| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031
News archive
Çörək məhsullarına “ölü dərmanı – unifol maddəsinin” qatıldığı barədə Azad İslehlakçılar Birliyinin iddiası təsdiqini tapmayıb
Son günlər bəzi kütləvi informasiya vasitələrində ölkənin çörəkbişirmə sexlərində məhsul istehsalı zamanı "meyid dərmanı" kimi təqdim olunan kimyəvi maddənin vurulması iddia olunmaqdadır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov 16 noyabr 2011-ci il tarixində Xəzər TV-nin "Xəzər Xəbər" informasiya buraxılışında da çörək məhsullarının uzunmüddətli yumşaq saxlanmasını təmin etmək üçün "ölü dərmanı - unifol" maddəsinin qatıldığı haqda məlumatlı olduğunu iddia etmişdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məsələnin ictimaiyyət arasında geniş əks-səda doğurduğunu nəzərə alaraq araşdırma aparmış və müəyyən olunmuşdur ki, mətbuatda səslənən bu informasiyanın heç bir hüquqi əsası yoxdur, istehlakçıların çaşdırılması məqsədi daşıyır...
read more 05.12.2011
Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanların rəhbər şəxslərinin iclası keçirilib
 
Azərbaycan ilə Polşa arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb...
read more 30.11.2011
Qaz partlayışı və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür
Bakı şəhər prokurorluğu tərəfindən aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, respublika ərazisində havaların soyuması ilə əlaqədar təbii qazdan istifadə intensivliyinin artması ilə bağlı cari ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhərində təbii qazdan istifadə zamanı qaz istehlakçıları tərəfindən müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl olunmaması, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə edilməsi və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən vətəndaşların ölümü və xəsarət almaları ilə nəticələnmiş dəm qazından zəhərlənmə və qaz partlayışı hadisələrinin sayı artmışdır. Qeyd edilən müddətdə Binəqədi rayonu üzrə bu xarakterli 4, Yasamal rayonu üzrə 3, Nərimanov və Xətai rayonlarının hər biri üzrə 2, Nəsimi, Sabunçu və Səbail rayonlarının hər biri üzrə isə 1 hadisə qeydə alınmaqla nəticədə 15 nəfər ölmüş, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdır...
read more 25.11.2011
Süd məhsulları istehsalı ilə məşğul olan fiziki şəxs Vüqar Qənbərov barəsində cinayət işi başlanıb
Fiziki şəxs Vüqar Qənbərova məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942-ci məhəllədə yerləşən süd məhsulları istehsalı sexində aparılan...
read more 24.11.2011
19 Noyabr Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaranma günüdür
Azərbaycan Respublikasında keyfiyyət infrasturkturunun müasir Avropa standartları əsasında qurulması, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, azad rəqabət mühitinin formalaşması, təsərrüfat subyektlərində qabaqcıl təcrübənin tətbiqi nəticəsində ölkəmizin istehsal potensialı dəfələrlə artmışdır. Azərbaycan artıq idxalçı ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsində respublikanın sosial iqtisadi həyatının hər bir sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur...
read more 18.11.2011
“Xəzri” xaması və “Moskvicin” yağının satışı qadağan edilib
...Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 9 ünvanında fəaliyyət göstərən "Xəzri" MMC-yə məxsus süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparılıb...
read more 18.11.2011
Bakı şəhərində iki müəssisədə kolbasa məmulatlarının istehsalı dayandırılıb
...Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan dövlət nəzarəti zamanı müəssisədə kolbasa məmulatlarının...
read more 15.11.2011
Cari ilin oktyabr ayının 30-u Azərbaycanda yay vaxtı ləğv ediləcək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir...
read more 24.10.2011
KOOMET Təşkilatının elektrik və maqnetizm mövzusunda iclası keçirilib
...SMPDK-nın təşkilatçılığı ilə keçirilmiş iclasda Azərbaycan, Almaniya, Rusiya, Belorusiya, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstanın metrologiya üzrə qurumlarının mütəxəssisləri iştirak ediblər...
read more 21.10.2011
Milli Metrologiya Mərkəzi ilə Almaniyanın Fiziki – Texniki İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Milli Metrologiya Mərkəzi (MMM) ilə Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən tərəflər milli etalonların ikitərəfli tutuşdurulmasını həyata keçirəcəklər. Bu məqsədlə Azərbaycan Respublikasında və Almaniya Federativ Respublikasında mövcud olan dövlət etalonlarının ölçmələri müqayisə olunacaq. Nəticədə Azərbaycan Milli Etalon Mərkəzində saxlanılan etalonların dəqiqliyi və göstərdiyi nəticələrin qəbul olunmuş beynəlxalq nəticələrlə bərabərliyi təmin olunacaq...
read more 19.10.2011
<<  [ 7 ]  [ 8 ]  [ 9 ]  [ 10 ]  [ 11 ]  >> 
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio