| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
04.02.2014

Binəqədi rayonunda yerləşən “Kaspi” kafesində standartların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilmişdir-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk küçəsi, ev 64 ünvanında yerləşən, fiziki şəxs Qələndərov Abdulla Zahid oğluna məxsus “Kaspi” kafesində dövlət nəzarəti tədbirləri aparılmışdır.

Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, müəssisədə natəmizlik hökm sürür, zibil yeşikləri açıq şəkildə mətbəxdə saxlanılır, soyuducuda ət qiyməsi, göyərti və digər məhsullar açıq şəkildə bir-birinin üzərinə qoyulmaqla saxlanılır, yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur. Bundan başqa istifadə olunan ətin, toyuğun, hind toyuğunun, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsullarının və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməmişdir. Həmçinin kafedə menyunun olmadığı, mətbəxdə çalışan aşbazın təhsilini təsdiq edən sənədin olmadığı, aşbazın müvafiq geyimlə təmin olunmadığı aşkar edilmişdir.

Aşkar edilmiş nöqsanlarla bağlı mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilmiş, mənşəyi məlum olmayan hər biri 3 kq olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatıq aktlaşdırılaraq satışı qadağan edilmiş, müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır