| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Xəbər arxivi
Çap versiyası
25.10.2016

“Patent hüquqlarında müasir istiqamətlər” mövzusunda regional seminar öz işinə başlayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi(SMPDK), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı(ÜƏMT) və Avrasiya Patent Təşkilatının (AAPT) təşkilatçılığı ilə 2 günlük regional seminar öz işinə başlayıb.

Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə cari iqtisadi proseslər Azərbaycanda qeyri neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Bu müstəvidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına yönəlmişdir. Onun sözlərinə görə hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılmış, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılmışdır. O, Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət etdiyini bildirib. Niyazi Rəhimov  təşkil olunan bu seminarın da əsas məqsədinin məhz əqli mülkiyyət obyektəri üzərində hüquqların düzgün müəyyən olunması və qorunması mexanizmlərindən məlumatlılığın artırılmasına xidmət etdiyini bildirib.

ÜƏMT-nin İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr departamentinin nümayəndəsi cənab İlya Qribkov Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib  O, Azərbaycanın ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələrin həyata keçirildiyini və Azərbaycanın bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qaldığını bildirib.

Avrasiya Patent Təşkilatının (AAPT) prezidenti xanım Saule Tlevlesova Azərbaycanda olmağından məmnunluğunu bildirib. Xanım Tlevlesova əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, əqli mülkiyyət sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işlər və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini də qeyd edib.

Seminarda “Üzv ölkələrdə əqli mülkiyyət sisteminin inkişafı sahəsində ÜƏMT-nin fəaliyyəti”, “Patentlərin qorunması və istifadəsində müasir istiqamətlər”, “Beynəlxalq patent sisteminin ən yeni nailiyyətləri”, “Patent sahəsində Azərbaycan qanunvericiliyi, norma yaradıcılığı fəaliyyəti”, “Patentlərin səmərəliliyi”, “Əczaçılıq sahəsində patent qabiliyyətinin qiymətləndirilməsi”  və s. mövzularda məruzələr dinlənilib.

Seminarda adı çəkilən qurumların nümayəndələri ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının, Müəllif Hüquqları Agentliyinin, Rusiya Federasiyasının, Özbəkistan, Ukrayna, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Türkmənistanın patent idarələrinin rəsmi nümayəndələri də iştirak edib.

 

 

                                              

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır