Çap et
Xəbər arxivi
16.07.2014

Şəki şəhərində yerləşən “Mərsin” kafesində standartların tələblərinin pozulduğu aşkar edilmişdir-FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən, fiziki şəxs Yıldırım Məhəbbət Abduşəkor qızına məxsus “Mərsin” kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Yoxlamalar zamanı kafenin mətbəxində antisanitar şəraitin hökm sürdüyü, soyuducuda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna əməl edilmədiyi aşkar edilmişdir. Həmçinin, kafedə hazırlanan toyuq və ət dönərinin, istehsalda istifadə olunan xammalların və qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən edən gigiyenik və uyğunluq sertifikatlarının  olmadığı müəyyən edilmişdir. Bundan başqa müəssisədə yeməklərin hazırlanması zamanı heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, aşbazın peşə təhsilini təsdiq edən sənədin olmadığı, müəssisədə istifadə olunan 3 ədəd ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi müəyyən edilmişdir.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisədə dönərin istehsalı və satışı qadağan edilmiş,  məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmiş, müəssisə rəhbərinə inzibati protokol tərtib edilmişdir.

Araşdırmalar davam etdirilir.