ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə “Standartlaşdırma ixracın inkişafına dəstək alətidir” mövzusunda semınar keçirilmişdir
6 İyul, 2018

06 iyul 2018-cı il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə “Standartlaşdırma ixracın inkişafına dəstək alətidir” mövzusunda semınar keçirilmişdir.

Tədbirdə Azərbaycan sahibkarlarının öz məhsullarının keyfiyyətinin, rəqabətqabiliyyətliyinin artırılması və bunun nəticəsində xarici bazarlara ixrac potensialının reallaşdırılması məqsədilə beynəlxalq praktikaya uyğun texniki tənzimləmə normaları, standartlar və prosedurlar müzakirə olunmuşdur.

Seminarın əsas məqsədi biznes strukturlarının ixrac əməliyyatlarının həyata keçrilməsi zamanı standartlaşıdrma üzrə milli orqan - Azərbaycan Standartlaşdırma İnstitutu və sahibkarlar arasında yüksək və peşəkar səviyyədə münasibətlərin qurulmasına start verilməsidir.

Bu baxımdan ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparan, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayan və dövlət orqanları və biznes strukturlarını bu məlumatlarla təmin edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ən uyğun platformadır.

Tarix:

6 İyul, 2018