Çap et
Xəbər arxivi
28.12.2017

Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə

ELAN edir:

Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  •  ərizə (2 nömrəli əlavə)
  •  ağ fonda rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə)
  •  əmək kitabçasının surəti
  •  ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  •  kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
  •  son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

      Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 22 dekabr 2017-ci il tarixdən 05 yanvar  2018-ci il tarixədək saat 18:00-dək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparılır.

 Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  Aparatının Kadrlar şöbəsinə müraciət edilə bilər.

Müsahibəyə çıxarılan vəzifələrin siyahısı əlavə olunur.

Əlaqəli şəxs: Z.Abbasova

Tel: (012) 440-04-29

1.  Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət Komitəsi

Struktur bölmə: Rəhbərlik

Vakant vəzifə: Aparat rəhbəri

İnzibati vəzifənin təsnifatı: 3-cü təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu,  Mərdanov qardaşları 124 küçəsi

Qulluq funksiyaları:

- Aparat rəhbərləri müavinlərinin fəaliyyətinə nəzarət etmək, onların arasında iş bölgüsünü müəyyən etmək

- Aparatın struktur bölmələrinin fəaliyətinə nəzarət etmək, onlar tərəfindən əmək və icra intizamına nəzarət vəziyyətinin öyrənilməsi  

- Komitənin kollegiyasının iclaslarında iştirak etmək, iclaslarda qaldırılmış məsələlərə münasibət bildirmək və səs vermədə iştirak etmək;

- Komitənin fəaliyyət istiqamətlərinə uyğun hazırlanmış normativ hüquqi akt layihələrinə baxıb rəy və təkiflərini vermək,

- Komitənin fəaliyyət istiqamətlərinə aid qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;

- Aparatda ümumilikdə əmək və icra inzitamına nəzarəti həyata keçirtmək, əmək və icra intizamını pozan şəxslərə qarşı intizam tənbeh tədbirlərinin görülməsi ilə bağlı Komitə rəhbərliyinə təqdimat vermək; 

- Dövlət proqramlarında və Strateji Yol Xəritələrində Komitəyə həvalə edilmiş tapşırıqların düzgün, vaxtında və məsuliyyətlə yerinə yetirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirtmək;

- İcraatına daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onlara qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada cavablandırılmasını təmin etmək;

- Komitənin fəaliyyət sahəsinə aid olan beynəlxalq və ya ölkədaxili tədbirlərin  keçirilməsi işinin təşkil edilməsində iştirak etmək;

- Təsdiq olunmuş cədvələ  uyğun olaraq  vətəndaşların və sahibkarların qəbulunu     həyata keçirmək;

- Aparat rəhbərinin müavinlərinin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;

- Komitənin struktur bölmələri və təsis etdiyi publik hüquqi şəxsləri ilə əlaqələndirmə işini həyata keçirmək;

- Komitənin fəaliyyəti istiqaməti ilə bağlı şəffaflığın və hesabatlığın təmin edilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlər görmək;

- Səlahiyyətləri çərçivəsində rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Vəzifənin tutulması şərtləri:

Təhsilə dair tələb: ali təhsil;

İş stajına dair tələblər: dövlət qulluğunda rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 6 il qulluq stajı;

Kompüter bilikləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (C1);

Xarici dil bilikləri: rus dili (C1), ingilis dili (C1).

2. Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət Komitəsi

Struktur bölmə: Rəhbərlik

Vakant vəzifə: Aparat rəhbərinin  müavini

İnzibati vəzifənin təsnifatı: 3-cü təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu,  Mərdanov qardaşları 124 küçəsi

Qulluq funksiyaları:

-       Aparat rəhbərinin apardığı iş bölgüsü çərçivəsində Aparatın strukturuna daxil olan şöbələrin (sektorların) fəaliyyətinə nəzarət etmək;

-       Müəyyən edilmiş iş bölgüsü çərçivəsində struktur bölmə rəhbərləri arasında iş bölgüsü aparmaq, icra və əmək intizamına riayət edilməsinə nəzarət etmək;

-       Aparatın strukturuna daxil olan şöbələrin (sektorların) iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;

-       Komitənin struktur bölmələri və təsis etdiyi publik hüquqi şəxsləri ilə əlaqələndirmə işində iştirak edir;

-       Komitənin fəaliyyət istiqaməti ilə bağlı şəffaflığın və hesabatlığın təmin edilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlər görmək;

-       İş bölgüsünə əsasən Aparatın strukturuna daxil olan şöbələrin (sektorların) vəzifə təlimatlarında nəzərdə tutulmuş hüquq və vəzifələrin icra edilməsinə nəzarət etmək;

-       İcraatına daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onlara qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada cavablandırılmasını təmin etmək;

-       Komitənin fəaliyyət sahəsinə aid olan beynəlxalq və ya ölkədaxili tədbirlərin        keçirilməsi işinin təşkil edilməsində iştirak etmək;

-       Təsdiq olunmuş cədvələ  uyğun olaraq  vətəndaşların və sahibkarların qəbulunu həyata keçirmək;

-       Aparatın struktur bölmə rəhbərlərinin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;

-       Komitənin fəaliyyət istiqamətlərinə aid qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;

-       Səlahiyyətləri çərçivəsində rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Vəzifənin tutulması şərtləri:

Təhsilə dair tələb: ali təhsil;

İş stajına dair tələblər: dövlət qulluğunda rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla 6 il qulluq stajı;

kompüter: MS Windows, MS Office, Internet və s. (C1);

xarici dil:rus dili (C1), ingilis dili (C1).

3. Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət      Komitəsi

Struktur bölmə: Texniki reqlamentlərə nəzarət şöbəsi

Vakant vəzifə: şöbə müdiri

İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu,  Mərdanov qardaşları 124 küçəsi

Qulluq funksiyaları:

 -  Şöbənin işinə rəhbərlik edir;

 -  Şöbənin sektorları arasında iş bölgüsü aparır;

 -  Komitə rəhbərliyinin tapşırıqlarının vaxtında yerinə yetirilməsini təmin edir;

 -  Şöbənin işçiləri tərəfindən əmək və icra intizamına riayət edilməsinə və vəzifələrinin   

    vaxtında  və  düzgün icrasına nəzarəti həyata keçirir;

-   Komitənin rəhbərliyi qarşısında şöbəni təmsil edir;

-   Şöbənin işçiləri üçün icrası məcburi olan göstərişlər və tapşırıqlar verir;

-   Şöbə müdirinin müavininin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

-   Şöbənin  işçilərinin peşəkarlıq səviyyəsinin və ixtisas biliklərinin artırılması, bu

    sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi tədbirlər görür.

-   Şöbə işçilərinin əmək fəaliyyətinin nəticələrinə görə onların həvəsləndirilməsi və ya   

    intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Komitə sədri qarşısında vəsatət qaldırır;

-   Şöbənin işinə görə şəxsən məsuliyyət daşıyır.

-   Şöbə müdiri verilən hüquqlardan istifadə edərkən və öhdəsinə düşən vəzifələri yerinə yetirərkən qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

Vəzifənin tutulması şərtləri:

Təhsilə dair tələblər: Texniki və təbiət ixtisas istiqamətləri üzrə ali təhsil;

 İş stajına dair tələblər: dövlət qulluğunda rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla 5 il qulluq stajı;

kompüter: MS Windows, MS Office, Internet və s. (B2);

xarici dil: rus dili (B2), ingilis dili (B2).

4. Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət      Komitəsi

Struktur bölmə: Texniki reqlamentlərə nəzarət şöbəsi

Vakant vəzifə: şöbə müdirinin müavini

İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu,  Mərdanov qardaşları 124 küçəsi

Qulluq funksiyaları:

-   Şöbənin strukturunda olan sektorlar arasında iş bölgüsü aparır;

-   Şöbənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatları hazırlamaq;

-   Şöbə rəhbərinin tapşırıqlarının vaxtında yerinə yetirilməsini təmin edir;

-   Şöbənin işçilərinin peşəkarlıq səviyyəsinin və ixtisas biliklərinin artırılması, bu sahədə  

     təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi tədbirlər görür.

- Qeyri-qida məhsullarının müvafiq standartların, texniki reqlamentlərin və digər  normativ hüquqi aktların tələblərinə nəzarət sahəsi üzrə aparılan yoxlamaların qanunvericiliyə uyğun şəkildə aparılmasına nəzarət edir, yoxlamalar zamanı şöbənin əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı şöbənin rəhbərliyinə məlumat verir;

-   Şöbənin işçiləri tərəfindən əmək  intizamına riayət edilməsinə və vəzifələrinin  

    vaxtında və düzgün icrasına nəzarəti həyata keçirir;

-   Sektor müdirlərinin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

-   Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir;

-   Vətəndaşların müraciətlərinə baxılması və vaxtında cavablandırılması işinə nəzarəti

    həyata keçirir.

Vəzifənin tutulması şərtləri:

Təhsilə dair tələblər: Texniki və təbiət ixtisas istiqamətləri üzrə ali təhsil;

İş stajına dair tələblər: dövlət qulluğunda 5 il qulluq stajı;

kompüter: MS Windows, MS Office, Internet və s. (B2);

xarici dil: rus dili (B2), ingilis dili (B2).

5. Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət      Komitəsi

Struktur bölmə: Texniki reqlamentlərə nəzarət şöbəsinin Tikinti materialları və yüngül sənaye sahəsində texniki reqlamentlərə nəzarət sektoru

Vakant vəzifə: sektor müdiri

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu,  Mərdanov qardaşları 124 küçəsi

Qulluq funksiyaları:

-   Sektorun işinə rəhbərlik edir;

-   Sektorun əməkdaşları arasında iş bölgüsü aparır;

-   Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsini təmin edir;

-  Tikinti materialları və yüngül sənaye məhsullarınin saxlanılması, daşınması zamanı müvafiq texniki reqlamentlərin, standartların və digər normativ hüquqi aktların tələblərinə nəzarət sahəsi üzrə ixtisaslaşmış işçilərinin peşəkarlıq səviyyəsinin və ixtisas biliklərinin artırılması, bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi tədbirlər görür.

-  Tikinti materialları və yüngül sənaye sahəsi üzrə Respublika ərazisində yerləşən iri təsərrüfat subyektlərində aparılan yoxlmaların yüksək peşəkarlıqla həyata keçirilməsi məqsədilə müvafiq tədbirlər görür.

-  Sektorun işçiləri tərəfindən əmək intizamına riayət edilməsinə və vəzifələrinin vaxtında  

    və düzgün icrasına nəzarəti həyata keçirir;

-   Sektorun işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqları verir;

-   Şöbənin rəhbərliyi qarşısında sektoru təmsil edir;

-   Sektorda çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini

    həyata keçirir;

-   Vətəndaşların müraciətlərinə baxılması və vaxtında cavablandırılması işinə nəzarəti  

    həyata keçirir.

Vəzifənin tutulması şərtləri:

Təhsilə dair tələblər: Texniki və təbiət ixtisas istiqamətləri üzrə ali təhsil;

İş stajına dair tələblər: 4 il iş stajı;

kompüter: MS Windows, MS Office, Internet və s. (B1);

xarici dil: rus dili (B1), ingilis dili (B1).

6. Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət      Komitəsi

Struktur bölmə: Kadrlar şöbəsi

Vakant vəzifə: baş məsləhətçi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu,  Mərdanov qardaşları 124 küçəsi

 

Qulluq funksiyaları:

-   Kadrlar şöbəsinin iş planının və işçilərin vəzifə bölgüsünün hazırlanması;

- Komitədə struktur dəyişikliklər barədə təşkilati əmrlərin, Komitənin Aparatının işçilərinin  və tabeliyində olan qurumların rəhbər işçiləri haqqında mükafatlandırma, təltif etmə və cəza tədbirləri barədə əmrlərin, işə qəbul, işdən çıxma, bir işdən başqa işə keçmə, əmək müqavilələrinin və onlara əlavə və dəyişikliklərin hazırlanması, tərtib edilməsi, vəzifə bölgüsü üzrə Kadrlar şöbəsinə dövlət qurumlarından, müxtəlif təşkilatlardan və vətəndaşlardan daxil olan məktubların araşdırılması, cavabların və müxtəlif məzmunlu arayışların hazırlanması;

-   Komitənin vəzifə-ştat siyahısının vaxtaşırı yenidən işlənməsi;

-  Hər ay Komitənin işçilərinin sayı və yerdəyişməsi barədə statistik hesabatın və Komitə  

    Aparatı üzrə vakant iş yerləri barədə məlumatın, dövlət qulluqçularının sayı və yerləşdirilməsi barədə illik statistik 3 №-li əmək formasının və 1№-li əmək formasının və digər hesabatların hazırlanması;

-   Komitə üzrə  vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün DİM-nə müsabiqə  və müsahibə elan edilməsi üçün məlumatın təqdim edilməsi və onunla bağlı yazışmaların aparılması;

-  Komitə Aparatı üzrə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə yekun hesabatın hazırlanması və DİM-nə təqdim edilməsi, təcrübə keçən ali məktəb tələbələrinin əmrlərinin və davamiyyət cədvəllərinin hazırlanması və davamiyyətə nəzarət olunması;

- Hərbi mükəlləfiyyətlilərin qeydiyyata alınması, hər ay onların tərkibində olan dəyişikliklər barədə hərbi komissarlıqlara məlumat verilməsi, 26 №-li forma üzrə illik üzləşdirmə cədvəllərinin və tutuşdurma məktublarının hərbi komissarlıqlara göndərilməsi, işləyən və təxsislənmiş hərbi mükələfiyyətlilərin sayı haqqında 6 №-li forma üzrə illik hesabatların və digər sənədlərin hazırlanıb aidiyyatı üzrə qurumlara təqdim olunması, məxfi bölməyə aid işlərin aparılması və s.

 

Vəzifənin tutulması şərtləri:

 

Təhsilə dair tələblər: ali təhsil;

İş stajına dair tələblər 3 il iş stajı;

kompüter: MS Windows, MS Office, Internet və s. (B1);

xarici dil: rus dili (B1), ingilis dili (B1).