Çap et
Xəbər arxivi
26.10.2017

Komitə yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb. Seçkilərin təşkili üzrə Komissiyanın 12 sentyabr 2017-ci il tarixli iclas protokoluna əsasən seçkilərdə iştirak etmək istəyən namizədlər 18 sentyabr 2017-ci il tarixindən 20 oktyabr 2017-ci il tarixinədək namizədliklərini irəli sürüb və qeydiyyatdan keçiblər.

Namizədlərin qeydiyyat prosesi tam şəffaf, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin  tələblərinə əsasən keçirilib.

Məlumat üçün bildirək ki, təmsilçilərinin səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər.

İctimai Şura üzvlüyünə aşağıda göstərilən şəxslərin namizədlikləri qeydiyyata alınmışdır

  1. Fuad Dursun oğlu Hümbətov – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini;
  2. İradə Nəcəf qızı Yaqubova - “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin sədri;
  3. Eyyub Mahmud oğlu Hüseynov - “Azad İstehlakçılar” İctimai Birliyinin sədri;
  4. Mirzə Ağamurad oğlu Məmməd Vəliyev - “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri;
  5. Ruslan Bahyəddin oğlu Atakişiyev - “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri;
  6. Rauf Xurşud oğlu Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;
  7. İsrayıl İsa oğlu İsgəndərov - “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru.

İctimai Şuraya seçkilər noyabrın 30-da keçiriləcək.