| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
13.12.2012

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 37/43 ünvanında fəaliyyət göstərən fiziki şəxs Dəyanət Nəcəfquliyevə məxsus "Deluxe" dönərxana-kafedə dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə çiy dönər və kulinariya məmulatları qanunvericiliyə zidd olaraq uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Həmçinin hər bir porsiyada ətin ümumi kütləsi mövcud normativ sənədə əsasən qarnirlə ən azı 50% müəyyən olunmalı halda, dönərin satışı zamanı buna riayət olunmur, porsiyalar gözəyarı hazırlanır. Çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur. Müəyyən olunmuşdur ki, çiy dönər və digər kulinariya məmulatları zirzəmi şəraitində, sanitar norma və qaydaların tələblərinə cavab verməyən şəraitdə hazırlanır. Hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən texnoloji təlimat olmadan həyata keçirilir. İstehsal zamanı mənşəyi məlum olmayan, tərkibi, istehsal tarixi və yararlılıq müddəti bilinməyən mayonezdən istifadə olunduğu aşkarlanmışdır. Müəssisənin ümumi sanitar vəziyyəti də qeyri-qənaətbəxş olmuşdur. Müəssisənin qabyuma hissəsi yoxdur. Süfrələrin düzülüşündə istifadə olunan qabların və yemək dəstlərinin (çəngəl, bıçaq, qaşıq) ayaqyolunda natəmiz şəraitdə yuyulduğu aşkarlanmışdır. Çalışan personal isə zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) tam təmin olunmamışdır.
Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq "Deluxe" dönərxana-kafedə çiy dönər, dönər-kabab və kulinariya məmulatlarının istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Aydın Qurbanova məxsus müəssisədə dönər-kabab və isti-soyuq yeməklərin hazırlanmasına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, istehsal olunan çiy dönərin uyğunluq və gigiyenik sertifikatları yoxdur. Müəssisədə dönər-kabab AZS 744-2012 (bənd 4.1.) tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq edilmiş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Standartın tələblərinə əsasən dönər-kababın hər bir porsiyasında ətin ümumi kütləsi qarnirlə ən azı 50% müəyyən olunduğu halda, dönər satışı zamanı buna riayət olunmur. Çiy dönərin və digər isti yeməklərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur. Çiy dönərin hazırlanma şəraiti sanitar norma və qaydalara uyğun deyil. Belə ki, cəmi 5-6 kv.m sahəsi olan mətbəxdə həm çiy dönər, həm də bir neçə adda müxtəlif isti-soyuq (paytaxt, mimoza salatları, plov, sous, ət və s.) kulinariya məhsulları hazırlanır. Hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən texnoloji təlimat və reseptura olmadan həyata keçirilir. Çalışan personal zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) təmin olunmamışdır.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq fiziki şəxs Aydın Qurbanova məxsus müəssisədə məhsul istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən qənnadı məmulatları istehsal edən "İsmayıloğlu-2009" MMC-də dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki,"İsmayıloğlu-2009" MMC-də 4 adda məhsul (küncütlü şirniyyat, nabatlı karamel, jeleli marmelad, türk paxlavası) istehsal olunur. Bunlardan küncütlü şirniyyat, jeleli marmelad və türk paxlavası müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Müəssisədə sanitariya norma və qaydalara riayət olunmur, standartların tələblərinə uyğun, insan həyatı və sağlamlığı üçün təhlükəsiz məhsul istehsal etmək üçün tam lazımi şərait yoxdur. Belə ki, köhnə taxta və karton materiallarla arakəsmələr düzəldilərək hazır məhsul və xammal ambarı, istehsal sexləri yaradılmışdır. Məhsulun saxlanma temperaturuna və nəmliyə riayət etmək üçün şərait yoxdur. Həmçinin müəyyən olunmuşdur ki, məhsulların üzərinə saxlanma tarixi istehsal bitdiyi tarixdən yox, satışa çıxarıldığı tarixdən vurulur. Belə ki, anbarda üzərində istehsal tarixi olmayan, nə vaxt istehsal olunduğu məlum olmayan (bir ton leleli marmaled, 450 kq küncütlü karamel, 60-70 kq nabatlı karamel) məhsullar aşkarlanmışdır.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı "İsmayıloğlu-2009" MMC-də məhsul istehsalı dayandırılmış, müəssisəyə cərimə tətbiq edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır