| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
20.08.2013

Fiziki şəxs Quliyeva Təranəyə məxsus müəssisədə şərq şirniyyatı istehsalı və satışı qadağan edilmişdir

FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindənBakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küç. 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Təranəyə məxsus şirniyyat sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, şirniyyat məhsulları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməmişdir.

İstehsal zamanı mənşəyi məlum olmayan, istifadəyə yararsız ərzaq məhsullarından istifadə olunduğu da müəyyən olunmuşdur. Belə ki, un kisələrinin içində külli miqdarda ziyanverici həşəratlar aşkarlanmış, hazır məhsulların sobadan çıxdığı an natəmiz şəraitdə soyudulduğu, ümumilikdə antisanitariya vəziyyətinin hökm  sürdüyü müəyyən olunmuşdur

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən inzibati protokol tərtib edilmiş, fiziki şəxs Quliyeva Təranəyə məxsus müəssisədə şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır