| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
03.08.2011
"Kəhriz" əmtəə nişanlı içməli təbii mineral sular uyğunluq sertifikatı olmadan istehsal olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, 3282 məhəllə ünvanında yerləşən "Kəhriz" MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunub ki, "Kəhriz" MMC "Kəhriz" əmtəə nişanlı qablaşdırılmış içməli təbii mineral su adı altında texnoloji təlimatı, uyğunluq sertifikatı olmadan məhsul istehsal edib. Bundan başqa qablaşdırma materiallarının təkrar istifadə olunduğu aşkar olunub. Müəssisədə mövcud olan 14.05.2008 tarixli 50 saylı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəyində suyun mənbəyi Gədəbəy rayonunun Nərimankənd kəndi göstərilsə də, faktiki olaraq müvafiq qurumlardan rəsmi sənədlər alınmadan su Qusar rayonunun Qarabulaq kəndindən gətirildiyi müəyyən olunub. İdarə əməkdaşları tərəfindən məhsuldan nümunələr götürülərək sınaqların aparılması üçün Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisəyə inzibati qaydada protokol tərtib edilib və məhsulun istehsal və satışının qadağan edilməsi barədə tələbnamə verilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır