ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə ISO/IEC 50001:2018 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı əsasında təlim keçiriləcək
20 Noyabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO/IEC 50001:2018 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartı əsasında baş auditor təlimi keçiriləcək

Təlim 2025-ci ilin 11-14 dekabr tarixlərində Esenek eğitim mərkəzinin rəhbəri, beynəlxalq təcrübəyə malik təlimçi Halil Çelik tərəfindən keçiriləcək.

Təlimin məqsədi sözügedən standartın tətbiqinin təşkilatların enerji performansını, o cümlədən enerji effektivliyini, enerjidən istifadə və enerji istehlakını davamlı olaraq yaxşılaşdırmaq üçün zəruri olan sistemləri və proseslərin hazırlamasına imkan yaratdığını göstərmək, EMS-nin (Enerji menecment sistemləri) tətbiqi nəticəsində təşkilatın öz enerji effektivliyini yaxşılaşdırmaq və idarəetmə sisteminin bu standartın tələblərinə uyğunluğunu nümayiş etdirmək, enerji hədəflərini təyin etmək və onlara nail olmaqdır. Eyni zamanda, məqsədlərə və strateji enerji hədəflərinə çatmaq üçün müvafiq imkanlardan istifadə edərək riskləri minimum səviyyədə saxlamaq və enerji performansına təsir edən və enerjiyə qənaət edən məhsul və xidmətlərin satın alınmasını dəstəkləməkdir.

 

Əyani formatda keçiriləcək təlimin sonunda mövzu üzrə imtahan təşkil ediləcək, imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara “Baş auditor” sertifikatı təqdim ediləcək.

Qeydiyyat üçün əlaqəli şəxs: 

İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,

Tel:  (+994 12) 514 96 03 (dax: 115)

mob: (+994 55) 201 18 60

E-mail: z.hagverdiyeva@azstand.gov.az

 

Tarix:

20 Noyabr, 2025