Çap et
30.11.2011
Kitabda beynəlxalq qanunverici metrologiya təşkilatının tövsiyyələri əsasında ümumi qaydalar geniş işıqlandırılmışdır. Vəsaitdə, ümumiyyətlə qanunverici metrologiyanın əsas prinsipləri, ölçmə vasitələrinin hüquqi təsdiqi, ölçmə vasitələrinin ierarxiya sxemləri, etalonlar, metroloji nəzarətin prinsipləri, ölçmə vasitələrinin sınaqları və tiplərin təsdiqinə aid geniş məlumat verilmişdir. Kitabda zəruri məlumat cədvəlləri, Sİ-nin əsas vahidləri ilə uyğunlaşdırılmış fundamental fiziki kəmiyyətlərin dəqiqləşdirilmiş və təsdiq olunmuş cədvəllər verilmişdir. Vəsait elmi və mühəndis-texniki işçilər, ali məktəb müəllimləri və tələbələri, həmçinin metrologiya sahəsində fəaliyyət göstərən qurumlar və mütəxəssislər üçün nəzərdə tutulmuşdur.