| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Qərarlar
Çap versiyası
31.07.2010
"Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 190 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

A.Rasi-zadə

 

Bakı şəhəri, 23 fevral 2010-cu il

№ 39

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 23 fevral

tarixli 39 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması

Q A Y D A L A R I


1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hazırlanmışdır və qeydiyyata alınmış ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patent hüququnun girov qoyulması barədə müqavilələrin (bundan sonra - girov müqaviləsi) qeydiyyata alınması qaydalarını müəyyən edir.

1.2. Girov müqaviləsi Azərbaycan Respublikasında müvafiq patentin qüvvədə olduğu müddətdə qeydiyyata alınır.

Girov müqaviləsi yalnız Azərbaycan Respublikasında qüvvədə olan ixtira, faydalı model və sənaye nümunəsi patenti üzrə bağlanıla bilər.

1.3. Girov müqaviləsi dövlət rüsumu ödənilmək şərtilə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra - Komitə) qeydiyyata alınır.

1.4. Girov müqaviləsi yazılı formada bağlanılır.

1.5. Girov müqaviləsində tərəflərin (girovqoyanın və girovsaxlayanın) adı və yaşayış yeri (olduğu yer), girovun predmeti, girovla təmin olunan öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir.

1.6. Girov hüququ girov müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

1.7. Girovqoyan qismində ixtira, faydalı model və sənaye nümunəsinin sahibi çıxış edir.

1.8. Girovsaxlayan girov müqaviləsində göstərilmiş əsaslar üzrə girov hüququna malik olan şəxsdir.

1.9. Girov müqaviləsində digər qayda nəzərdə tutulmadığı halda, girov müqaviləsi qüvvədə olduğu müddətdə girovqoyan girovun predmetindən onun təyinatına uyğun istifadə edə, o cümlədən ondan faydalana və gəlir götürə bilər.

1.10. Girov müqaviləsində digər qayda nəzərdə tutulmadığı halda, girovqoyan yalnız girovsaxlayanın razılığı ilə girov predmetinə dair hüququ və ya istifadə hüququnu müqavilə əsasında başqa şəxsə verə bilər.

1.11. Girovsaxlayan ona verilmiş girov predmetindən yalnız girov müqaviləsində nəzərdə tutulan hallarda istifadə edə bilər. Girovqoyanın tələbi ilə o, istifadə haqqında hesabat verməlidir. Girov müqaviləsinə əsasən girovsaxlayanın üzərinə girovqoyanın mənafeləri üçün girov predmetindən gəlir götürmək vəzifəsi qoyula bilər.

1.12. Girov qoyulmuş ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patent hüququ girovqoyandan başqa şəxsə verildikdə (patent sahibi dəyişərsə) və ya universal hüquq varisliyi qaydasında keçdikdə, girov hüququ qüvvədə qalır.

1.13. Girovsaxlayan kreditorun hüquqlarının tələbin güzəşti yolu ilə verilməsi qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər.

1.14. Qeydiyyata alınmış girov müqaviləsində tərəflərin razılığı ilə dəyişikliklər və əlavələr edilə bilər.

1.15. İxtira, faydalı model və sənaye nümunəsi patentinin sahibi bir neçə şəxs olduğu halda, girov müqaviləsi patent sahiblərinin hamısının yazılı razılığı əsasında bağlanılır.

 

2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası

 

2.1. Girov müqaviləsinin qeydiyyata alınması üçün sənədlər Komitəyə patent sahibi və ya onun səlahiyyətli nümayəndəsi vasitəsilə təqdim edilə bilər. Girov müqaviləsinin qeydiyyata alınması üçün ərizədə və müqavilədə ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə bir neçə patent hüququ göstərilə bilər. Bu halda patent sahibləri, həmçinin girovsaxlayan eyni şəxslər olmalıdır.

2.2. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı Komitəyə aşağıdakı sənədlər təqdim olunur:

- girovqoyan şəxsin ərizəsi;

- girov müqaviləsi;

- ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patentlərin surəti;

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (zərurət olduqda);

- girov müqaviləsinin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

- etibarnamə (zərurət olduqda).

Bu sənədlər iki nüsxədə təqdim olunur. Ərizədə girovsaxlayanın və girovqoyanın soyadı, adı, atasının adı və yaşadığı ünvan (hüquqi şəxs olduqda - tam adı və olduğu yer) göstərilir.

2.3. Girov müqaviləsi hüquqi şəxs adından verildikdə, ərizə və müqavilə təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalayan şəxsin vəzifəsi, soyadı, adı göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Girov müqaviləsinin tərəfləri (tərəfi) fiziki şəxs olduqda, onların (onun) imzası notariat qaydasında təsdiq edilir.

Ərizədə imza tarixi göstərilmədikdə, ərizənin tarixi onun Komitəyə təqdim olunduğu tarixdən müəyyən edilir.

 

3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası

 

3.1. Girov müqaviləsinin qeydiyyatına dair ərizə Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilinə tərcüməsi (notariat qaydada təsdiq edilmiş) ərizənin verildiyi tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun bir nüsxəsi Komitədə saxlanılır.

3.2. Komitəyə daxil olan girov müqaviləsinə dair sənədlər bir ay müddətində araşdırılır. Girov müqaviləsi qeydiyyata alındığı halda, qeydiyyat tarixindən beş iş günü ərzində bu barədə məlumat müvafiq dövlət reyestrinə daxil edilir və ərizəni verən fiziki və ya hüquqi şəxsə göndərilir.

Girov müqaviləsinə dair sənədlər qaytanlanır və girov müqaviləsinin son vərəqinin arxasında müvafiq qeydlər edilir. Qeydiyyata alınmış girov müqaviləsinin və ya ona edilən düzəliş və ya əlavələrlə bağlı sənədlərin bir nüsxəsi Komitədə saxlanılır.

Qeydiyyatın aparılması barədə məlumat rəsmi bülletendə dərc olunur.

3.3. Komitəyə təqdim edilən sənədlər üzrə əsaslandırılmış iradlar olduğu halda, bu barədə ərizə verən şəxsə beş iş günü ərzində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay müddətində ərizəni verən şəxs tərəfindən təqdim olunmalıdır. Sorğuya cavab müəyyən olunan müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir. Bu zaman ödənilmiş rüsum geri qaytarılmır.

3.4. Girov müqaviləsində edilən dəyişikliklər və əlavələr dövlət qeydiyyatına alınır və müvafiq dövlət reyestrinə daxil edilir. Qeydiyyatın aparılması barədə məlumatlar rəsmi bülletendə dərc olunur və ərizəni verən fiziki və ya hüquqi şəxsə göndərilir.

3.5. Girov müqaviləsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallarda xitam verilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır