Çap et
Xəbər arxivi
03.11.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı vaxtının uzadılması ilə bağlı

ELAN

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı vaxtı uzadılıb.

İctimai Şuraya seçkilərdə iştirak etmək istəyən namizədlər 23 noyabr 2017-ci il tarixinədək öz namizədliklərini irəli sürə və qeydiyyatdan keçə bilərlər.

Seçkilər 30 noyabr 2017-ci il tarixində komitənin inzibati binasındakı (Mərdanov qardaşları, 124) iclas zalında keçiriləcək. Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib.

Seçkilərdə komitənin fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik vətəndaş cəmiyyəti institutlarının – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları və vətəndaşların təşəbbüs qruplarının nümayəndələri namizəd kimi iştirak edə bilərlər.

Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizəd təmsil etdiyi vətəndaş cəmiyyətinin müraciəti əsasında irəli sürülür. Vətəndaş cəmiyyəti institutu müraciətinə (müraciət nümunəsi elanın sonunda yazılıb) ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surətini;

- namizədin tərcümeyi-halını;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;

- namizədin SMPDK-nın fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər);

- tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Məlumat üçün bildirək ki, komitə yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi üçün yaradılıb.

  

İctimai şuraya vətəndaş cəmiyyəti institutu tərəfindən

namizədin irəli sürülməsinə dair müraciət nümunəsi

 

 

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi yanında

İctimai Şuraya seçkilər üzrə Seçki Komissyasına

 

(Vətəndaş cəmiyyəti institutunun adı) Əliyev Əli Əli oğlunun (ad şərtidir) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şurada üzvlüyə namizədliyini irəlisürür. O, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, eləcə də ictimaişuranın fəaliyyət istiqamətləri üzrə geniş bilik və təcrübəyə malikşəxsidr. Əli Əliyevin ətraflı tərcümeyi-halı, şəxsiyyətvəsiqəsinin, vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin və komitənin fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədlərin surəti əlavə olunur.

 

 

Hörmətlə,

 

_________________________

İmza:

 

Tarix: