ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ümumi məlumat

 Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, idarəetmə sistemləri üzrə beynəlxalq standartların tətbiqi müəssisələrin ölçüsü, işçi sayı, göstərdiyi fəaliyyət sahəsindən asılı olmayaraq işin səmərəli təşkili, məhsuldarlığın artırılması, yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnunluğuna nail olunması baxımından böyük əhəmiyyət daşıyır.

 Müasir biznesin qabaqcıl idarəetmə vasitələrinə böyük ölçüdə ehtiyacı var. Məhz onların köməyi ilə bu gün rəhbərin qarşısında daim yaranan çoxsaylı və müxtəlif vəzifələri çevik və tez həll etmək mümkündür. Hər hansı bir tapşırıq xüsusi həll və alət tələb edir. Təşkilatın səviyyəsi nə qədər yüksəkdirsə, tapşırıqların da səviyyəsi bir o qədər yüksələrək, quruluşu daha da detallı edir. Məhz buna görə, qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq standartlara uyğun idarəetmə sistemlərini tətbiq edərək, təməl qurmaq lazımdır. Tətbiq edilən sistemlər şirkətin daxili biznes arenasını formalaşdıraraq, müvafiq qaydalarını müəyyən edir. İdarəetmə sisteminin effektivliyi ilk növbədə rəhbərlikdən asılıdır. İdarəetmə sisteminin qarşısına qoyulan məqsədlərin uyğun gəlib-gəlmədiyini rəhbər müstəqil qiymətləndirici və ya idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı vasitəsi ilə qiymətləndirə bilər. Belə bir prosesin nəticələrinə güvənmək üçün yalnız müəyyən bir standartın tələblərinə uyğun idarəetmə sistemini yoxlamaq deyil, həm də sistemin gələcək inkişafını, onun təkmilləşdirilməsini stimullaşdıran etibarlı sertifikatlaşdırma orqanını seçmək vacibdir.

 "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması orqanı sizə yerli və xarici bazarda aparıcı mövqe tutmağa dəstək olur.

Beynəlxalq əməkdaşlıq