| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
29.07.2010
Bakıda külli miqdarda keyfiyyətsiz avtomobil ehtiyat hissələri
aşkar olunmuşdur

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları fiziki şəxs Vüqar Mürsəliyevə məxsus Bakı şəhəri, Z.Bünyadov prospekti, 38 ünvanında yerləşən mağazada təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmayan külli miqdarda avtomobil ehtiyat hissələri aşkar etmişlər.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, Avropa mənşəli adı ilə mağazada satılan malların mənşəyini təsdiq edən sənədləri yoxdur və keyfiyyət göstəriciləri normativ sənədlərin tələbinə uyğun deyildir.
Bununla bağlı müəssisə rəhbərinə ehtiyat hissələrinin satışının qadağan olunması barədə tələbnamə, nöqsanların aradan qaldırılması barədə iradnamə təqdim edilmişdir. Lakin fiziki şəxs Vüqar Mürsəliyev dövlət müfəttişlərinin məcburi göstərişlərini yerinə yetirmədən malların satışını davam etdirmişdir.
Buna görə də Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən "məhsulların realizə edilməsinin qadağan edilməsi haqqında yazılı tələbnamələrin yerinə yetirilməməsinə görə" fiziki şəxs V.F.Mürsəliyev barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş, 4000 (dörd min) manat məbləğində cərimə tətbiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bu barədə məlumatlar Dövlət Gömrük Komitəsinə göndərilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır