Çap et
Xəbər arxivi
13.03.2015

AZS 089-2003 “Kəsmik. Ümumi texniki şərtlər”, AZS 092-2003 “Qatıq. Ümumi texniki şərtlər”, AZS 121-2004 “Xama. Ümumi texniki şərtlər” dövlət standartlarına dəyişiklik edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 089-2003 “Kəsmik. Ümumi texniki şərtlər”, AZS 092-2003 “Qatıq. Ümumi texniki şərtlər”, AZS 121-2004 “Xama. Ümumi texniki şərtlər” dövlət standartlarına dəyişiklik edilmişdir. Dəyişikliyin tətbiq vaxtı 1 iyun 2015-ci il tarixdən müəyyən edilmişdir.

Dəyişikliyə əsasən kəsmik, qatıq və xama məhsullarının istehsalında istifadə olunan bitki yağları bundan sonra kərə yağları ilə əvəz olunmalıdır. Belə ki, standartların əvvəlki tələblərinə əsasən istehsalda bitki yağından istifadəyə icazə verilirdi. Həmçinin AZS 089-2003 “Kəsmik. Ümumi texniki şərtlər” standartına əsasən dondurulmuş kəsmik havanın nisbi rütubəti 75% -dən cox olmamaqla  mənfi 18oC-dən yuxarı və mənfi 25oC-dən aşağı olmayan temperaturda saxlanılmalı,  qablaşdırılmasından, dondurulma üsulundan və saxlanma temperaturundan asılı olaraq  dondurulmuş kəsmiyin yararlılıq müddəti 4 ayadək müəyyənləşdirilməli və istehsal müəssisəsindən buraxıldıqdan sonra  ticarət şəbəkələrində mənfi 12 oC-dən yüksək olmayan temperaturda dondurulmuş kəsmiyin saxlanma müddəti ən çoxu 5 sutkayadək olmalıdır. 

AZS 121-2004 “Xama. Ümumi texniki şərtlər” standartına olunan düzəlişə əsasən isə xama xüsusilə tez xarab olan ərzaq məhsulları üçün qüvvədə olan sanitariya qaydalarına riayət etməklə saxlanmalı, istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla konkret adda məmulatın yararlılıq müddəti istehsalçı tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmış resepturalarda və ya texnoloji prosesi reqlamentləşdirən digər sənəddə müəyyənləşdirilməlidir və xamanın maksimal yararlılıq müddəti müsbət 4+20C temperaturda, havanın nisbi rütubəti 75% olmaqla 14 sutkayadək olmalıdır.