ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Radio avadanlığı və xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib.
7 Mart, 2024

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ETSI/EN 301 489-17 V3.2.3:2024 “Radio avadanlığı və xidmətləri üzrə Elektromaqnit Uzlaşması (EMC) standartı; 17-ci hissə: Genişzolaqlı məlumat ötürmə sistemləri üzrə xüsusi şərtlər; Elektromaqnit uzlaşması üçün uyğunlaşdırılmış standart” dövlət standartı qəbul edilib.

Sözügedən standart genişzolaqlı məlumat ötürmə sistemi avadanlığının texniki xüsusiyyətlərini və ölçmə üsullarını müəyyən edir.

Bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Tarix:

7 Mart, 2024