| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
10.07.2013

Buğda unu istehsal edən “Hazartürk LTD” MMC dörd min manat cərimə edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən buğda ununun istehsalı ilə məşğul olan “Hazartürk LTD”  MMC-də dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Yeyinti məhsulları haqqında”  Azərbaycan Respublikası Qanununun (maddə 11) və ГОСТ 26791-89 standartının (bənd 2) tələbləri pozularaq istehsal olunan I növ buğda ununun üzərində heç bir markalanma aparılmır. Həmçinin hazır məhsulların saxlandığı anbarda məhsulun saxlanma şəraitinə əməl olunmur, dolu kisələr taxta altlıq üzərinə deyil, üst-üstə nəm asfalt-beton üzərinə avtomobil təkərləri, paslı və çirkli ehtiyat hissələri ilə bir yığılır.

Müəssisədə istehsal olunan məhsulların sınaqlarının aparılması üçün laboratoriya mövcud deyildir, akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmamışdır, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçmədən istismar olunur. Bu isə «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa (maddə 11.1) və  ГОСТ 8.513-84  normativ sənədin tələblərinə ziddir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraqmüəssisə rəhbərinə məhsul partiya satışının və yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə Tələbnamələr verilmiş, İnzibati xəta haqqında protokoltərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisənin 4000 (dörd min) manat cərimə olunması barədə Qərar qəbul edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır