| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Qanunlar
Çap versiyası
11.07.2012

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №8, maddə 485; 2004, №7, maddə 505; 2009, №5, maddə 296; 2010, №3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu maddə üzrə:
1.1. üçüncü hissədə "müvafiq icra hakimiyyəti orqanı ilə" sözlərindən sonra "əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı" sözləri əlavə edilsin;
1.2. yeddinci hissənin ikinci abzasında "dövlət rüsumunun" sözləri "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilsin;
1.3. on ikinci hissənin ikinci cümləsində "əlavə dövlət rüsumu" sözləri "Müəyyən edilmiş haqq" sözləri ilə əvəz edilsin.
2. 11-ci maddənin ikinci və altıncı hissələrində "dövlət rüsumu" sözləri "müəyyən edilmiş haqqı" sözləri ilə əvəz edilsin.
3. 14-cü maddə üzrə:
3.1. yeddinci hissədə "2 ay ərzində" sözləri "4 ay ərzində" sözləri ilə əvəz edilsin;
3.2. səkkizinci hissədə "müəyyənləşdirilmiş dövlət rüsumları" sözləri "müəyyən edilmiş haqq" sözləri ilə əvəz edilsin.
4. 26-cı maddənin doqquzuncu hissəsində "əmtəə nişanının" sözlərindən sonra "(coğrafi göstəricinin)" sözləri əlavə edilsin.
5. 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində "sahibi tərəfindən verilmiş ərizə" sözləri "sahibinin əsaslandırılmış ərizəsi" sözləri ilə əvəz edilsin.
6. 35-ci maddədə "hüquqi hərəkətlər üçün" sözlərindən sonra "(müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2012-ci il.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır