| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Sazişlər, müqavilələr, konvensiyalar
Çap versiyası
17.09.2014

ÜMUMDÜNYA ƏQLI MÜLKIYYƏT TƏŞKILATININ "BEYNƏLXALQ PATENT TƏSNIFATI HAQQINDA STRASBURQ SAZIŞI"NƏ QOŞULMAQ BARƏSINDƏ

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 1971-ci il 29 mart tarixli "Beynəlxalq patent təsnifatı haqqında Strasburq Sazişi"nə qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il 
                № 447-IIQ

 

 ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATI

Beynəlxalq patent təsnifatı haqqında

 STRASBURQ SAZİŞİ

1971-ci il martın 29-da Strasburqda imzalanmışdır

 

 Razılığa gələn tərəflər,

 Hesab edərək ki, patentlərin, müəlliflik şəhadətnamələrinin, faydalı modellərin və faydalılıq haqqında şəhadətnamələrin ümumilikdə qəbul  olunmuş vahid təsnifat sistemi ümumi maraqlara cavab verir və sənaye mülkiyyəti sahəsində daha sıx beynəlxalq əməkdaşlığın qurulmasına  kömək edəcək, həmçinin bu sahədə milli qanunvericiliklərin uyğunlaşdırılmasına kömək edəcək,

 İxtira patentlərinin 19 dekabr 1954-cü il tarixli Beynəlxalq təsnifata dair Avropa konvensiyasının və ona uyğun olaraq Avropa Şurasının  hazırladığı ixtira patentlərinin Beynəlxalq təsnifatının əhəmiyyətini dərk edərək,

 Bu Təsnifatın ümumi dəyərini və onun sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının iştirakçısı olan ölkələrin hamısı üçün  əhəmiyyətini nəzərə alaraq,

 Müasir texniki naliyyətlərin daim artan həcmindən asanlıqla faydalanmağa imkan verən bu təsnifatın inkişaf etməkdə olan ölkələr üçün  əhəmiyyətini nəzərə alaraq,

 20 mart 1883-cü il tarixli, 14 dekabr 1900-cü ildə Brüsseldə, 2 iyun 1911-ci ildə Vaşinqtonda, 6 noyabr 1925-ci ildə Haaqada, 2 iyun 1934-cü  ildə Londonda, 31 oktyabr 1958-ci ildə Lissabonda və 14 iyul 1967-ci ildə Stokholmda yenidən baxılmış Paris konvensiyasının 19 -cu  maddəsini nəzərə alaraq,

 Aşağıdakılar barədə Razılığa gəldilər:

 

Maddə 1

Xüsusi ittifaqın yaradılması. Beynəlxalq təsnifatın qəbul edilməsi

 

 Bu Sazişin tətbiq edildiyi ölkələr Xüsusi ittifaq yaradır və ixtiraya görə patentlərin, müəlliflik şəhadətnamələrinin, faydalı modellərin və  faydalılıq haqqında şəhadətnamələrin vahid təsnifatını qəbul edirlər. Təsnifat «Beynəlxalq patent Təsnifatı» (bundan sonra «Təsnifat»)  adlanır.

 

Maddə 2

Təsnifatın məyyən edilməsi

 

 (1) (a) Təsnifata daxildir:

 (i) ixtira patentlərinin Beynəlxalq təsnifatına dair 19 dekabr 1954-cü il tarixli Avropa konvensiyasının (bundan sonra «Avropa  konvensiyası») əsasnaməsinə uyğun işlənib hazırlanan və 1 sentyabr 1968-ci il tarixdə qüvvəyə minərək Avropa Şurasının baş  katibi tərəfindən dərc edilən mətn;

 (ii) bu Sazişin qüvvəyə mindiyi tarixə qədər Avropa konvensiyasının 2(2) maddəsinə uyğun qüvvəyə minən düzəlişlər;

 (iii) 5-ci maddəyə uyğun sonradan daxil edilən və əsasnamənin 6-cı maddəsinə əsasən qüvvəyə minən düzəlişlər;

 (b) Təsnifatın mətninə daxil edilən əsaslanmalar və qeydlər bu mətnin ayrılmaz hissəsidir.

 (2) (a) (1) (a) (i)bəndində göstərilən mətn, hər biri ingilis və fransız dillərində eyni qüvvəyə malik iki nüsxədən ibarətdir və bu Saziş  imzalanma üçün açıq olduğu tarixdən saxlanılmaq üçün onlardan bir nüsxə Avropa Şurasının baş katibinə, digər nüsxə isə 14 iyul  1967-ci il tarixli Konvensiya ilə təsis olunan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoruna (bundan sonra müvafiq olaraq  «baş direktor» və «Təşkilat») verilmişdir.

 (b) (1) (a) (ii)bəndində göstərilən düzəlişlər, hər biri ingilis və fransız dillərində eyni qüvvəyə malik iki nüsxədədir və saxlanılmaq üçün  onlardan bir nüsxə Avropa Şurasının baş katibinə, digər nüsxə isə baş direktora verilir.

 (c) (1) (a) (iii)bəndində göstərilən düzəlişlər, ingilis və fransız dillərində eyni qüvvəyə malik yalnız bir nüsxədədir və saxlanılmaq üçün  Baş direktora verilir.

 

Maddə 3

Təsnifatın dili

 

 (1) Təsnifat ingilis və fransız dillərində işlənib hazırlanır və hər iki mətn tamamilə eyni qüvvəyə malikdir.

 (2) Təsnifatın ispan, alman, portuqal, rus və yapon dillərində, o cümlədən 7-ci maddəyə uyğun Assambleyanın müəyyən etdiyi digər dillərdə  rəsmi mətni, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra, yaxud bu hökumətlərin təqdim etdiyi tərcümələr əsasında və ya Xüsusi  ittifaqın, yaxud da Təşkilatın büdcəsi üçün maliyyə sərfini tələb etməyən başqa üsuldan istifadə etməklə, Təşkilatın Beynəlxalq bürosu  (bundan sonra «Beynəlxalq büro») tərəfindən hazırlanır.

 

Maddə 4

Təsnifatın istifadəsi

 

 (1) Təsnifat müstəsna olaraq inzibati xarakter daşıyır.

 (2) Xüsusi ittifaqa daxil olan hər bir ölkə Təsnifatdan istər əsas və istərsə də köməkçi sistem kimi istifadə edə bilər.

 (3) Xüsusi ittifaq ölkələrinin səlahiyyətli orqanları:

 (i) verdikləri patentlərdə, müəlliflik şəhadətnamələrində, faydalı modellərdə və faydalılıq barədə şəhadətnamələrdə, həmçinin göstərilən  mühafizə növlərinə aid olan iddia sənədlərində, həmin sənədlərin bu orqanlar tərəfindən nəşr edilib-edilməməsindən və ya yalnız  ictimai tanışlıq üçün ortaya çıxarılmasından asılı olmayaraq, və

 (ii) rəsmi nəşrlərdə yerləşdirilmiş dərc barədə bildirişlərdə və ya (i) yarımbəndində göstərilən sənədlərdən çıxarışlarda,

 (4) Bu Saziş imzalanarkən və ya ratifikasiya bəyannaməsi və ya qoşulma barədə akt saxlanılmaq üçün təqdim edilən zaman:

 (i) yarımbəndində göstərilən sənədlərə aid edilən və ixtiralarda istifadə olunan Təsnifatın tam indekslərini göstərir.

 (i) istənilən ölkə elan edə bilər ki, o, Təsnifatın qruplarına və ya yarımqruplarına aid indekslərini, (3) bəndində nəzərdə tutulduğu  kimi, ictimai tanışlıq üçün yenicə verilən iddia sənədlərində, həmçinin bu iddia sənədlərinə aid bildirişlərdə göstərilməsini öz  öhdəsinə götürür, və

 (ii) yeniliyə görə ekspertiza aparmayan, sanki adi və ya təxirəsalınmış ekspertiza aparan, patentlərin verilmə proseduru və ya  başqa növ mühafizənin verilməsi zamanı texniki səviyyəni müəyyənləşdirmək üçün məlumat axtarışı aparmağı nəzərdə tutmayan  istənilən ölkə bəyan edə bilər ki, o, (3) bəndində göstərilən sənəd və bildirişlərdə təsnifatın qruplarına və ya yarımqruplarına aid  indeksləri göstərmək öhdəliyi götürmür. Əgər bu cür hallar yalnız bir neçə növ mühafizəyə və ya bir neçə texnika sahələrinə şamil  edilərsə, onda həmin ölkə göstərilən halların məhz hansı sahəyə aid edilməsi barədə qeyd-şərt verə bilər.

 (5) Qarşısında «Beynəlxalq patent təsnifatı» sözləri yazılan və ya 5-ci maddədə göstərilən ekspertlər komitəsi tərəfindən müəyyən edilən bu  sözlərin qısaldılmış ifadəsi yağlı şriftlə və ya elə formada yazılmalıdır ki, onlar (3)(i) bəndində göstərilən hər bir sənədin əvvəlində aydın  görünsün.

 (6) Əgər Xüsusi ittifaqın istənilən ölkəsi patentlərin verilməsini hər hansı hökumətlərarası təşkilata tapşırarsa, o, bu maddəyə uyğun olaraq  Təsnifatın göstərilən təşkilat tərəfindən istifadəsini təmin edən bütün mümkün tədbirləri həyata keçirir.

 

Maddə 5

Ekspertlər Komitəsi

 

 (1) Xüsusi ittifaqın hər bir ölkəsinin təmsil olunduğu ekspertlər komitəsi təsis edilir.

 (2) (a) Baş direktor, patent sahəsində ixtisaslaşan hökumətlərarası təşkilatların nümayəndələrini, həmin təşkilatlara üzv olan ölkələrdən  heç olmasa biri bu Sazişin iştirakçısı olduğu təqdirdə, müşahidəçi qismində ekspertlər komitəsinin iclasına dəvət edir.

 (b) Baş direktor öz təşəbbüsü ilə və ya ekspertlər komitəsinin xahişinə əsasən başqa hökumətlərarası və qeyri-hökumət Beynəlxalq  təşkilatların nümayəndələrini, onlar üçün maraq kəsb edən məsələlərin müzakirəsinə dəvət edir.

 (3) Ekspertlər komitəsi:

 (i) Təsnifata dəyişikliklər edir;

 (ii) Təsnifatdan istifadayə kömək etmək və onun eyni şəkildə istifadəsini inkişaf etdirmək məqsədilə Xüsusi ittifaq ölkələrinə tövsiyələr  göndərir;

 (iii) inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaqla, ixtiraların ekspertizasında istifadə olunan sənədlərin  təsnifatlaşdırılmasının sistemləşdirilməsi sahəsində Beynəlxalq əməkdaşlığa kömək edir;

 (iv) Xüsusi ittifaqın və ya Təşkilatın büdcəsinə ziyan vurmayan bütün digər tədbirləri görür və Təsnifatın inkişaf etməkdə olan ölkələr  tərəfindən istifadəsinə köməklik göstərir;

 (v) yarımkomitələri və işçi qrupları yaratmaq hüququna malikdir.

 (4) Ekspertlər komitəsi özlərinin prosedur qaydalarını qəbul edir. Bu qaydalar onun yarımkomitələrində və işçi qruplarında, (2)(a) bəndində  göstərilən və Təsnifatın təkmilləşdirilməsi üzrə böyük həcmdə iş görə bilən hökumətlərarası təşkilatların iştirakının mümkünlüyünə təminat  yaradır.

 (5) Təsnifata dəyişikliklərin daxil edilməsi barədə təklifləri Xüsusi ittifaqın istənilən ölkəsinin səlahiyyətli orqanı, Beynəlxalq büro, (2)(a)  bəndinə uyğun ekspertlər komitəsində təmsil olunan istənilən hökumətlərarası təşkilatlar, bu cür təkliflərin irəli sürülməsi üçün ekspertlər  komitəsinə xüsusi dəvət alan təşkilat verə bilər. Təkliflər Beynəlxalq büroya göndərilir. Beynəlxalq büro həmin təklifləri, onların baxılması  ilə bağlı çağırılacaq ekspertlər komitəsinin sessiyasının başlanmasına ən geci iki ay qalmış ekspertlər komitəsinin üzvlərinə və müşahidəçilərə  göndərir.

 (6) (a) Ekspertlər Komitəsinə üzv olan ölkə bir səsə malikdir.

 (b) Ekspertlər Komitəsi öz qərarlarını səsvermədə iştirak edən və iştirakçı ölkələrin sadə səs çoxluğu ilə qəbul edir.

 (c) istənilən qərarların qəbul edilməsi üçün səsvermədə iştirak edən və iştirakçı ölkələrin beşdə birinin səs çoxluğu, Təsnifatın əsas  strukturunun dəyişilməsinə səbəb ola bilən və ya təsnifatın yenidən tərtibi kimi işlərin aparılmasını tələb edən qərarların qəbulu zamanı  isə səsvermədə iştirak edən və iştirakçı ölkələrin dörddə üçünün səs çoxluğu tələb olunur.

 (d) bitərəf qalanların səsləri nəzərə alınmır.

 

Maddə 6

Bildiriş, qüvvəyə minmə və düzəlişlər və digər qərarların dərci

 

 (1) Beynəlxalq büro Xüsusi ittifaqın səlahiyyətli orqanlarına, təsnifatda düzəlişlərin edilməsinə dair ekspertlər komitəsinin qərarlarını və  ekspertlər komitəsinin təklifləri ilə bağlı bildirişləri göndərir. Düzəlişlər, onun barəsində bildirişin göndərildiyi tarixdən altı ay ötdükdən  sonra qüvvəyə minir.

 (2) Beynəlxalq büro qüvvəyə minən düzəlişləri Təsnifata daxil edir. Düzəlişlər barədə məlumat, 7-ci maddədə göstərilən Assambleyanın  müəyyən etdiyi dövrü nəşrlərdə dərc olunur.

 

Maddə 7

Xüsusi ittifaqın Assambleyası

 

 (1)  (a) Xüsusi ittifaq onu təşkil edən Xüsusi ittifaq ölkələrindən ibarət Assambleyaya malikdir.

 (b) Xüsusi ittifaq ölkələrinin hökumətləri bir nümayəndə ilə təmsil olunur. Nümayəndənin müavinləri, müşavirləri və ekspertləri ola  bilər.

 (c) 5(2)(a)bəndində göstərilən istənilən hökumətlərarası təşkilat Assambleyanın iclaslarında, Assambleyanın qəbul etdiyi müvafiq qərar  əsasında isə Assambleyanın yaratdığı komitə və işçi qrupların iclaslarında müşahidəçi qismində iştirak edə bilər.

 (d) Nümayəndələrin xərclərini onu təyin edən hökumət ödəyir.

 (2) (a) Assambleya 5-ci maddənin müddəalarını nəzərə alaraq:

 (i) Xüsusi ittifaqın saxlanılması və inkişafı, bu Sazişin tətbiqi ilə bağlı bütün məsələlərə baxır;

 (ii) yenidən baxılma üzrə konfransın təşkilinə dair Beynəlxalq büroya tapşırıqlar verir;

 (iii) Xüsusi ittifaqla bağlı baş direktorun hesabatlarına və fəaliyyətinə baxır, onları təsdiq edir və Xüsusi ittifaqın səlahiyyətinə dair  məsələlərlə əlaqədar ona zəruri təlimatları verir;

 (iv) proqramları müəyyən edir, Xüsusi ittifaqın üç illik büdcəsini qəbul edir və onun maliyyə hesabatını təsdiq edir;

 (v) Xüsusi ittifaqın maliyyə reqlamentini təsdiq edir;

 (vi) Təsnifatın rəsmi mətninin ingilis, fransız və 3(2) maddəsində göstərilən dillərdən başqa daha hansı dildə hazırlanması barədə  qərar qəbul edir:

 (vii) Xüsusi ittifaqın məqsədlərini həyata keçirmək üçün zəruri sayılan komitə və işçi qrupları yaradır;

 (viii) (1)(c) bəndinin müddəalarını nəzərə almaqla Xüsusi ittifaqa üzv olmayan ölkələrdən, hökumətlərarası və Beynəlxalq  qeyri-hökumət təşkilatlarından hansıların onun iclaslarına, habelə onun yaratdığı komitə və işçi qrupların iclaslarına müşahidəçi  kimi dəvət olunmasını müəyyən edir;

 (ix) Xüsusi ittifaqın məqsədlərinə çatmaq istiqamətində digər zəruri hərəkətləri həyata keçirir;

 (x) bu Sazişdən irəli gələn digər funksiyaları yerinə yetirir.

 (b) Təşkilat tərəfindən rəhbərliyin həyata keçirildiyi, həmçinin başqa ittifaqlar üçün maraq kəsb edən məsələlər üzrə Assambleya  Təşkilatın koordinasiya komitəsinin mövqeyi əsasında qərar qəbul edir.

 (3) (a) Assambleyaya üzv olan hər ölkə bir səsə malikdir.

 (b) Assambleyaya üzv olan ölkələrin yarısı yetərsay təşkil edir.

 (c) Yetərsay olmadıqda Assambleya qərarlar qəbul edə bilər, lakin Assambleyanın bütün bu cür qərarları, onun öz prosedur  qaydalarına dair qərarları istisna olmaqla, yalnız aşağıdakı şərtlər daxilində qüvvəyə minir. Beynəlxalq büro Assambleyanın işində  iştirak etməyən, Assambleyaya üzv olan ölkələrə Assambleyanın qəbul etdiyi qərarı göndərir və qərarın göndərilmə tarixindən üç ay  ərzində həmin ölkələrdən qərarın lehinə, əleyhinə səs verməsi və ya bitərəf qalması barədə yazılı bildiriş göndərməyi xahiş edir. Həmin  müddət ötdükdən sonra səsvermədə iştirak edən və ya bitərəf qaldıqlarını bildirən ölkələrin sayı sessiyanın işində yetərsay şərtini  ödəyirsə, bu cür qərar eyni zamanda zəruri çoxluq saxlanmaqla qüvvəyə minir.

 (d) Assambleya 11(2) maddəsinin müddəalarını nəzərə almaqla, verilən səslərin üçdə iki çoxluğu ilə öz qərarlarını qəbul edir.

 (e) birtərəf qalanların səsləri nəzərə alımnır.

 (f) nümayəndə yalnız bir dövləti təmsil edə və onun adından səs verə bilər.

 (4) (a) Assambleya, Baş direktorun çağırışına uyğun üç ildə bir dəfə növbəti sessiyaya, müstəsna hallardan başqa, Təşkilatın baş  Assambleyasının yerləşdiyi yerdə və eyni vaxtda yığışır.

 (b) Assambleya, Assambleyaya üzv olan ölkələrin dörddə birinin tələbinə görə Baş direktor tərəfindən çağrılan fövqəladə sessiyaya  yığışır.

 (c) Hər bir sessiyanın gündəliyi Baş direktor tərəfindən hazırlanır.

 (5) Assambleya özünün prosedur qaydalarını qəbul edir.

 

Maddə 8

Beynəlxalq büro

 

 (1) (a) Xüsusi ittifaqın inzibati məsələlərini Beynəlxalq büro həyata keçirir.

 (b) Beynəlxalq büro xüsusən iclasları təşkil edir və Assambleyanın, Ekspertlər Komitəsinin, Assambleya və Ekspertlər Komitəsi  tərəfindən yaradılan bu cür başqa komitələrin və işçi qrupların katiblik funksiyalarını yerinə yetirir.

 (c) Baş direktor Xüsusi ittifaqın yüksək vəzifəli şəxsidir və Xüsusi ittifaqı təmsil edir.

 (2) Baş direktor və onun təyin etdiyi istənilən heyət üzvü Assambleyanın, ekspertlər komitəsinin, Assambleya və ya ekspertlər komitəsi  tərəfindən yaradılan bu cür başqa komitələrin və işçi qrupların bütün iclaslarında səsvermə hüququna malik olmadan iştirak edirlər. Baş  direktor və onun təyin etdiyi istənilən heyət üzvü bu təşkilatların ex officio katibidir.

 (3) (a) Beynəlxalq büro Assambleyanın göstərişinə uyğun olaraq yenidən baxılma üzrə konfransları təşkil edir.

 (b) Beynəlxalq büro yenidən baxılma üzrə konfransların təşkili məsələləri ilə əlaqədar hökumətlərarası və Beynəlxalq qeyri-hökumət  təşkilatları ilə məsləhətləşmələr apara bilər.

 (c) Baş direktor və onun təyin etdiyi şəxs yenidən baxılma üzrə konfransların işində səsvermə hüququna malik olmadan iştirak edirlər.

 (4) Beynəlxalq büro onun üzərinə qoyulan istənilən digər vəzifələri yerinə yetirir.

 

Maddə 9

Maliyyə

 

 (1) (a) Xüsusi ittifaq büdcəyə malikdir.

 (b) Xüsusi ittifaqın büdcəsi, Xüsusi ittifaqa daxilolmalardan və xərclərdən, onun ittifaqlar üçün ümumi olan büdcə xərclərinə üzvlük  haqqından, həmçinin müvafiq hallarda, Təşkilatın konfransı tərəfindən büdcəyə ayırmalardan ibarətdir.

 (c) İttifaqlar üçün ümumi olan xərclər yalnız Xüsusi ittifaqa aid xərclər yox, eyni zamanda Təşkilatın rəhbərlik etdiyi bir və ya bir peçə  başqa İttifaqlara aid büdcə xərcləri hesab edilir. Xüsusi ittifaqın bu ümumi xərclərdəki payı, onun həmin xərclərdə olan maraqlarına  uyğundur.

 (2) Xüsusi ittifaqın büdcəsi, Təşkilatın rəhbərlik etdiyi başqa ittifaqların büdcələri ilə koordinasiya tələbi nəzərə alınmaqla qəbul olunur.

 (3) Xüsusi ittifaqın büdcəsi aşağıdakı mənbələrdən maliyyələşir:

 (i) Xüsusi ittifaq ölkələrinin üzvlük haqlarından:

 (ii) Xüsusi ittifaqa aid olan və Beynəlxalq büroya həvalə olunan xidmətlərin göstərilməsi üçün yığım və ödənişlərdən;

 (iii) İttifaqa aid nəşrlərin Beynəlxalq büro tərəfindən satılması və bu cür nəşrlərə dair hüquqların verilməsi ilə əlaqədar daxilolmalardan;

 (iv) ianələrdən, vəsiyyət olunmuş vəsaitlərdən və subsidiyalardan;

 (v) renta gəlirlərindən, faizlərdən və başqa gəlirlərdən.

 (4) (a) Xüsusi ittifaq ölkələrinin hər biri üçün (3)(i) bəndində göstərilən üzvlük haqqı müəyyən edilərkən, o, sənaye mülkiyyətinin  mühafizəsi üzrə Paris konvensiyasında həmin ölkələr üçün müəyyənləşdirilən siniflərə uyğunlaşdırılır və ölkələr Paris konvensiyasında  həmin siniflərə görə müəyyən edilən məbləğdə illik üzvlük haqqı ödəyir.

 (b) Xüsusi ittifaq ölkələrindən hər birinin illik üzvlük haqqı, bütün ölkələr tərəfindən Xüsusi ittifaqın büdcəsinə ödənilən üzvlük  haqqının ümumi məbləğinə aid olmaqla onun məbləğ vahidi, ölkənin ödədiyi bütün üzvlük haqlarının ümumi məbləğ vahidinə  bərabərdir.

 (c) üzvlük haqları hər il yanvarın birindən başlayaraq ödənilir.

 (d) Üzvlük haqqının ödənilməsi ilə bağlı borcu olan ölkə Xüsusi ittifaqın istənilən orqanında səsvermə hüququndan məhrum olur, o  şərtlə ki, onun borcu ötən iki il üçün müəyyən olunan üzvlük haqqının məbləğinə bərabər və ya ondan artıq olsun. Lakin Xüsusi  ittifaqın istənilən orqanı bu cür ölkəyə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər, o şərtlə ki, üzvlük haqqının  ödənilməməsinin səbəbinin istisna hal və qarşısıalınmaz vəziyyət nəticəsində yarandığına əmin olsun.

 (e) Büdcə yeni maliyyə ilinin əvvəlinə kimi qəbul olunmadığı halda, maliyyə reqlamentində nəzərdə tutulan qaydaya uyğun olaraq, o  ötən ilin səviyyəsində qüvvədə olur.

 (5) Xüsusi ittifaqın adından Beynəlxalq büronun göstərdiyi xidmətlərə görə yığım və ödənişlərin ölçüsü Baş direktor tərəfindən müəyyən  edilir və o, bu barədə Assambleyaya məruzə edir.

 (6) (a) Xüsusi ittifaq dövriyyə vəsaitləri fonduna malik olur. Bu fond Xüsusi ittifaqın hər bir ölkəsi tərəfindən birdəfəlik ödənilən vəsaitlər  hesabına yaranır. Əgər vəsaitlərin dövriyyə fondu az olarsa, onda Assambleya onun artırılması məsələsini həll edir.

 (b) Göstərilən fonda hər bir ölkənin ödədiyi ilkin ödənişin həcmi və ya bu fondun artırılması ilə əlaqədar onun payı, fondun yarandığı  və ya onun artırılması barədə qərarın qəbul edildiyi ildə, həmin ölkənin ödədiyi üzvlük haqqı ilə mütənasibdir.

 (c) Bu nisbət və ödəmə şərtləri, Təşkilatın Koordinasiya komitəsinin fikri dinlənildikdən sonra Baş direktorun hazırladığı təklifə uyğun  Assambleya tərəfindən müəyyən edilir.

 (7)

 (a) Ərazisində Təşkilatın iqamətgahının yerləşdiyi ölkə ilə iqamətgah haqqında bağlanan sazişdə nəzərdə tutulur ki, əgər dövriyyə  vəsaitlərin fondu az olarsa, onda həmin ölkə avans qoyur. Avansın məbləği və verilmə şərtləri bu ölkə ilə Təşkilat arasında hər bir  ayrıca hal üçün bağlanan xüsusi Sazişin predmetidir.

 (b) İstər (a) yarımbəndində göstərilən ölkə və istərsə də Təşkilat yazılı bildiriş verməklə avansların verilməsi ilə əlaqədar öhdəlikləri  denonsasiya edə bilər. Denonsasiya barədə qərar, bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir.

 (8) Maliyyə təftişi maliyyə reqlamenti qaydalarına uyğun, Xüsusi ittifaqın bir və ya bir neçə ölkəsi, yaxud da onların razılığı ilə Assambleya  tərəfindən təyin edilən kənar müfəttişlər tərəfindən həyata keçirilir.

 

Maddə 10

Sazişə yenidən baxılma

 

 (1) Bu Sazişə zaman-zaman Xüsusi ittifaq ölkələrinin xüsusi konfranslarında yenidən baxıla bilər.

 (2) Yenidən baxılma barədə konfransın çağrılmasına dair qərar Assambleya tərəfindən qəbul olunur.

 (3) 7,8,9 və 11-ci maddələrə düzəlişlər yenidən baxılma üzrə konfranslarda, yaxud da 11-ci maddənin müddəalarına uyğun aparıla bilər.

 

Maddə 11

Sazişin bir sıra müddəalarına düzəlişlər

 

 (1) 7,8,9-cu maddələrə və bu maddəyə düzəlişlərin edilməsinə dair təkliflər, Xüsusi ittifaqın istənilən ölkəsi və ya Baş direktor tərəfindən  verilə bilər. Baş direktor tərəfindən bu cür təkliflər Assambleyada onların baxılmasına ən azı altı ay qalmış Xüsusi ittifaq ölkələrinə  göndərilir.

 (2) (1) bəndində nəzərdə tutulan maddələrə verilən düzəlişlər Assambleya tərəfindən səslərin dörddə üç çoxluğu ilə qəbul olunur; lakin 7-ci  maddəyə və bu bəndə verilən düzəlişlər isə səslərin beşdə dörd çoxluğu ilə qəbul olunur.

 (3) (a) (1) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəliş, həmin vaxt Xüsusi ittifaqa üzv olan hər bir ölkənin konstitusiya  prosedurlarına uyğun həyata keçirilərək qəbul olunan və bu ölkələrin dörddə üçünün onun qəbul olunması barədə yazılı bildirişini Baş  direktor aldığı tarixdən bir ay sonra qüvvəyə minir.

 (b) Bu yolla göstərilən maddələrə qəbul olunan istənilən düzəliş, düzəlişin qüvvəyə mindiyi vaxtda Xüsusi ittifaqa üzv olan ölkələr  tərəfindən qəbul olunmalıdır; lakin Xüsusi ittifaqın maliyyə öhdəliyini artıran istənilən düzəliş yalnız o ölkələrə şamil edilir ki, həmin  ölkələr onu qəbul etdiyi barədə yazılı bildiriş versin.

 (c) (a) Bəndində nəzərdə tutulan istənilən düzəliş, həmin bəndin müddəalarına uyğun olaraq onun qüvvəyə mindiyi tarixdən sonra  Xüsusi ittifaqa üzv olan bütün ölkələr üçün məcburidir.

 

Maddə 12

Sazişdə iştirak

 

 (1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının iştirakçısı olan istənilən ölkə aşağıdakı qaydada bu Sazişə qoşula bilər:

 (i) Sazişi imzalayaraq ratifikasiya bəyannaməsini saxlanılmaq üçün verməklə, və ya

 (ii) Sazişə qoşulma aktını saxlanılmaq üçün verməklə.

 (2) Ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün Baş direktora verilir.

 (3) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının Stokholm aktının 24-cü maddəsinin müddəaları bu Sazişə tətbiq edilir.

 (4) (3) Bəndi heç cür, barəsində göstərilən bəndə əsasən digər ölkənin qəbul etdiyi bu Saziş, hər hansı Xüsusi ittifaq ölkəsi tərəfindən ərazi ilə  bağlı faktiki vəziyyətin sakitcə tanınması və ya qəbul etməsi kimi qiymətləndirilməməlidir.

 

Maddə 13

Sazişin qüvvəyə minməsi

 

 (1) (a) Bu Saziş, ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün verildikdən bir il sonra qüvvəyə minir:

 (i) Bu Saziş imzalanma üçün açıq olduğu tarixdən Avropa Konvensiyasının iştirakçısı olan ölkələrin üçdə ikisi, və

 (ii) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının üzvü olan, lakin əvvəllər Avropa Konvensiyasının iştirakçısı  olmayan üç ölkə tərəfindən ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılma ücün verilən tarixdən, bir şərtlə ki, həmin üç  ölkənin heç olmasa birində, patent və ya müəlliflik şəhadətnaməsi almaq üçün verilən iddia sənədlərinin sayı, Beynəlxalq büronun  dərc etdiyi axırıncı illərin statistik məlumatlarına görə 40 min ədəddən çox olsun.

 (b) (a) Bəndinə uyğun bu Sazişin qüvvəyə mindiyi ölkələr sırasında olmayan istənilən ölkə üçün Saziş, Sazişin ratifikasiya edilməsi və  ya ona qoşulması barədə Baş direktorun yaydığı bildiriş tarixindən bir il sonra, əgər ratifikasiya bəyannaməsində və ya qoşulma  aktında daha gec tarix göstərilməyibsə qüvvəyə minir. Sonuncu halda bu Saziş, həmin ölkə yə münasibətdə bu cür göstərilən tarixdən  qüvvəyə minir.

 (c) Bu Sazişi ratifikasiya edən və ya ona qoşulan Avropa Konvensiyasının iştirakçısı olan ölkələr göstərilən konvensiyanı denonsasiya  elan etməlidirlər. Bu ölkələr üçün konvensiyanın denonsasiya edildiyi tarix Sazişin qüvvəyə mindiyi tarixdən gec olmamalıdır.

 (2) Ratifikasiya etmə və ya qoşulma avtomatik olaraq bu Sazişdən irəli gələn bütün müddəaların tanınmasına və bütün üstünlüklərin  alınmasına səbəb olur.

 

Maddə 14

Sazişin qüvvədə olma müddəti

 

 Bu Sazişin qüvvədə olma müddəti sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının qüvvədə olma müddəti ilə eynidir.

 

Maddə 15

Denonsasiya

 

 (1) Xüsusi ittifaqın istənilən ölkəsi Baş direktora bildiriş göndərməklə bu Sazişi denonsasiya edə bilər.

 (2) Denonsasiya, baş direktorun bildiriş aldığı gündən bir il sonra qüvvəyə minir.

 (3) Bu maddədə göstərilən denonsasiya etmə hüququndan, Xüsusi ittifaqa üzv olan ölkə, üzv olma tarixindən etibarən beş il müddət  ötməyənə kimi istifadə edə bilməz.

 

Maddə 16

İmzalanma, dillər, bildiriş, depozitarinin funksiyaları

 

 (1) (a) Bu Saziş ingilis və fransız dillərində bir nüsxədə imzalanır və hər iki mətn tamamilə eyni qüvvəyə malikdir.

 (b) Bu Saziş Strasburqda 30 sentyabr 1971-ci il tarixə kimi imzalanma üçün açıqdır.

 (c) Bu Saziş imzalanma üçün bağlı olduqdan sonra onun əsl mətni Baş direktorda saxlanılır.

 (2) Rəsmi mətnlər, Baş direktor tərəfindən maraqlı hökumətlərlə məsləhətləşmələr aparıldıqdan sonra ispan, alman, portuqal, rus, yapon,  həmçinin Assambleyanın müəyyən etdiyi başqa dillərdə tərtib edilir.

 (3) (a) Baş direktor bu Sazişin imzalanmış mətninin iki ədəd lazımi qaydada təsdiqlənmiş surətini onu imzalayan bütün ölkələrin  hökumətlərinə və sorğu əsasında isə başqa ölkələrin hökumətlərinə göndərir. Baş direktor həmçinin imzalanmış mətnin təsdiqlənmiş  bir ədəd surətini Avropa Şurasının Baş direktoruna göndərir.

 (b) Baş direktor bu Sazişə edilən istənilən düzəlişlərin iki ədəd lazımi qaydada təsdiqlənmiş surətini Xüsusi ittifaqın bütün ölkələrinin  hökumətlərinə və sorğu əsasında isə başqa ölkələrin hökumətlərinə göndərir. Baş direktor həmçinin düzəlişlərin lazımi qaydada  təsdiqlənmiş bir ədəd surətini Avropa Şurasının Baş direktoruna göndərir.

 (c) Baş direktor bu Sazişi imzalayan və ya ona qoşulan istənilən ölkənin hökumətinə onların sorğusu əsasında Təsnifatın ingilis və ya  fransız dillərində lazımi qaydada təsdiqlənmiş surətini göndərir.

 (4) Baş direktor bu Sazişi Birləşmiş Millətlər Təşkilatının katibliyində qeydiyyatdan keçirir.

 (5) Baş direktor sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının üzvlərini və Avropa Şurasının baş katibini aşağıdakılar barədə  məlumatlandırır:

 (i) imzalanma barədə;

 (ii) ratifikasiya bəyannaməsinin və ya qoşulma aktının saxlanılma üçün verilməsi barədə;

 (iii) bu Sazişin qüvvəyə mindiyi tarix barədə;

 (iv) Təsnifatın istifadəsi üzrə qeyd-şərt barədə;

 (v) bu Sazişə düzəlişlərin qəbul olunması barədə;

 (vi) bu cür düzəlişlərin qüvvəyə mindiyi tarix barədə;

 (vii) denonsasiyanın alınması barədə.

 

Maddə 17

Keçid müddəaları

 

 (1) Bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən iki il ərzində, Xüsusi ittifaqa üzv olmayan, lakin Avropa konvensiyasının iştirakçısı olan  ölkələr, Xüsusi ittifaqa üzv olan ölkələr kimi ekspertlər Komitəsində belə hüquqlardan öz istəklərinə uyğun istifadə edə bilərlər.

 (2) (1) Bəndində göstərilən müddət ötdükdən sonra üç il ərzində həmin bənddə qeyd edilən ölkələr ekspertlər komitəsinin iclaslarında,  komitənin qərarı əsasında isə onun yaratdığı istənilən yarımkomitənin və ya işçi qrupun işində müşahidəçi qismində təmsil oluna bilərlər. Bu  dövr ərzində həmin ölkələr 5(5) maddəsinə uyğun olaraq Təsnifata düzəlişlər verə bilərlər və 6(1) maddəsinə uyğun olaraq ekspertlər  komitəsinin bu barədə qərar və təkliflərindən xəbərdar olmalıdırlar.

(3) Bu Saziş qüvvəyə mindikdən sonra beş il ərzində Xüsusi ittifaqa üzv olmayan, lakin Avropa konvensiyasının iştirakçısı olan ölkələr  Assambleyanın iclaslarında, Assambleyanın qərarı əsasında isə onun yaratdığı istənilən yarımkomitə və ya işçi qrupunda müşahidəçi  qismində təmsil oluna bilərlər.

 

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır