ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

2024-cü ilin Yol Xəritəsi ilə bağlı AZSTAND-da görüş keçirilib.
5 Aprel, 2024

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi və Azərbaycan Avtomobil Dillerləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd  “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə yer alan tədbirlərin  müzakirəsi olub. 

Tədbirdə, həmçinin , iştirakçılar yumşaq hibrid nəqliyyat vasitələri (mild hybrid electric vehicles (MHEV)), Plug-in hibrid nəqliyyat vasitələri (Plug-İn hybrid electric vehicles (PHEV)), tam hibrid nəqliyyat vasitələri (Full hybrid electric vehicles (EV)) arasındakı fərqlərə dair fikir mübadiləsi aparıblar. 

Görüş çərçivəsində  mövcud əlaqələr, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.

 

 

 

 

 

Tarix:

5 Aprel, 2024