ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən AZS ISO 45001:2021 standartı əsasında daxili auditor təlimi keçiriləcək
9 Fevral, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi. Tələblər” standartı əsasında daxili auditor təlimi keçiriləcək.

Təlim 2026-cı ilin 23-25 fevral tarixlərində AZSTAND-ın İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev tərəfindən hibrid formatda həyata keçiriləcək.

Təlimin məqsədi AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi. Tələblər” standartının tələblərinə uyğun olaraq müəssisədə peşə sağlamlığı və təhlükəsizliyi üzrə bilik və bacarıqların artırılmasını, risklərin düzgün qiymətləndirilməsi və idarəetmə bacarığının formalaşdırılmasını, həmçinin əməkdaşların təhlükəsiz iş mühitinin təmin edilməsinə dair məsuliyyət və öhdəliklərinin gücləndirilməsini təmin etməkdir.

Eyni zamanda standartın tətbiqi işçilərin iş yerlərində mümkün təhlükə və riskləri tanımasını, qarşısının alınması üzrə profilaktik tədbirləri tətbiq etməsini, hadisə və qəzaların qarşısının alınmasına yönəlik davranışların inkişaf etdirilməsini və Peşə Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sisteminin  effektivliyinin davamlı təkmilləşdirilməsini dəstəkləyir.

Təlimin sonunda keçirilən mövzu üzrə imtahan təşkil ediləcək, imtahandan müvəffəqiyyətlə  keçən iştirakçılara “Daxili auditor” sertifikat təqdim ediləcəkdir. İmtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

 Qeydiyyat üçün əlaqəli şəxs:

İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,

Tel:  (+994 12) 514 96 03 (dax: 115)

mob: (+994 55) 201 18 60

E-mail: z.hagverdiyeva@azstand.gov.az

 

Tarix:

9 Fevral, 2026