| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
29.06.2011

"Amal" firmasında istehsal olunan süd məhsullarının keyfiyyəti yoxlanılıb 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 84 ünvanında yerləşən "Amal" firmasında süd məhsullarının (3,2% yağlılıqda qatıq, 15% yağlılıqda xama, pəhriz kəsmiyi, dovğa və ayran) istehsalı zamanı normativ sənədlərin tələblərinə, metroloji qayda və normalara riayət olunması ilə bağlı dövlət nəzarəti aparılıb.

Dövlət nəzarəti nəticəsində müəyyən olunub ki, ayran məhsulu müəyyən edilmiş qaydada təsdiq olunmuş normativ və texnoloji sənədlər (reseptura) olmadan istehsal olunur. Həmçinin istehsal olunan süd məhsulların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən gigiyenik və AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları mövcud olmayıb. Bundan başqa məhsulların markalanması normativ sənədlərin tələblərinə cavab verməyib. Belə ki, etiketlərin üzərində məhsulların saxlama müddəti və 100 qr məhsulun qida və enerji dəyəri bu məhsullar üçün mövcud resepturalarda nəzərdə tutulan göstəricilərlə ziddiyyət təşkil edib.

Nöqsanlarla bağlı müəssisəyə inzibati qaydada protokol tərtib edilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır