| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Sazişlər, müqavilələr, konvensiyalar
Çap versiyası
31.07.2010
NİŞANLARIN QEYDİYYATI ÜÇÜN ƏMTƏƏ VƏ XİDMƏTLƏRİN BEYNƏLXALQ TƏSNİFATI BARƏDƏ NİTSA SAZİŞİ

15 iyun 1957-ci il tarixində qəbul olunan, 14 iyul 1967-ci ildə Stokholmda və 13 may 1977-ci ildə Cenevrədə yenidən baxılmış və 28 sentyabr 1979-cu ildə dəyişdirilmiş rus dilində olan rəsmi mətndən tərcümə. Ümumdünya Əqli Mülkiyyəti Təşkilatı. Cenevrə, 1992.

Maddə 1. Xüsusi İttifaqın yaradılması; Beynəlxalq təsnifatın qəbulu; Beynəlxalq təsnifatın müəyyən edilməsi və dili

(1) Bu Sazişin tətbiq edildiyi ölkələr Xüsusi ittifaq yaradır və nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin vahid təsnifatını (bundan sonra - «Təsnifat») qəbul edirlər.

(2) Təsnifat aşağıdakılardan ibarətdir:

(I) zəruri halda izahla müşayət olunan siniflərin siyahısından;

(II) hər bir əmtəə və ya xidmətin aid olduğu siniflər göstərilməklə əmtəələrin və xidmətlərin əlifba ardıcıllığını göstərən əlifba sırası (bundan sonra - «Əlifba sırası»).

(3) Təsnifata aşağıdakılar daxildir:

(I) Ümumdünya Əqli Mülkiyyəti Təşkilatının təsis Konvensiyasında adı çəkilən və əqli mülkiyyətin mühafızəsi üzrə Beynəlxalq büro (bundan sonra - «Beynəlxalq büro») tərəfindən 1971-ci il tarixdə nəşr edilən təsnifat; bu zaman nəzərdə tutulur ki, bu nəşrə daxil olan siniflərin siyahısının izahına, onun 3-cü maddədə göstərilən ekspertlər Komitəsi tərəfindən işlənib hazırlanmasına kimi, həm müvəqqəti və həm də tövsiyələr kimi baxılır;

(II) bu Akt qüvvəyə minənə qədər, bu Sazişin 15 iyun 1957-ci il tarixli Nitsa sazişinin 4(1) maddəsinə və 14 iyul 1967-ci il tarixli Stokholm Aktına müvafıq qüvvəyə minən düzəlişlər və əlavələr;

(III) bu Aktın 3-cü maddəsinə uyğun daxil edilən və bu Aktın 4(1) maddəsinə müvafıq qüvvəyə minən düzəlişlər.

(4) Təsnifat ingilis və fransız dillərində işlənilə hazırlanır və hər iki mətn eyni qüvvəyə malikdir.

(5)(a) 3(I) bəndində göstərilən Təsnifat, bu Akt imzalanma üçün açıq olduğu tarixə qədər qüvvəyə minən 3(II) bəndində göstərilən düzəlişlər və əlavələrlə birgə, fransız dilində bir əsl nüsxədən ibarət olub saxlanılmaq üçün Ümumdünya Əqli Mülkiyyəti Təşkilatının Baş direktoruna (bundan sonra müvafıq olaraq «Baş direktor» və «Təşkilat») təhvil verilmişdir. Bu Akt imzalanma üçün açıq olduğu tarixdən sonra qüvvəyə minən 3(ii) bəndində göstərilən əlavələr və düzəlişlər, həmçinin fransız dilində bir ədəd eyni qüvvəli nüsxədən ibarət olmaqla saxlanılmaq üçün Baş direktora təhvil verilir.

(b) (a) yarımbəndində göstərilən mətnlərin ingilis dilində olan variantı, bu Akt qüvvəyə mindikdən sonra 3-cü maddədə göstərilən ekspertlər Komitəsi tərəfındən qısa müddət ərzində hazırlanır. Onun eyni qüvvəli nüsxəsi saxlanılmaq üçün Baş direktora təhvil verilir.

(c) 3(III) bəndində göstərilən düzəliş ingilis və fransız dillərində bir ədəd eyni qüvvəli nüsxədə hazırlanır və saxlanılmaq üçün Baş direktora təhvil verilir.

(6) Təsnifatın ərəb, ispan, italyan, alman, portuqal, rus dillərində, o cümlədən 5-ci maddədə göstərilən Assambleyanın müəyyən etdiyi digər dillərdə rəsmi mətni, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra və ya bu hökumətlər tərəfindən təqdim edilən tərcümələr əsasında və ya Xüsusi ittifaqın, yaxud Təşkilatın büdcəsi üçün maliyyə sərfıni tələb etməyən başqa vasitələrdən istifadə etməklə Baş direktor tərəfindən hazırlanır.

(7) Əlifba siyahısı, tərtib olunduğu müvafiq dilə uyğun hər bir əmtəə və ya xidmətin göstərilməsinə görə əlifba ardıcıllığına uyğun sıra nömrəsini özündə əks etdirir, və

(I) əgər söhbət fransız dilində tərtib olunmuş əlifba siyahısından gedirsə sıra nömrəsinin özü də ingilis dilindəki tərtibə uyğun əlifba siyahısı ilə göstərilir, və ya əksinə;

(II) əgər söhbət (6)-cı bəndə uyğun tərtib olunan əlifba siyahısından gedirsə, sıra nömrəsinin özü də fransız dilindəki tərtibə uyğun əlifba sıyahısı ilə və ya ingilis dilindəki tərtibə uyğun əlifba siyahısı ilə göstərilir.

Maddə 2. Təsnifatın hüquqi əhəmiyyəti və istifadəsi

(1) Bu Sazişlə qoyulan öhdəliklər nəzərə alınmaqla Təsnifat, Xüsusi ittifaq ölkələrinin hər birində həmin ölkədə ona verilən əhəmiyyətə malikdir. Xüsusən Təsnifat, istər nişanın mühafızə həcminin müəyyənləşdirilməsi və istərsə də xidmət nişanlarının tanınması sahəsində Xüsusi ittifaq ölkələrini məhdudlaşdırmır.

(2) Xüsusi ittifaqın hər bir ölkəsi Təsnifatdan əsas və köməkçi sistem kimi istifadə etmə hüququnu özündə saxlayır.

(3) Xüsusi ittifaqa daxil olan ölkələrin səlahiyyətli idarəsi özünün rəsmi sənəd və nəşrlərində, qeydiyyata alınan nişan barəsində, qeydiyyatın şamil edildiyi əmtəələr və ya xidmətlərə görə Təsnifatın siniflərinin nömrələrini göstərir.

(4) İstənilən adın əlifba siyahısınana daxil edilmə faktı, bu adda mövcud ola biləcək hüquqlara qətiyyən toxunmur.

Maddə 3. Ekspertlər Komitəsi

(1) Xüsusi ittifaqın hər bir ölkəsinin təmsil olunduğu ekspertlər Komitəsi təsis olunur.

(2)(a) Baş direktor Xüsusi ittifaqa üzv olmayan, lakin təşkilatın və ya sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasının üzvü olan ölkələri, ekspertlər Komitəsinin iclasında müşahidəçi sifəti ilə təmsil olunmaq üçün dəvət edə bilər, Baş direktor ekspertlər Komitəsinin xahişi əsasında isə həmin ölkələri bu məqsədlər üçün dəvət etməlidir.

(b) Baş direktor, nişanlar sahəsində ixtisaslaşmış hökumətlərarası orqanı, həmin orqana daxil olan ölkələrin heç olmasa biri Xüsusi ittifaqa üzv olduğu halda, ekspertlər Komitəsinin iclasında müşahdəçi qismində təmsil olunmağa dəvət edir.

(c) Baş direktor özü başqa hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümuayəndələrini, onlar üçün maraq kəsb edən məsələlərin müzakirəsinə dəvət edə bilər, Baş direktor ekspertlər Komitəsinin xahişi əsasında isə həmin nümayəndələri bu məqsədlər üçün dəvət etməlidir.

(3) Ekspertlər Komitəsi:

(I) Təsnifata dəyişikliklərin daxil edilməsi barədə qərar qəbul edir;

(II) Xüsusi ittifaqa daxil olan ölkələrə Təsnifatın istifadəsini asanlaşdıran və onun eyni formada istifadəsini təmin edən tövsiyələri göndərir;

(III) Xüsusi ittifaqın və ya Təşkilatın büdcəsinə ziyan vurmayan bütün digər tədbirləri görür və Təsnifatın inkişaf etməkdə olan ölkələr tərəfindən istifadəsinə köməklik göstərir;

(IV) yarımkomitələrı və işçi qrupları təsis edir.

(4) Ekspertlər Komitəsi özünün prosedur qaydalarını qəbul edir. Bu qaydalar, ekspertlər Komitəsinin yarımkomitələrinin və işçi qruplarının iclaslarında, Təsnifatın təkmilləşməsində əhəmiyyətli rol oynaya bilən, (2)(b) bəndində göstərilən hökumətlərarası təşkilatların iştirak imkanını təmin edir.

(5) Təsnifata düzəlişlərin və əlavələrin edilməsi barədə təklifləri Xüsusi ittifaqa daxil olan istənilən ölkənin səlahiyyətli ıdarəsi, Beynəlxalq büro, (2)(b) bəndinə uyğun ekspertlər Komitəsində təmsil olunan hökumətlərarası təşkilatlar və bu cür təkliflərin hazırlanması üçün ekspertlər Komitəsinə xüsusi dəvət edilən ölkə və ya təşkilatlar verə bilər. Təkliflər Beynəlxalq büroya göndərilir və onlar ekspertlər Komitəsinin sessiyasının başlanmasına ən geci iki ay qalmış ekspertlər Komitəsinin üzvlərinə və müşahidəçilərə çatdırılır.

(6) Hər bir Xüsusi ittifaq ölkəsi bir səsə malikdir.

(7)(a) Ekspertlər Komitəsi tərəfindən qərarın qəbulu üçün (b) yarımbəndinin müddəaları nəzərə alınmaqla, iclasda iştirak edən və səsvermədə iştirak edən Xüsusi ittifaq ölkələrinin sadə səs çoxluğu tələb olunur.

(b) Təsnifata düzəlişlərin edilməsi barədə qərarlar iclasda iştirak edən və səsvermədə iştirak edən Xüsusi ittifaq ölkələrinin beşdə dörd səs çoxluğu ilə qəbul olunur. Düzəliş dedikdə istənilən əmtəənin və ya xidmətin bir sinifdən digər sinifə keçirilməsi və ya hər hansı yeni sinifin daxil edilməsi başa düşülür.

(c) (4) bəndində göstərilən prosedur qaydalarında nəzərdə tutulur ki, xüsusi hallar istisna olmaqla, Təsnifata düzəlişlər müəyyən edilmiş dövrlərin axırında qəbul edilir; hər dövrün müddəti ekspertlər Komitəsi tərəfindən müəyyən edilir.

(8) Bitərəf qalanların səsləri hesaba alınmır.

Maddə 4. Dəyişikliklər haqqında bildiriş, onların qüvvəyə minməsi və dərci

(1) Dəyişikliklər və tövsiyələr barədə ekspertlər Komitəsinin qərarları Beynəlxalq büro tərəfındən Xüsusi ittifaq ölkələrinin səlahiyyətli idarələrinə göndərilir. Dəyişikliklər, bildirişin göndərildiyi tarixdən altı ay keçdikdən sonra qüvvəyə minir. Başqa digər düzəlişlər, onlar barədə qərar qəbul olunduğu andan ekspertlər Komitəsi tərəfindən müəyyən edilən tarixdən qüvvəyə minir.

(2) Beynəlxalq büro qüvvəyə minən düzəlişləri Təsnifata daxil edir. Bu düzəlişlər barədə məlumatlar, 5-ci maddədə göstərilən, Assambleyanın müəyyən etdiyi dövri nəşrlərdə dərc olunur.

Maddə 5. Xüsusi ittifaqın Assambleyası

(l)(a) Xüsusi ittifaq bu Aktı ratifıkasiya edən və ya ona qoşulan ölkələrdən ibarət Assambleyaya malikdir.

(b) Hər bir ölkənin hökuməti bir nümayəndə ilə təmsil olunur. Təmsil olunan nümayəndənin müavinləri, müşavirləri və ekspertləri ola bilər.

(c) Nümayəndənin xərclərini onu təyin edən hökumət ödəyir.

(2)(a) 3 və 4-cü maddələrin müddəaları nəzərə alınmaqla Assambleya:

(I) Xüsusi ittifaqın saxlanılması və inkişafı, bu Sazişin tətbiqi ilə bağlı bütün məsələlərə baxır;

(II) Bu Aktı ratifıkasiya etməyən və ya ona qoşulmayan Xüsusi ittifaq ölkələrinin iradlarını lazımi qaydada nəzərə almaqla yenidən baxılma üzrə konfransların təşkil barədə Beynəlxalq büroya göstərişlər verir;

(III) Xüsusi ittifaqla bağlı Təşkilatın Baş direktorunun (bundan sonra «Baş direktor») hesabat və fəaliyyətinə baxır və onları təsdiq edir, Xüsusi ittifaqın səlahiyyətlərinə daxil olan məsələlər üzrə bütün zəruri təlimatları ona verir;

(IV) proqramı müəyyən edir, Xüsusi ittifaqın iki illik büdcəsini qəbul edir və onun maliyyə hesabatını təsdiq edir;

(V) Xüsusi ittifaqın maliyyə reqlamentini təsdiq edir;

(VI) 3-cü maddədə göstərilən ekspertlər Komitəsindən başqa, Xüsusi ittifaqın məqsədlərini həyata keçirmək üçün zəruri saydıgı ekspertlər komitəsini və işçi qruplarını yaradır;

(VII) Xüsusi ittifaqa üzv olmayan ölkələrdən, hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatlarından hansıların onun iclaslarına müşahidəçi qismində çağrılmasını müəyyənləşdirir;

(VIII) 5-8-ci maddələrə düzəlişləri qəbul edir;

(IX) Xüsusi ittifaqın məqsədlərinə çatmaq istiqamətində digər zəruri hərəkətləri həyata keçirir;

(X) bu Sazişdən irəli gələn bütün başqa funksiyaları yerinə yetirir;

(b) həmçinin Təşkilat tərəfindən rəhbərliyin həyata keçirildiyi başqa İttifaqlar üçün maraq kəsb edən məsələlər üzrə Assambleya, Təşkilatın Koordinasiya komitəsinin fıkrini dinləyərək qərar qəbul edir.

(3)(a) Assambleyaya üzv olan hər bir ölkə bir səsə malikdir.

(b) Assambleyanın üzvü olan ölkələrin yarısı yetərsay təşkil edir.

(c) (b) yarımbəndinin müddəalarına baxmayaraq, hər hansı sessiyada təmsil olunan ölkələrin sayı yarıdan az, lakin Assambleyaya üzv olan ölkələrin üçdə birinə bərabər və ya ondan artıq olarsa, Assambleya qərarlar qəbul edə bilər, ancaq Assambleyanın bu cür qərarları, onun özünə məxsus prosedur qaydalarına aid qərarları istisna olmaqla, yalnız aşağıdakı şərtlər daxilində qüvvəyə minir. Beynəlxalq büro həmin qərarları Assambleyada təmsil olunmayan, Assambleyaya üzv olan ölkələrə göndərir və qərarların göndərilmə tarixindən üç ay ərzində qərarların leyhinə, əleyhinə səs vermələri və ya bitərəf qalmaları barədə yazılı məlumat verməyi xahiş edir. Verilən müddət ötdükdən sonra səsvermədə iştirak edən və ya bitərəf qaldıqlarını bildirən ölkələrin sayı sessiyanın yetərsay şərtini ödəyirsə, bu cür qərar eyni zamanda zəruri səs çoxluğu şərtini saxlamaqla qüvvəyə minir.

(d) Assambleya öz qərarlarını, 8(2) maddəsinin müddəalarını nəzərə almaqla verilən səslərin üçdə iki səs çoxluğu ilə qəbul edir.

(e) Bitərəf qalanların səsləri nəzərə alınmır.

(f) Nümayəndə yalnız bir ölkəni təmsil edə və onun adından səs verə bilər.

(q) Assambleyanın üzvü olmayan Xüsusi ittifaq ölkələri onun iclaslarına müşahidəçi kimi buraxılır.

(4)(a) Assambleya iki ildə bir dəfə növbəti sessiyaya Baş direktorun çağırışı üzrə, müstəsna hallar istisna olmaqla, həmin vaxtda və həmin yerdə - Baş Assambleyanın yerləşdiyi yerdə yığışır.

(b) Assambleya, Assambleyaya üzv olan ölkələrin dörddə birinin tələbi üzrə Baş direktor tərəfindən çağrılan fövqəladə sessiyya yığışır.

(c) Baş direktor hər sessiyanın gündəliyini hazırlayır.

(5) Assambleya özünün prosedur qaydalarını qəbul edir.

Maddə 6. Beynəlxalq büro

(l)(a) Xüsusi ittifaqın inzibati tapşırıqlarını Beynəlxalq büro həyata keçirir.

(b) Beynəlxalq büro xüsusən iclasları təşkil edir və Assambleyanın, ekspertlər Komitəsinin və Assambleya və ekspertlər Komitəsi tərəfindən yaradılan bu cür ekspertlər komitələrinin və işçi qrupların Katiblik funksiyalarını yerinə yetirir.

(c) Baş direktor Xüsusi ittifaqın yüksək vəzifəli şəxsdir və Xüsusi ittifaqı təmsil edir.

(2) Baş direktor və ya onun təyin etdiyi istənilən heyət üzvü Assambleyanın, ekspertlər Komitəsinin və Assambleya və ekspertlər Komitəsi tərəfindən yaradılan bu cür digər ekspert komitələrinin işçi qruplarının bütün iclaslarında səsvermə hüququ olmadan iştirak edirlər. Baş direktor və ya onun tərəfindən təyin olunan heyyət üzvü bu orqanların ex offıcio katibləridir.

(3)(a) Beynəlxalq büro Assambleyanın göstərişinə uyğun olaraq, 5-8-ci maddələr istisna olmaqla, bu Sazişin müddəalarına yenidən baxılma üzrə konfransları təşkil edir.

(b) Beynəlxalq büro yenidən baxılma üzrə konfransların təşkili məsələləri ilə əlaqədar hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr apara bilər.

(c) Baş direktor və onun təyin etdiyi şəxslər bu konfransların işində səsvermə hüquna malik olmadan iştirak edirlər.

(4) Beynəlxalq büro onun üzərinə qoyulmuş istənilən digər vəzifələri yerinə yetirir.

Maddə 7. Maliyyə

(l)(a) Xüsusi ittifaq büdcəyə malikdir.

(b) Xüsusi ittifaqın büdcəsi, Xüsusi ittifaqa daxilolmalardan və xərclərindən, onun İttifaqlar üçün ümumi olan büdcə xərclərinə üzvlük haqqından, həmçinin müvafiq hallarda, Təşkilatın Konfransı tərəfindən onun büdcəsinə ayırmalardan ibarətdir.

(c) İttifaq üçün ümumi olan xərclər yalnız Xüsusi ittifaqa aid xərclər yox, eyni zamanda Təşkilatın rəhbərlik etdiyi bir və ya bir neçə başqa İttifaqlara aid büdcə xərcləri hesab edilir. Bu ümumi xərclərdən Xüsusi ittifaqın payı, onun həmin xərclərdəki maraqlarına uyğundur.

(2) Xüsusi ittifaqın büdcəsi, Təşkilatın rəhbərlik etdiyi başqa İttifaqların büdcələrinin koordinasiyası tələbləri nəzərə alınmaqla qəbul olunur.

(3) Xüsusi ittifaqın büdcəsi aşağıdakı mənbəələrdən maliyyələşir:

(I) Xüsusi ittifaq ölkələrinin üzvlük haqqından;

(II) Xüsusi ittifaqa aid olan və Beynəlxalq büro tərəfindən göstərilən xidmətlər üçün yığım və ödənişlərdən;

(III) Xüsusi ittifaqa aid nəşrlərin Beynəlxalq büro tərəfindən satılması və bu cür nəşrlərə görə hüquqların verilməsi ilə əlaqədar daxilolmalardan;

(IV) ianələrdən, vəsiyyət olunmuş vəsaitələrdən və subsidiyalardan;

(V) rentadan, faizlərdən və başqa gəlirlərdən.

(4)(a) Xüsusi ittifaq ölkələrinin hər bir üzvü üçün (3)(i) bəndində göstərilən üzvlük haqqı müəyyən edilərkən, o, sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasında həmin ölkələr üçün müəyyənləşdirilən siniflərə uyğunlaşdırılır və ölkələr Paris konvensiyasında həmin siniflərə görə müəyyən edilən məbləğdə illik üzvlük haqqı ödəyir.

(b) Xüsusi ittifaq ölkələrindən hər birinin illik üzvlük haqqı, bütün ölkələr tərəfindən Xüsusi ittifaqın büdcəsinin ödənilən üzvlük haqqının ümumi məbləğinə aid olmaqla onun məbləğ vahidi, ölkənin ödədiyi bütün üzvlük haqlarının ümumi məbləğ vahidinə bərabərdir.

(c) Üzvlük haqqı hər il yanvarın birində ödənilir.

(d) Üzvlük haqqının ödənilməsi ilə bağlı borcu olan ölkə Xüsusi ittifaqın istənilən orqanlarında səsvermə hüququndan məhrum olurlar, o şərtlə ki, onun borcu ötən tam iki il üzrə müəyyən edilən üzvlük haqqının məbləğinə bərabər və ya ondan artıq olsun. Lakin Xüsusi ittifaqın istənilən orqanı bu cür ölkəyə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər, o şərtlə ki, ödənişin aparılmamasının səbəbinin istisna hal və qarşısıalınmaz nəticəsində yarandığına əmin olsun.

(e) Büdcə yeni maliyyə dövrünün başlanmasına qədər qəbul olunmadığı halda, maliyyə reqlamentində nəzərdə tutulan qaydalara uyğun olaraq, büdcə ötən ilin səviyyəsi həcmində qüvvədə olur.

(5) Xüsusi ittifaqın adından Beynəlxalq büronun göstərdiyi xidmətlərə görə yığım və ödənişlərin həcmi Baş direktor tərəfindən müəyyən edilir və o, bu barədə Assambleyaya hesabat verir.

(6)(a) Xüsusi ittifaq dövriyyə vəsaitləri fonduna malikdir. Bu fond Xüsusi ittifaq ölkələrinin hər biri tərəfindən birdəfəlik ödənilən vəsait hesabına yaranır. Əgər dövriyyə vəsaitləri fondu az olarsa, onda Assambleya onun artırılması məsələsini həll edir.

(b) Göstərilən fonda hər bir ölkənin ödədiyi ilkin ödənişin həcmi və ya bu fondun artırılması ilə əlaqədar onun payı, fondun yarandığı və ya onun artırılması barədə qərarın qəbul edildiyi ildə həmin ölkənin ödədiyi üzvlük haqqı ilə mütənasibdir.

(c) Bu nisbət və ödəmə şərtlərini, Təşkilatın Koordinasiya komitəsinin fıkrini dinlədikdən sonra Baş direktor tərəfindən hazırlanan təklif əsasında Assambleya müəyyən edir.

(7)(a) Təşkilatın qərargahının yerləşdiyi ərazi ölkəsi ilə qərargah haqqında bağlanan sazişdə nəzərdə tutulur ki, əgər vəsaitlərin dövriyyə fondu az olarsa, onda həmin ərazi ölkəsi avans qoyur. Avansın məbləği və verilmə şərtləri bu ölkə ilə Təşkilat arasında hər bir ayrıca hal üçün bağlanan xüsusi sazişin predmetidir.

(b) istər (a) yarımbəndində göstərilən ölkə və istərsə də Təşkilat yazılı bildiriş göndərməklə avansın verilməsi barədə öhdəlikləri denonsasiya edə bilər. Denonsasiya bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir.

(8) Maliyyə təftişi Xüsusi ittifaqın bir və ya bir neçə ölkəsinin maliyyə reqlamenti qaydalarına uyğun, yaxud da özlərinin razılığı alınmaqla Assambleyanın təyin etdiyi kənar müfəttişlər tərəfindən həyata keçirilir.

Maddə 8. 5-8-ci maddələrə düzəlişlər

(1) 5, 6, 7-ci maddələrə və bu maddəyə düzəlişlərin aparılması barədə təkliflər Assambleyanın üzvü olan istənilən ölkə və ya Baş direktor tərəfındən verilə bilər. Baş direktor bu cür təklifləri, onların Assambleyada baxılmasına ən azı altı ay qalmış Assambleyaya üzv olan ölkələrə göndərir.

(2) (1) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəlişlər Assambleyada dörddə üç səs çoxluğu ilə qəbul olunur; lakin 5-ci maddəyə və bu bəndə verilən düzəlişlər isə beşdə dörd səs çoxluğu ilə qəbul olunur.

(3) (l) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəliş, ölkələrin dörddə üçündən bu düzəlişin həmin vaxt Xüsusi ittifaqa üzv olan hər bir ölkənin konstitusiya prosedurlarına uyğun olaraq qəbul olunması barədə yazılı bildirişi Baş direktor aldığı tarixdən bir ay sonra qüvvəyə minir. Bu yolla göstərilən maddələrə qəbul olunan istənilən düzəliş, düzəlişin qüvvəyə mindiyi vaxtda Assambleyaya üzv olan və ya həmin düzəlişin qəbul olunduğu tarixdən sonra ona üzv olan ölkələr üçün məcburidir; lakin Xüsusi ittifaq ölkələrinin maliyyə öhdəliyini artıran istənilən düzəliş yalnız o ölkələrə şamil edilir ki, həmin ölkələr onu qəbul etdiyi barədə yazılı bildiriş versin.

Maddə 9. Ratifikasiya və qoşulma; qüvvəyə minmə

(1) Bu Aktı imzalayan Xüsusi ittifaqın istənilən ölkəsi onu ratifıkasiya edə bilər və ya əgər onu imzalamayıbsa ona qoşula bilər.

(2) Xüsusi ittifaqın üzvü olmayan, lakin sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasının üzvü olan istənilən ölkə bu Akta qoşula bilər və bununla da Xüsusi ittifaqın ölkəsi olar.

(3) Ratifikasiya bəyannaməsi və və qoşulma aktı saxlanılmaq üçün Baş direktora verilir.

(4)(a) Bu Akt aşağıdakı iki şərt daxilində üç aydan sonra qüvvəyə minir:

(I) altı və ya daha çox ölkə özünün ratifıkasiya bəyannaməsini və ya qoşulma aktını saxlanılmaq üçün vermişsə;

(II) bu ölkələrdən heç olmasa üçü bu Akt imzalanmaq üçün açıq olduğu tarixə qədər Xüsusi ittifaq ölkəsidirsə.

(b) (a) yarımbəndində göstərilən qüvvəyə minmə o ölkələrə şamil edilir ki, hansı ki, onlar qüvvəyə minən tarixdən heç olmasa üç ay əvvəl ratifıkasiya bəyannaməsini və ya qoşulma aktını saxlanılmaq üçün vermiş olsunlar.

(c) (b) bəndinin aid edilmədiyi istənilən ölkə üçün bu Akt, onun ratifıkasiya edilməsi və ya ona qoşulma barədə Baş direktorun verdiyi bildiriş tarixindən üç ay sonra qüvvəyə minir, əgər ratifıkasiya bəyannaməsində və ya qoşulma aktında daha gec tarix göstərilməyibsə. Axırıncı halda bu Akt həmin ölkə üçün belə yolla göstərildyi tarixdən qüvvəyə minir.

(5) Ratifıkasiya etmə və ya qoşulma olaraq, bu Aktla müəyyən edilən bütün qaydaların tanınmasına və bütün üstünlüklərin əldə edilməsinə səbəb olur.

(6) Bu Akt qüvvəyə mindikdən sonra heç bir ölkə bu Sazişin istənilən əvvəlki aktlarını ratifıkasiya edə və ya ona qoşula bilməz.

Maddə 10. Qüvvədə olma müddəti

Bu Sazişin qüvvədə olma müddəti sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasının qüvvədə olma müddəti qədərdir.

Maddə 11. Yenidən baxılma

(1) Bu Saziş Xüsusi ittifaq ölkələrinin konfranslarında müəyyən müddətlərdə yenidən baxıla bilər.

(2) Yenidən baxılma üçün Konfransın çağrılması barədə qərarı Assambleya qəbul edir.

(3) 5-8-ci maddələrə düzəlişlər, yenidən baxılma üzrə konfranslarda və ya 8-ci maddənin müddəalarına uyğun qəbul edilə bilər.

Maddə 12. Denonsasiya etmə

(1) İstənilən ölkə Baş direktorun adına bildiriş göndərməklə bu Aktı denonsasiya edə bilər. Bu Aktı ratifıkasiya etmiş və ya ona qoşulmuş ölkə tərəfindən onu bu cür denonsasiya edilməsi, həmçinin həmin ölkə üçün əvvəlki aktın və ya bu Sazişin əvvəlki aktlarının da denonsasiya edilməsi deməkdir; denonsasiya yalnız onu edən ölkəyə şamil edilir, Xüsusi ittifaqın başqa ölkələrinə görə Saziş öz qüvvəsini saxlayır və yerinə yetirilməlidir.

(2) Denonsasiya, Baş direktor bildirişi aldığı gündən bir il sonra qüvvəyə minir.

(3) Bu maddədə göstərilən denonsasiya hüququndan Xüsusi ittifaqa üzv olan ölkə, üzv olma tarixindən beş il müddət ötməyənə kimi istifadə edə bilməz.

Maddə 13. Paris konvensiyasının 24-cü maddəsinə istinad

Sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasının 1967-ci il tarixli Stokholm Aktının 24-cü maddəsinin müddəaları bu Sazişə tətbiq edilir; lakin bu müddəaların üzərində gələcəkdə düzəlişlər aparılarsa, onda zaman etibarı ilə həmin axırıncı düzəlişlər bu Sazişə, həmin düzəlişlərlə əlaqəsi olan Xüsusi ittifaq ölkələrinə aid olmaqla tətbiq edilir.

Maddə 14. İmzalanma; dillər; depozitarinin funksiyaları; bildirişlər

(l)(a) Bu Akt ingilis və fransız dillərində bir nüsxədə imzalanır, hər iki mətn eyni qüvvəyə malikdir və saxlanılmaq üçün Baş direktora verilir.

(b) Bu Aktın rəsmi mətni maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra Baş direktor tərəfindən hazırlanır və bu Aktın imzalandığı tarixdən iki ay müddətdə (a) yarımbəndində göstərilən dillərlə yanaşı başqa iki dildə, ispan və rus dillərində Ümumdünya Əqli Mülkiyyəti Təşkilatını təsis edən Konvensiyanın eyni qüvvəyə malik mətni imzalanır.

(c) Bu Aktın rəsmi mətnləri maraqlı ölkələrlə məsləhətləşmələrdən sonra Baş direktor tərəfindən ərəb, italyan, alman və portuqaliya dillərində, həmçinin Assambleyanın müəyyən etdiyi digər dillərdə hazırlanır.

(2) Bu Akt imzalanma üçün 31 dekabr 1977-ci ilə qədər açıqdır.

(3)(a) Baş direktor Xüsusi ittifaq ölkələrinin hökumətlərinə, və sorğu əsasında istənilən digər ölkələrin hökumətlərinə bu Aktın imzalanmış mətninin iki ədəd təsdiqlənmiş surətini göndərir.

(b) Baş direktor Xüsusi ittifaq ölkələrinin hökumətlərinə, və sorğu əsasında istənilən digər ölkələrin hökumətlərinə bu Akta edilən düzəlişlərin iki ədəd təsdiqlənmiş surətini göndərir.

(4) Baş direktor bu Aktı Birləşmiş Millətlər Təşkilatının Katibliyində qeydiyyatdan keçirir.

(5) Baş direktor sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasına üzv olan bütün ölkələrin hökumətlərini aşağıdakılar barədə məlumatlandırır:

(I) (1) bəndinə uyğun imzalanma barədə;

(II) 9(3) maddəsinə uyğun ratifıkasiya bəyannaməsinin və ya qoşulma aktının saxlanılmaq üçün təhvil verilməsi barədə;

(III) 9(4)(a) maddəsinə uyğun bu Aktın qüvvəyə mindiyi tarix barədə;

(IV) 8(3) maddəsinə uyğun bu Akta düzəlişlərin qəbul olunması barədə;

(V) bu cür düzəlişlərin qüvvəyə mindiyi tarix barədə;

(VI) 12-ci maddəyə uyğun alınan denonsasiya etmə barədə.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır