| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
02.09.2010
"Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə
 
30.08.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 159

Bakı şəhəri, 30 avqust 2010-cu il

"Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.Eyyubov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsinin əsas məqsədi bu sahədə səmərəli və effektiv təbiətqoruyucu texnologiyaların və elmi təminatlı innovasiya siyasətinin tətbiqinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlığı və onların idarə olunması, istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və tətbiqi, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının və metodikalarının işlənməsi və istehsalata tətbiqi, habelə istehsalçılara elmi-praktiki köməkliyin göstərilməsi, birgə layihələrin yerinə yetirilməsi, maarifləndirmə və informasiya yayımı sahəsində işlərin müəyyənləş-dirilməsindən ibarətdir.

2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsinin ümumi prinsipləri

2.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2.2. Aidiyyəti Elmi Tədqiqat institutlarının və tədris müəssisələrinin vasitəsilə bu qurumlar, habelə bu işə cəlb olunan hüquqi və fiziki şəxslər sahənin inkişafına zəmin yaradan aşağıdakı prioritet mövzuların öyrənilib istehsalata tətbiq olunmasını təmin edirlər:

- ətraf mühit və torpaq tədqiqatlarının aparılması yolu ilə ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün ərazilərin öyrənilməsi və bu cür təsərrüfatların yaradılması prinsiplərinin işlənilməsi;

- aqrokimyəvi tədqiqatlar vasitəsilə torpaq münbitliyinin qiymətləndirilməsi və torpaqların zərərli maddələrlə çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi;

- yerli genetik fonddan istifadəyə üstünlük verməklə, fizioloji xüsusiyyətlərə (quraqlığa, istiliyə və şoranlaşmaya davamlı) malik, xəstəlik və zərərvericilərə davamlı yeni sort və hibridlərin yaradılması;

- ekoloji təmiz təsərrüfatlar üçün, elmi cəhətdən əsaslandırılmış növbəli əkin sistemlərinin və becərmə texnologiyalarının hazırlanması;

- təbii otlaq və biçənəklərin yaxşılaşdırılmasının elmi əsaslarının işlənməsi;

- bitkiçilikdə bioloji, mexaniki və aqrotexniki üsulların tətbiqi yolu ilə xəstəliklər, zərərvericilər və alaq otlarına qarşı bitki mühafizəsi sisteminin hazırlanması;

- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı sahəsində müasir texnologiyaların, layihələrin hazırlanması və itirilmiş qida maddələrinin torpağa qaytarılması məqsədi ilə bitki və heyvan mənşəli tullantıların emalı texnologiyalarının hazırlanması;

- kənd təsərrüfatı fəaliyyəti nəticəsində torpağın və suyun çirklənməsinin qarşısının alınması üsullarının hazırlanması;

- ekoloji təmiz kənd təsərrüfatı üçün üzvi gübrələrin və kompostların hazırlanma texnologiyalarının öyrənilməsi;

- quşçuluq, balıqçılıq təsərrüfatlarında ekoloji təmiz istehsal texnologiyalarının işlənməsi və tətbiqi;

- biosfer rezervat daxilində yetişdirilməsi mümkün olan və istehsalının stimullaşdırılması üçün tətbiq edilən kənd təsərrüfatı məhsullarının istehsalının elmi əsaslarının öyrənilməsi;

- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına dair beynəlxalq təcrübələrə əsaslanan xüsusi layihələrin hazırlanması.

2.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi aidiyyəti üzrə ekoloji təmiz kənd təsərrüfatı üçün mütəxəssislərin və ixtisaslı kadrların hazırlanması və onların ixtisaslarının artırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

2.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi:

- ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili, maarifləndirilməsi və informasiya yayımının genişləndirilməsi işini təşkil edirlər;

- ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi, jurnalların və kitabların nəşr edilməsi üçün müvafiq tədbirlər görürlər;

- ekoloji təmiz kənd təsərrüfatının genişləndirilməsi məqsədi ilə sərgi və yarmarkalar təşkil edirlər;

- ekoloji təmiz kənd təsərrüfatı sahəsində kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kurslar, seminarlar və konfranslar təşkil edirlər;

- bu sahədə xarici ölkədə keçirilən tədbirlərdə mütəxəssislərin və fermerlərin mütəmadi iştirakını təmin edirlər.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır