| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
11.04.2013
Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus "Hanımeller" kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 41, ev 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus "Hanımeller" kulinariya evində dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisənin istehsal olunan məhsullar üçün müəyyən edilmiş qaydada təqdiq olunmuş texnoloji təlimatı və resepturaları mövcud deyil, müxtəlif adlı tortlar, pirojnalar, şərq şirniyyatları, kulinariya məmulatları kortəbii şəkildə istehsal olunur, məhsulların markalanması aparılmır, məhsulların üzərində istehsal tarixi, saxlanma müddəti, saxlanma şəraiti, qida və enerji dəyəri haqqında məlumatlar göstərilmir. Həmçinin məhsulların keyfiyyəti və təhlükəsizliyinin normativ sənədlərə uyğunluğunu əks etdirən gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsul istehsalında istismar olunan ölçmə vasitələri isə müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus "Hanımeller" kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır