Çap et
Xəbər arxivi
17.07.2017

“SGS Azeri LTD” MMC-nin fəaliyyətində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatı ləğv edilib

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “SGS Azeri LTD” MMC-nin inspeksiya orqanında inspeksiya nəzarəti həyata keçirib.

Daha əvvəl məlumat verildiyi kimi, inspeksiya nəzarəti nəticəsində “SGS Azeri LTD”-nin inspeksiya orqanının Qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və Neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin 30.04.2017-ci il tarixinədək dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “SGS Azeri LTD” MMC-ninsınaq laboratoriyaları AZS İSO/İEC 17025-2009 standartı, həmçinin müəssisənin inspeksiya orqanının AZS İSO/İEC 17020-2008 standartının tələblərinə uyğunluğu təkrar qiymətləndirilib.

Qiymətləndirmə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq “SGS Azeri LTD”  MMC-ninQumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini və Neft, qaz və kimya məhsullarının sınaq laboratoriyalarının, həmçinin inspeksiya orqanının akkreditasiya attestatları ləğv edilib.