ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“ABAD” publik hüquqi şəxs ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs arasında Anlaşma Memorandumu imzalanmışdır
22 May, 2018

22 may 2018-ci il tarixində “ABAD” publik hüquqi şəxs ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru Namiq Tağıyev arasında imzalanıb.

Memorandumun məqsədi ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, əhalinin özünəməşqulluq səviyyəsinin artırılması və rəqabətqabilliyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir. Sənədə əsasən, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində layihələrə dəstək vermək, “ABAD” mərkəzlərinə “bir pəncərə” prinsipi ilə dəstək göstərmək, məhsulların sertifikatlaşdırmasını bu prinsip əsasında həyata keçirmək, o cümlədən qanunla qadağan edilməyən digər sahələrdə birgə əməkdaşlıq niyyəti nəzərdə tutulur.

Qeyd edək ki, bugünədək artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “ABAD”ın dəstəyi ilə istehsal olunan məhsullar üçün 28 uyğunluq sertifikatı verilmiş və müasir beynəlxalq normalara cavab verən 12 texniki normativ sənəd hazırlanmışdır.

Tarix:

22 May, 2018