ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin növbəti iclası keçirilib.
6 May, 2024

Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 36) online formatda növbəti iclası keçirilib.

İclasda zərgərlik sənayesinin inkişafı istiqamətində 2024-cü il üzrə Fəaliyyət Planında qeyd edilən yeni standart layihələri səsverməyə qoyulub. Həmçinin, 17-18 aprel tarixlərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Zinət əşyaları və qiymətli metallar” (Jewellery and precious metals) standartlaşdırması üzrə Texniki Komitəsinin (ISO/TC 174) İtaliyanın Viçenza şəhərində keçirilən iclasının nəticələri və digər məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycan zərgərlik adət-ənənələrinə xas olan şəbəkənin standartlaşdırılmasının əhəmiyyəti və bu sahədə standartların işlənib hazırlanması təklifi irəli sürülüb. Görüş iştirakçıları, həmçinin müvafiq sahədə qəbul edilmiş standartların təşviqi barədə fikir mübadiləsi aparılıb.

 

Tarix:

6 May, 2024