| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
17.10.2012
Cəlilabad rayonu, Qarazəncir kəndində "DALĞA-94" MMC-də mebel istehsalı və satışı qadağan edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində fəaliyyət göstərən "DALĞA-94" MMC-də mebel istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə mebellər (divan, kreslo, yataq dəsti, stol və stul) AZS Milli Sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. İstehsal zamanı istifadə olunan 104 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istifadə olunur ki, bu da "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun deyildir. İstehsal olunmuş mebellərin üzərində markalanma aparılmır, müəssisənin adı və ünvanı göstərilmir.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq "DALĞA-94" MMC-yə inzibati protokol tərtib edilmiş, müəssisədə istehsal olunan mebellərin (divan, kreslo, yataq dəsti, stol və stul) istehsalı və satışı qadağan edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır