| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031
News archive
Print version
31.10.2012
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İLAC) təşkilatına müşahidəçi üzv qəbul edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation) təşkilatına müşahidəçi üzv qəbul edilmişdir. Bu barədə təşkilatın rəsmi internet səhifəsində (www.ilac.org) də məlumat yerləşdirilmişdir: "ILAC Welcomes AZSTAND. State Accreditation Service under the State Committee for Standardization, Metrology and Patent of the Republic of Azerbaijan (AZSTAND) is welcomed as an Affiliate member of ILAC. We welcome AZSTAND and look forward to working with our AZSTAND colleagues". (https://www.ilac.org/ilac_welcomes_azstand.html)

İLAC-a üzv olmaqla Dövlət Akkreditasiya Xidməti beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanmışdır. Eyni zamanda ticarətdə texniki manelərin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranmışdır. İLAC-a üzvlük milli akkreditasiya fəaliyyətinin beynəlxalq tanınmasını da təmin edir. Bununla da akkreditasiya sahəsində təcrübəyə malik ölkələrin imkanlarından istifadə etməklə milli akkreditasiya sisteminin inkişafına stimul yaranır. Dövlət Akkreditasiya Xidməti bundan sonra İLAC-ın baş assambleyasının illik iclaslarında, təşkilatın siyasi və texniki məsələlər, marketinq, laboratoriyalar və yeni akkreditasiya sisteminə dəstək üzrə komitələrinin işində iştirak edəcəkdir.

Xatırlatma üçün bildirək ki, Dövlət Akkreditasiya Xidməti "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanı ilə yaradılmışdır. Komitə yanında Dövlət Akkreditasiya Xidməti Azərbaycan Respublikasında akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio