ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb
11 Mart, 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanının icrası məqsədilə Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC arasında əməkdaşlıq həyata keçirilib. 

Əməkdaşlıq çərçivəsində AZSTAND informasiya sistemləri  və ehtiyatlarını qismən “Hökumət buludu”na köçürüb. İnstitut “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. AZSTAND informasiya sistemlərini qismən Bakı və Yevlax Data mərkəzlərində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Eyni zamanda, Azərbaycan Standartlaşdırma İnstitutu məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb.
 

Tarix:

11 Mart, 2024