| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
07.09.2012
Bakı şəhərində fiziki şəxs M.Məmmədquliyevə məxsus sexdə "Bizim ailə" nişanlı qatıq, xama, dovğa, kəsmik və ayranın, Şirvan şəhərində fiziki şəxs G.Vəliyevaya məxsus sexdə şərq şirniyyatının, "Şirvan Sənaye Kombinatı-2" ASC-də şaquli dəlikli yüngül fabrik kərpicinin, Qax şəhərində fiziki şəxs Z.Abdullayevə məxsus sexdə duşes limonadının istehsalı və satışı qadağan edilmiş, Lənkəran rayonunda keramik daş və kərpic istehsal edən "Xarxatan kərpic istehsal kooperativi" ilə bağlı materiallar Lənkəran rayon prokurorluğuna təqdim olunmuşdur - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus "Bizim ailə" nişanlı süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturaları və texnoloji təlimatları mövcud deyil ki, bu da normativ sənədlərin - AZS 092-2003, AZS 220-2006, AZS 121-2004, AZS 089-2003 və AZS 091-2003 standartının tələblərinə və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ziddir. Bundan başqa istehsalda texnoloji proseslər pozulur, nəzarət olunmalı göstəricilər gözəyarı müəyyən edilir. Markalanmada normativ sənədlərin tələbi pozularaq nəticədə istehlakçılar aldadılır. Belə ki, istehsalda sırf quru süddən istifadə olunduğu halda, etiketlərdə "camış qatığı" kimi yalnış məlumatlar göstərilir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus sexdə "Bizim ailə" nişanlı 3,2% yağlılıqda qatığın, 15% yağlılıqda xamanın, dovğanın, pəhriz kəsmiyinin, qazlaşdırılmış ayranın və digər süd məhsullarının istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülnar Vəliyevaya məxsus şirniyyat sexində dövlət nəzarəti aparmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, şərq şirniyyatının təhlükəsizlik göstəricilərini təsdiq edən gigiyenik sertifikat və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən uyğunluq sertifikatı olmadan, həmçinin resepturasız məhsul istehsal olunur. Bundan başqa hazır məhsulların mütəmadi olaraq sınaqları aparılmır, bunun üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə mövcud deyildir. Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Fiziki şəxs Gülnar Vəliyevaya məxsus sexdə şərq şirniyyatının istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında fəaliyyət göstərən "Şirvan Sənaye Kombinatı-2" ASC-də kərpicin istehsalına dövlət nəzarəti aparmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "Şirvan Sənaye Kombinatı-2" ASC-də istehsal olunan şaquli dəlikli yüngül fabrik kərpiclərinin uyğunluq sertifikatı, radiasiya sınaq protokolu və hazır məhsulun sınaqlarının aparılması üçün laboratoriya ilə müqaviləsi yoxdur, istismar olunan 35 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş halda istifadə olunur. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar "Şirvan Sənaye Kombinatı-2" ASC-də şaquli dəlikli yüngül fabrik kərpic məhsulunun istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Qax şəhəri, M.Maqamayev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zəfər Abdullayevə məxsus alkoqolsuz içki istehsalı sexində dövlət nəzarəti aparmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə məhsul istehsalı üçün sanitar norma və qaydalar pozulduğundan heç bir şərait yoxdur, müəssisənin sınaq laboratoriyası mövcud deyil, bundan başqa akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi də yoxdur. Həmçinin istifadə olunmuş şüşə butılkaların təkrar istifadəsində yuyulma texnologiyasına əməl olunmur, məhsulun sınaqları aparılmır, müəssisə normativ sənədlə təmin edilməmişdir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs Zəfər Abdullayevə məxsus sexdə duşes limonadının satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi Lənkəran rayonu, Xarxatan kəndində fəaliyyət göstərən "Xarxatan kərpic istehsal kooperativi"ndə keramik daş və kərpic istehsalına dövlət nəzarəti aparmışdır. Araşdırma zamanı istehsal olunan məhsulların AZS Milli sertifikatlaşdırma qaydalarına zidd olaraq sertifikatlaşdırılmadığı, istismar olunan ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi və s. müəyyən olunmuşdur. Aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisədə məhsul istehsalını qadağan edən tələbnamə, iradnamə verilmiş, inzibati protokol tərtib olunmuşdur. Araşdırma zamanı müəssisənin nümayəndəsi Hüseynov Famil zakir oğlu tərəfindən dövlət müfəttişlərinə kobudluq göstərildiyinə və yoxlamaya aid sənədləri cırdığına görə protokol tərtib edilmiş, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi məqsədilə Lənkəran rayonu prokurorluğuna təqdim olunmuşdur.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır