| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
26.09.2012

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 115 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəna Zümürxanovaya məxsus "Tərlan" şadlıq evində dövlət nəzarəti aparılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, şadlıq evində istehsal olunan və istehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan, həmçinin təhlükəsizlik göstəricilərinə nəzarət olunmadan hazırlanır. Yeməklərin bişirilməsində istifadə olunan xammalların uyğunluq sertifikatları, toyuq, mal və quzu ətinin baytarlıq şəhadətnaməsi mövcud deyildir.

Alkoqolsuz içkilərin saxlanıldığı soyuducu kameraya keçirilən baxış zamanı yararlılıq müddəti əsassız olaraq 1 il qeyd olunan "Müqa-Pak" nişanlı düşes, "Rodniki zakavkaziya" adlı düşes, tərxun və qazlı su içkiləri aşkar edilmişdir. Normativ sənəd üzrə düşes və tərxun alkoqolsuz içkilərinin saxlanılma müddəti 20 gün olduğu halda aşkar edilmiş məhsulların üzərində 1 il qeyd olunmuşdur. Həmçinin normativ sənədlərə əsasən meyvə nektarlarının saxlanılma müddəti maksimum 9 ay olduğu halda, aşkar edilmiş "Sweet" və "Favorit" nişanlı albalı və şaftalı nektarları üzərində yararlılıq müddətinin 1 il qeyd olunduğu müəyyən edilmişdir. Bundan başqa şadlıq evinin mətbəxində mənşəyi məlum olmayan süni balıq kürüsü, üzərində istehsalçısı barədə məlumat olamayan "Çernoqolovka" nişanlı "Tərxun" alkoqolsuz içkisi aşkar edilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, xammalların saxlanılması, məhsulların hazırlanması zamanı sanitar norma və qaydalara riayət olunmur. Müxtəlif saxlanılma rejimlərinə malik məhsullar mətbəxdə mövcud olan eyni soyuducu kamerada məhsulların spesifikasiyasına uyğun saxlanılma rejiminə nəzarət olunmadan saxlanılır. Bir neçə gün öncə keçirilmiş toy mərasimindən qalan məhsulların (şişdə balıq, dondurulmuş balıq, bişmiş bildirçin əti və s.) soyuducuda saxlanıldığı da müəyyən olunmuşdur.

Normativ sənədlərin tələblərinə uyğun gəlməyən, mənşəyi bilinməyən məhsullarla bağlı akt tərtib edilmiş, həmin məhsulların istifadəsi qadağan edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır