Çap et
Xəbər arxivi
23.02.2017

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi açıq hökumət prinsiplərini rəhbər tutaraq dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində açıqlığın və şəffaflığın artırılmasının təmin edilməsi məqsədilə “Facebook” sosial şəbəkəsində rəsmi səhifə açmışdır (https://www.facebook.com/smpdk/). Səhifədə komitənin fəaliyyəti ilə bağlı məlumatların operativ yayımlanması, ictimaiyyət tərəfindən gələn sorğuların, rəy və təkliflərin cavablandırılması və nəticədə ictimai rəyin öyrənilməsi planlaşdırılmışdır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-ci il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.4-cü bəndi dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosail şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsini nəzərdə tutur.