| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
05.10.2011
"Toppuş" nişanlı şəkərli şirələnməmiş qarğıdalı çubuqları saxarozanın miqdarına görə normativ sənədin tələbinə cavab verməyib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov 41 ünvanında yerləşən fiziki şəxs Haşem Bağeri Fathaliyə məxsus müəssisədə dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəssisənin "Toppuş" nişanlı duzlu, pendir əlavəli şirələnməmiş və şirin şirələnməmiş qarğıdalı çubuqları, jeleli marmelad, "Şəbnəm" nişanlı noğul və "Toppuş" nişanlı Lənkəran külçəsi istehsal etdiyi müəyyən edilib. 

"Toppuş" nişanlı şəkərli şirələnməmiş qarğıdalı çubuqlarından götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən məhsul saxarozanın miqdarına görə normativ sənədin tələbinə cavab verməyib. Bundan başqa təsərrüfat subyektinin məhsulları normativ sənədin tələbinə zidd olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq resepturalar olmadan istehsal etdiyi, məhsulların istehsalına lazımi şəraitin olmadığı, hazır məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq laboratoriyada sınaqların aparılmadığı müəyyən edilib. 

Qanun pozuntuları ilə bağlı müəssisədə nəzarət həyata keçirilən zaman aşkar olunmuş 230 kq jeleli marmeladın, 120 kq "Şəbnəm" nişanlı noğulun, 38 000 ədəd "Toppuş" nişanlı qarğıdalı çubuqlarının və 13 000 ədəd "Toppuş" nişanlı Lənkəran külçəsinin satışının qadağan edilməsi barədə tələbnamə verilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır