| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
31.07.2010
Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişinin nümunəvi formasının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 8-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi ilə razılaşdırılmış "Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişin nümunəvi forması" təsdiq edilsin (əlavə olunur).
2. Yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarına tapşırılsın ki, təsdiq edilmiş nümunəvi formaya uyğun olaraq sahibkarlıq subyektləri ilə partnyorluq sazişlərinin bağlanması praktikasına keçidi təmin etsinlər və bu sahədə görülmüş işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 19 noyabr 2002-ci il
№ 181
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 19 noyabr tarixli, 181 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında
PARTNYORLUQ SAZİŞİNİN NÜMUNƏVİ FORMASI
Bu partnyorluq sazişinin nümunəvi forması (bundan sonra - saziş) "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 8-ci abzasının icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır.
Tərəflər:
1. __________________________________________________________________________
Yoxlama və nəzarət funksiyasını həyata keçirən dövlət orqanı
2. __________________________________________________________________________
Sahibkarlıq subyekti (sahibkarların ictimai birliyi)
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq,
ölkədə sahibkarlığın inkişafının zəruriliyini dərk edərək,
sahibkarlarla dövlət tənzimləmə və nəzarət orqanları arasında əməkdaşlıq və anlaşma münasibətlərinin qurulmasını vacib sayaraq,
məsləhətləşmələr və danışıqlar zamanı əldə edilmiş razılaşmalara riayət olunmasını öhdəlik kimi qəbul edərək,
razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən bu Partnyorluq Sazişini bağlamışlar.
1. Əməkdaşlıq istiqamətləri
Tərəflər göstərilən məqsədlərin reallaşdırılması üçün aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlmişlər:
1.1. Aşağıdakı sahələrdə qarşılıqlı işgüzar informasiya mübadiləsini həyata keçirmək:
sahibkarlıq fəaliyyəti sahəsində (aidiyyəti sahə üzrə) qanunvericilikdə baş verən dəyişikliklərin sahibkarlara çatdırılması;
sahibkarlıq subyektinin fəaliyyəti ilə bağlı zəruri informasiyalarla digər tərəfin məlumatlandırılması;
1.2. sahibkarlıq subyektində aparılan yoxlamalar zamanı aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsi;
1.3. sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini mövcud qanunvericilik çərçivəsində həyata keçirmələrinə metodiki kömək göstərilməsi;
1.4. sahibkarlıq fəaliyyətinə mane olan hallar barədə dövlət orqanlarının məlumatlandırılması və onların aradan qaldırılması istiqamətində bu orqanlarla əməkdaşlıq edilməsi;
1.5. qanunvericilik aktlarında və digər normativ hüquqi sənədlərdə, həmçinin dövlət nəzarət və yoxlama funksiyaların həyata keçirən aidiyyəti orqanların təminatlarında sahibkarlığın inkişafına mane olan müvafiq müddəaların dəyişdirilməsi ilə bağlı sahibkarlar və ya onların ictimai birlikləri tərəfindən müvafiq təkliflərin verilməsi və həmin təkliflərin aidiyyəti orqanlar tərəfindən ümumiləşdirərək nəzərə alınması;
1.6. sahibkarlıq subyektinin fəaliyyətinə qeyri-qanuni müdaxilə edilməməsi;
1.7. sahibkar tərəfindən onun fəaliyyətini tənzimləyən mövcud normativ hüquqi aktlara əməl edilməsi.
2. Əməkdaşlıq formaları
Göstərilən istiqamətlərdə əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilir:
2.1. sahibkarlıq fəaliyyəti sahəsində qarşılıqlı informasiya mübadiləsi aparmaq və məsləhətləşmələr keçirmək;
2.2. sahibkarlığın inkişafı, tənzimlənməsi və ona nəzarətin həyata keçirilməsinə dair metodiki vəsaitlər nəşr etmək.
3. Əlavə müddəalar
3.1. Bu saziş imzalandığı gündən qüvvəyə minir.
3.2. Sazişin müddətini onu imzalayan tərəflər müəyyən edir və sazişdə göstərirlər.
3.3. Tərəflərdən birinin sazişdə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiyi və ya tərəflərdən birinin fəaliyyəti rəsmi olaraq dayandırıldığı halda digərinə məlumat verməklə, saziş qüvvəsini müəyyən edilmiş müddətdən əvvəl itirmiş hesab olunur.
3.4. Bu sazişə qarşılıqlı razılaşma əsasında əlavələr edilə bilər.
3.5. Sazişə edilmiş əlavələr protokolla rəsmiləşdirilir.
Yoxlama və nəzarət funksiyasını Sahibkarlıq subyekti
həyata keçirən dövlət orqanı (sahibkarların ictimai birliyi)

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır