| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Fərman və sərəncamlar
Çap versiyası
28.12.2010
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:
1. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 505; 2003-cü il, №10, maddə 571; 2004-cü il, №7, maddə 526; 2009-cu il, №4, maddə 226) 2-ci bəndinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. ikinci abzasda "18-ci maddəsində" sözlərindən əvvəl "10-cu maddəsinin 5-ci bəndində və 17-ci maddəsinin 2-ci bədində," sözləri əlavə edilsin;
1.2. üçüncü abzasda "9-cu maddəsinin" sözlərindən sonra "3-cü bəndinin ikinci abzasında və" sözləri çıxarılsın, "26-cı maddəsinin" sözlərindən əvvəl "20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasında," sözləri, "28-ci maddəsinin 1-ci bəndinin birinci abzasında, 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci" sözlərindən sonra "(birinci cümlədə hər iki halda və ikinci cümlədə)" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 631) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.26-cı bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərinin" sözləri ilə əvəz edilsin;
2.2. 8.27-ci bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtira, faydalı model və sənaye nümunələrinin" sözləri ilə əvəz edilsin;
2.3. 8.28-ci bənddə "sənaye mülkiyyəti obyektləri" və "sənaye mülkiyyəti obyektlərinin" sözləri müvafiq olaraq "ixtira, faydalı model, sənaye nümunəsi" və "ixtiranın, faydalı modelin, sənaye nümunəsinin" sözləri ilə əvəz edilsin;
2.4. 8.29-cu bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtiranın, faydalı modelin və sənaye nümunəsinin" sözləri ilə əvəz edilsin;
2.5. 8.30-cu bənddə hər iki halda "sənaye mülkiyyəti obyektləri" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi və əmtəə nişanı" sözləri ilə əvəz edilsin;
2.6. 8.32-ci bənddə "sənaye mülkiyyəti obyektləri" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri" sözləri ilə əvəz edilsin;
2.7. 8.35-ci bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "əmtəə nişanlarının və coğrafi göstəricilərin" sözləri ilə əvəz edilsin;
2.8. 8.36-cı bənddə "sənaye mülkiyyəti obyektləri barədə dövlət reyestrinə" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri barədə dövlət reyestrlərinə" sözləri ilə əvəz edilsin;
2.9. 8.38-ci bənddə "sənaye mülkiyyəti obyekti barəsində iddia sənədinin verilməsi, onun ekspertizası, patentin verilməsi" sözləri "sənaye mülkiyyətinin mühafizəsi sahəsində" sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır