| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031
News archive
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2011-ci il ərzində görülən işlərə dair hesabatı
2011-ci il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələri tərəfindən qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi, ölkə rəhbərliyinin tapşırıqlarının icrası, dövlət proqramlarının yerinə yetirilməsi, Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası və hökümətlərarası müqavilələrdən irəli gələn və komitənin səlahiyyətlərinə aid olan öhdəliklərin təmin edilməsi məqsədilə müvafiq işlər aparılmışdır. Standartlaşdırma sahəsində normativ hüquqi və normativ texniki bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, komitədə "Texniki tənzimləmə haqqında" qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi Avropa Birliyinin mütəxəssisləri tərəfindən ekspertizadan keçmiş və baxılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir...
read more 13.02.2012
SMPDK-da 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
 
18 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent...
read more 13.02.2012
SMPDK-da Gürcüstanın İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin sədri ilə görüş keçirilmişdir
 
..."Sakpatenti"nin sədri İrakliy Qvaladze isə patent sisteminin Azərbaycandakı inkişafından məmnun...
read more 17.01.2012
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təqdim edilmiş 37 dövlət standartı təsdiq edilmişdir
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təqdim edilmiş bir neçə dövlət standartını təsdiq etmişdir...
read more 11.01.2012
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 16 dövlət standartını təsdiq etmişdir
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Standartlar İnstitutu tərəfindən işlənmiş AZS 607-2011 "Dadverici-aromatik əlavələr və qida aromatizatorları", AZS 608-2011 "Ayaqqabı. Qüsurların termin və tərifləri", AZS 609-2011 "Neft məhsulları. Ultrabənövşəyi flüoressensiya", AZS 610-2011 "Maye neft məhsulları. Benzin. Benzolun miqdarının qaz xromatoqrafiya üsulu ilə təyini", AZS 611-2011 "Maye neft məhsulları. Atom-absorbsiya spektrometriya üsulu ilə qurğuşunun kiçik qatılıqlarının təyini", AZS 612-2011 "Maye neft məhsulları. Etilsiz benzin. Oksigenli üzvi birləşmələrin və üzvi əlaqəli oksigenin ümumi miqdarının oksigen üzrə alovlu ionizasiya detektorundan (O-FİD) istifadə edərək qaz xromotoqrafiya üsulu ilə təyini", AZS 613-2011 "Neft məhsulları. Distillat yanacaqlarının oksidləşmə stabilliyinin təyini", AZS 614-2011 "Neft məhsulları. Qaz turbinləri üçün yanacağın termooksidləşmə stabilliyinin təyin edilməsi. JFTOT metodu", AZS 615-2011 "Atmosfer havası. Politsiklik aromatik karbohidrogenlərin (qaz və bərk hissəciklər halında) ümumi miqdarının təyini. Nümunələrin süzgəc və sorbent üzərinə götürülərək xromoto-kütlə spektroskopiyası üsulu ilə analizi", AZS 619-2011 "Cəmdək, yarımcəmdək və dörddəbir cəmdək halında olan qaramal və dana əti", AZS 620-2011 "Kimyəvi liflər. Qüsurların termin və tərifləri" və AZS 622-2011 "Dağıtmayan nəzarət. Metalın maqnit yaddaşı metodu" dövlət standartlarını təsdiq etmişdir...
read more 06.01.2012
Fiziki şəxs Eldar Yaqubova məxsus müəssisədə çörək istehsalı dayandırılmışdır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 9...
read more 26.12.2011
AzTEST tikinti-quraşdırma işlərində istifadə olunan cihazların, o cümlədən elektrik sayğaclarının və radarların müqayisəli dövlət yoxlanışının keçirilməsi məqsədilə yeni avadanlıqlar almışdır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) maddi-texniki bazasının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdədir. Belə ki, son iki ayda AzTEST bir neçə sahədə tətbiq olunan ölçmə cihazlarının kalibrlənməsi və müqayisəli dövlət yoxlanışının keçirilməsi məqsədilə yeni işçi etalonlar və sınaq avadanlığı almışdır. Bunlar aşağıdakılardır:
read more 22.12.2011
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ГОСТ Р 52233-2011 “Şüşə tara. Şüşə qırıntısı. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilmişdir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ГОСТ Р 52233-2011 "Şüşə tara. Şüşə qırıntısı. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilmişdir. Rusiya Federasiyasının milli standartı ГОСТ Р 52233-2004 «Тара стеклянная. Стеклобой. Общие технические условия» əsasında cild üsulu ilə hazırlanmış AZS ГОСТ Р 52233-2011 "Şüşə tara. Şüşə qırıntısı. Ümumi texniki şərtlər" standartı kimi qəbul olunmuşdur.
read more 22.12.2011
AZS 228-2006 “Dondurma. Ümumi texniki şərtlər” dövlət standartına dəyişiklik edilmişdir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Əmri ilə AZS 228-2006 "Dondurma. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən standartın 5.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: "5.2. Buraxılan məhsulun hər bir partiyasının bu standartın tələblərinə uyğunluğu müəssisənin laboratoriyasında və ya müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmuş laboratoriyaları cəlb etməklə yoxlanma, müəssisə tərəfindən məhsul partiyasının keyfiyyət və təhlükəsizliyi haqqında vəsiqə tərtib edilməlidir"...
read more 22.12.2011
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası beynəlxalq müqayisəli sınaqlarda ən düzgün nəticəni göstərmişdir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası beynəlxalq müqayisəli səriştəlilik sınaqlarında iştirak etmişdir. Böyük Britaniyanın nüfuzlu UKAS akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuş FAPAS və LGC Standarts təkilatlarının keçirdikləri sınaqlarda 50-yədək xarici ölkənin müvafiq laboratoriyası iştirak etmişdir...
read more 07.12.2011
<<  [ 6 ]  [ 7 ]  [ 8 ]  [ 9 ]  [ 10 ]  >> 
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio