;

3. xüsusi təlim keçmə barədə sənədin surəti;

4. fotoşəkil.

__________ ____________ _______________________________

( tarix) (ərizəçinin imzası) ( adı, soyadı)

 

M.Y.

 

 

 

"Rəqəmsal taxoqraf kartlarının

sisteminə dair Qayda"ya

2 nömrəli əlavə

Azərbaycan Respublikasının

Nəqliyyat Nazirliyinə

_____________________________________ tərəfindən

(ərizəçinin adı, soyadı, atasının adı)

 

Sürücü kartının təzələnməsi üçün

ƏRİZƏ

 

Xahiş edirəm mənə qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə edilən yeni sürücü kartını verəsiniz.

Əvvəl verilmiş kartın nömrəsi _______________________________

Şəxsi məlumatların dəyişdirilməsi barədə məlumatlar (əgər həmin məlumatlarda dəyişikliklər olmuşdursa):

adı, soyadı, atasının adı_____________________________________

yaşayış ünvanı____________________________________________

poçt ünvanı ______________________________________________

doğulduğu tarix___________________________________________

şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir (xarici vətəndaşlar üçün xarici pasport məlumatları)

_______________________________________________________

milli sürücülük vəsiqəsinin nömrəsi __________________________

sürücülük vəsiqəsinin verildiyi ölkənin adı_____________________

ünsiyyət dili_____________________________________________

Bu ərizə ilə sürücü kartının verildiyi andan onun qüvvədə olma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

Sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.

Sürücü kartının təzələnməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

Şəxsi məlumatların dəyişdirilməsi ilə əlaqədar ərizədə göstərilmiş məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:

1. şəxsi məlumatların dəyişdirilməsini təsdiq edən sənədlər;

2. fotoşəkil.

__________ ____________ ______________________________

( tarix) (ərizəçinin imzası) ( adı, soyadı)

M.Y.

"Rəqəmsal taxoqraf kartlarının

sisteminə dair Qayda"ya

3 nömrəli əlavə

Azərbaycan Respublikasının

Nəqliyyat Nazirliyinə

____________________________________________ tərəfindən

(daşıyıcı hüquqi şəxsin adı və ya fərdi sahibkarın adı, soyadı, atasının adı)

Daşıyıcı kartının ilk dəfə verilməsi və təzələnməsi üçün

ƏRİZƏ

________________________________________________ şəxsində

(vəzifəsi, adı, soyadı, atasının adı)

________________________________________________

(hüquqi şəxsin və ya fərdi sahibkarın adı)

beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək _____________ ədəd

daşıyıcı kartının verilməsini xahiş edirik.

Bunlardan:

1. ___ədəd daşıyıcı kartının ________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

2. ___ədəd daşıyıcı kartının________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

adına rəsmiləşdirilməsini xahiş edirəm.

Bu ərizə ilə daşıyıcı kartının verildiyi andan onun qüvvədə olma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.

"Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nin tələblərinə və təyinatına uyğun olaraq, daşıyıcı kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda, kartı qaytarmağı öz öhdəmə götürürəm.

Daşıyıcı kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.

Daşıyıcı kartının verilməsi üçün hüquqi şəxs (fərdi sahibkar) haqqında məlumatlar:

tam və qısaldılmış adı______________________________________

qeydiyyat və idarəetmə orqanının ünvanı_______________________

poçt ünvanı______________________________________________

Daşıyıcı kartı verilən şəxs(lər) barədə məlumatlar:

sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin vəzifəsi, adı, soyadı,

atasının adı________________________

doğulduğu tarix __________________________________________

şəxsiyyəti təsdiq edən sənədin məlumatları (nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir)

__________________ _____________________________

xüsusi təlim keçmə barədə məlumat___________________________

sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin təyin edilməsi barədə

əmrin nömrəsi və tarixi_____________

_______________________________________________________

Əvvəllər verilmiş daşıyıcı kartı haqqında məlumatlar:

kartın nömrəsi____________________________________________

qüvvədə olma müddəti _____________________________________

daşıyıcı kartının verildiyi şəxsin adı, soyadı, atasının adı_____________________________________________

Ərizədə qeyd edilən məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:

1. hüquqi şəxsin (fərdi sahibkarın) dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;

2. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə təyin edilmiş məsul şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

3. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin təyin edilməsi barədə əmrin surəti;

4. kartın verilməsi nəzərdə tutulmuş hər bir şəxsin xüsusi təlim keçməsi haqqında sənədin surəti;

5. təzələnməsi tələb olunan əvvəllər verilmiş kartlar.

__________ ____________ ______________________________

( tarix) (ərizəçinin imzası) ( adı, soyadı)
M.Y.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır