| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Xəbər arxivi
Çap versiyası
06.11.2017

Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul ediləcək

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsinAvropa Akkreditasiya Təşkilatına (EA - European cooperation for Accreditation) üzvlüklə bağlı müraciətinə baxılıb. Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının bu ay Berlin şəhərində keçiriləcək iclası zamanı Azərbaycan Akkreditasiya Mərkəzinin həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

Avropa Akkreditasiya Təşkilatının (EA) tanınma sazişinə qoşulmaq isə hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsinin yekununda reallaşacaq.

Bu üzvlük xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, akkreditasiya nəticələrinin beynəlxalq tanınması, həmçinin milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institutsional islahatların aparılması, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələləri təmin edəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən komitə tərəfindən təsis edilmiş bu sahədə milli orqan statusu verilmiş publik  hüquqi şəxsdir. Ötən müddət ərzində Azərbaycanda akkreditasiya nəticələrinin beynəlxalq tanınmasına nail olmaq üçün mərkəz Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarus Dövlət Akkreditasiya Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb. Bundan əlavə Mərkəzi İsrailin Laboratoriyaların Akkreditasiyası Orqanı və Gürcüstan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması təklifini verib.

 

 

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır