| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
31.07.2010
Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 oktyabr 2002-ci il
№ 159

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 17 oktyabr tarixli, 159 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununa və "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların (bundan sonra - obyektlər) atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırma qaydalarını müəyyən edir.
1.2. Sertifikatlaşdırma əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan obyektlərin idxalının və istehlakının qarşısını almaq məqsədi ilə keçirilir.
1.3. Sertifikatlaşdırma milli sertifikatlaşdırma sisteminin əsasını təşkil edən sənədlərə uyğun aparılır.
1.4. Sertifikatlaşdırma milli, beynəlxalq və dövlətlərarası qəbul olunmuş standartların tələblərinə əsasən keçirilir.
1.5. Bu Qaydaların müddəaları təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində atmosfer havasının çirklənməsinə təsir göstərə bilən fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.
1.6. Obyektlərin atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırma proseslərini milli sertifikatlaşdırma orqanı - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və xüsusi təyin edilmiş orqan - Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
1.7. Uyğunluq sertifikatının verilməsi qaydalarını Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə hazırlayıb təsdiq edirlər.
1.8. Obyektlərin sertifikatlaşdırılması ilə əlaqəli olan bütün xərclər sertifikatlaşdırmanın nəticələrindən asılı olmayaraq sifarişçilər tərəfindən müqavilə əsasında ödənilir.
1.9. İdxal olunan avadanlıqların müvafiq sertifikatlarının tanınması Azərbaycan Respublikasının qanunvericiliyinə və qoşulduğu beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
2. OBYEKTLƏRİN ATMOSFER HAVASININ MÜHAFİZƏSİNƏ DAİR TƏLƏBLƏRƏ UYĞUN OLMASINI TƏSDİQ EDƏN SERTİFİKATLAŞDIRMANIN TƏŞKİLATİ STRUKTURU
2.1. Obyektlərin atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın (bundan sonra - AHMTS) təşkilati strukturunu aşağıdakılar təşkil edir:
milli sertifikatlaşdırma orqanı - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi;
xüsusi təyin edilmiş orqan - Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
akkreditasiya olunmuş sınaq və analitik laboratoriyalar (mərkəzlər);
sifarişçilər.
2.2. Sertifikatlaşdırma üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıdakı funksiyaları yerinə yetirir:
Azərbaycan Respublikası ərazisində AHMTS-in ümumi sertifikatlaşdırma prinsiplərinin müəyyənləşdirilməsi;
sınaq laboratoriyalarının akkreditasiyası;
təhlükəsizlik göstəriciləri üzrə sertifikat alınması üçün müqavilənin bağlanması;
sertifikatlaşdırma sxemlərinin seçilməsi;
lazım olan qeydiyyat-hesabat sənədlərinin, onların doldurulma qaydalarının və saxlanma müddətlərinin təyin edilməsi;
akkreditasiya olunmuş laboratoriyaların müəyyənləşdirilməsi və sertifikatlaşdırmanın keçirilməsinə dair qərarın hazırlanması;
başqa təşkilatların analitik, sınaq və elmi tədqiqat laboratoriyalarının işə cəlb edilməsi;
sertifikasiya üçün nümunələrin seçilməsi, sınaq üçün göndərilməsi;
sınağın nəticəsinin analizi, uyğunluq sertifikatının verilməsi və dövlət reyestrində qeydiyyatdan keçirilməsi;
sertifikatlaşdırılmış obyektlərin istehsalına təftiş nəzarətinin həyata keçirilməsi;
akkreditasiya olunmuş sınaq laboratoriyalarının işinə təftiş nəzarətinin həyata keçirilməsi;
xarici ölkələrin sertifikatlarının tanınması.
2.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sertifikatlaşdırılma sahəsində aşağıdakı funksiyaları yerinə yetirir:
Azərbaycan Respublikası ərazisində AHMTS işlərinin təşkili və idarə edilməsi;
AHMTS-in aparılması üçün lazımi normativ sənədlərin müəyyənləşdirilməsi;
sertifikatlaşdırılmalı obyektlərin çeşidinin müəyyən edilməsi;
AHMTS işlərinə qiymətlərin təyin edilməsi;
obyektlərin sertifikatlaşdırılması üçün ərizələrin qəbulu və onlara baxılması;
Azərbaycan Respublikası ərazisində atmosfer havasının mühafizəsi məqsədi ilə istehsal və istismar obyektlərinə ekoloji təhlükəsizlik baxımından texniki tələblərin qoyulması və təftiş nəzarətinin aparılması;
lazımi hallarda digər təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması;
sınaq və yoxlamaların müsbət nəticələrinə görə uyğunluq sertifikatının verilməsi üçün rəy qəbul edilməsi;
obyektlərin AHMTS-in nişanı ilə markalanma hüququnun verilməsi;
başqa ölkələrlə və beynəlxalq təşkilatlarla AHMTS-ə dair qarşılıqlı işlərin aparılması;
beynəlxalq və regional müqavilələrə qoşulma haqqında qərarların qəbul olunmasında, həmçinin sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanmasına təkliflərin verilməsi;
xarici ölkələrin sertifikatlarının tanınması üçün rəy verilməsi.
2.4. Akkreditasiya olunmuş sınaq və analitik laboratoriyalar (mərkəzlər) sertifikatlaşdırılan obyektlərin sınaqlarını və analizlərini aparır və bu obyektlərin sınaqlarının və analizlərinin nəticələri barədə protokollar (aktlar) tərtib edirlər.
2.5. Sifarişçilər, sertifikatlaşdırılmış obyektlərin, sertifikatların sahibləri:
sertifikatlaşdırılmış obyektin normativ sənədlərin tələblərinə uyğun olmasını və uyğunluq nişanı ilə nişanlanmasını təmin edirlər;
sertifikatlaşdırılmalı obyektlərin vaxtlı-vaxtında sertifikatlaşdırılmasına cavabdehdirlər;
sertifikatlaşdırılmış obyektlərə müfəttiş nəzarətinin edilməsi üçün lazımi şərait yaradırlar;
sertifikatlaşdırılmış obyektlərdə aparılmış və ya tətbiq olunmuş dəyişikliklər barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verirlər;
sertifikatın qüvvədə olduğu müddət başa çatdıqda və ya sertifikatlaşdırılmış obyekt normativ sənədlərin tələblərinə cavab vermədiyi halda, bu obyektlərin istehsalı, istismarı və satışının dayandırılması üçün tədbirlər görürlər.
3. OBYEKTLƏRİN SERTİFİKATLAŞDIRILMASI
3.1. Obyektlərin sertifikatlaşdırılması ilə əlaqədar aşağıdakı işlər həyata keçirilir:
təhlükəsizlik və texniki tələblərə görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və ekoloji təhlükəsizlik göstəricilərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə obyektlərin sertifikatlaşdırılması üçün sifarişçi tərəfindən ərizənin verilməsi;
sifarişçilərdən sifarişlərin və təqdim olunmuş sənədlərin qəbulu, ilkin yoxlanması və qeydiyyatı;
sənədlərə baxılması, ekspertiza aparılması;
istehsalatın vəziyyəti ilə ilkin tanışlıq;
sertifikatlaşdırma üçün normativ sənədlərin seçilməsi;
sifarişə dair qərarın qəbul edilməsi, sertifikatlaşdırma sxeminin, akkreditasiya olunmuş sınaq laboratoriyasının müəyyənləşdirilməsi, nümunənin seçilməsi və onun sınaq laboratoriyasına göndərilməsi;
proqramın və sınağın həcminin müəyyənləşdirilməsi;
təqdim olunan nümunələrin qeydiyyatı, onların müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi, proqram üzrə sınaq həcminin keçirilməsi və sınaq protokolunun tərtib edilməsi;
sınaq protokolunun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunması;
sınaq protokollarının və yoxlama aktlarının təhlili;
maliyyə sənədlərinin hazırlanması;
sertifikatlaşdırılan obyektin müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi və sertifikatın verilməsi barədə qərar qəbul edilməsi;
uyğunluq sertifikatını və uyğunluq nişanını tətbiq etməyə verilən icazənin rəsmiləşdirilməsi, onların qeydə alınması və verilməsi;
uyğunluq sertifikatının qüvvədə olduğu müddətdə sertifikatlaşdırılmış obyektə müfəttiş nəzarəti.
3.2. Sertifikat 2 il müddətinə verilir.
4. SERTİFİKATIN QÜVVƏDƏ OLMA TƏLƏBLƏRİNƏ
RİAYƏT EDİLMƏSİNƏ NƏZARƏT
4.1. Sertifikatın qüvvədə olduğu müddətdə sertifikatlaşdırılmış obyektdə sertifikatlaşdırılmanın tələblərinin yerinə yetirilməsinə dair müfəttiş nəzarəti həyata keçirilir.
4.2. Sertifikatlaşdırılmış obyektlərə nəzarətin keçirilməsi zamanı sertifikatlaşdırılmış parametrlərlə normativ sənədlərin tələbləri arasında uyğunsuzluq aşkar edilərsə, aşağıdakı qərarlar qəbul edilə bilər:
a) aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması haqqında;
b) sertifikatın qüvvəsinə xitam verilməsi haqqında;
c) sertifikatlaşdırma prosedurlarının yenidən aparılması haqqında.

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları"nın 1.6-cı, 1.7-ci, 2.1-ci, 2.2-ci, 2.5-ci və 3.1-ci bəndlərində ismin müvafiq hallarında "Agentliyi" sözü ismin müvafiq hallarında "Komitəsi" sözü ilə əvəz edilmişdir. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır