| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
21.09.2016

Regionlarda sahibkarlıq fəaliyyətinin daha da inkişafı və genişlənməsi məqsədilə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsal olunmasında sertifikatlaşdırmanın rolu” mövzusunda tədbir keçirilib - FOTO

Cari ilin 21 sentyabr tarixində Gəncə şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə “Regionlarda sahibkarlıq fəaliyyətinin daha da inkişafı və genişlənməsi məqsədilə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsal olunmasında sertifikatlaşdırmanın rolu”  mövzusunda tədbir keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev regionların inkişafının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu, bununla bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrasının ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdiyini bildirib.

Daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu qeyd edib. S.Abdullayev bildirib ki, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə fəaliyyət danılmazdır. Yerli müəssisələrin müasir texnologiyalarla təmin edilməsi, yeni sahibkarlıq subyektlərinin yaradılması, regionların inkişafının Prezident İlham Əliyevin diqqət mərkəzində olğuğunu qeyd edən komitə nümayəndəsi yerli məhsulların xarici bazarlara çıxış imkanlarının artırılması məqsədiə yeni mexanizmlərin yaradıldığını qeyd edib. Onun sözlərinə görə, ölkə başçısının fərmanına uyğun olaraq 2012-ci ildən məhsullara uyğunluq sertifikatını müstəqil qurumlar təqdim edir. Bu sahədə liberallaşmanın, azad rəqabətin yaradıldığını qeyd edən S.Abdullayev sertifikatlaşdırmanın bir xidmət növü kimi getdikcə populyarlaşmasına 2014-cü ildə qəbul olunan “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun təkan verdiyini deyib. Sahibkarlar sertifikatlaşdırma orqanlarına müraciət edərək öz müəssisələrinin fəaliyyətini beynəlxalq standartlar əsasında təşkil edir, məhsulların həm daxili bazara, həm də xarici bazarlara maneəsiz çıxışına zəmanət alırlar. Bu sahədə dövlət siyasətini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yerli sənayenin inkişafı istiqamətində köklü islahatlara səbəb olacaq yeni Qanun layihələri hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

Digər çıxış edənlər də yerli məhsulların rəqabətqabiliyyətliyinin artırılması istiqamətində görüləcək işlər, yerli məhsulların istehsalının beynəlxalq standartlara uyğunlaşdırılması və sertifikatlaşdırılması ilə bağlı fikir mübadiləsi aparıb.

Sonra regionda fəaliyyət göstərən sahibkarlar üzləşdikləri problemlər, qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər. Ölkə rəhbərliyinin sahibkarlar üçün yaratdığı şəraitdən məmnunluq ifadə edən iş adamları qeyri-neft sektorunun inkişafı baxımından bu islahatları yüksək qiymətləndiriblər.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə bölgələrdə mütəmadi olaraq sahibkarlarla görüşlər planlaşdırılıb.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır