Print
RESOLUTIONS
07.02.2011
Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə
03.02.2011

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 25

Bakı şəhəri, 3 fevral 2011-ci il

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması təsdiq edilsin (əlavə olunur).

2. Sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 5 il müəyyən edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ ÖLÇMƏ VASİTƏLƏRİNİN TİPİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA

S E R T İ F İ K A T

 SERTİFİKATIN NÖMRƏSİ:  ____________

                                                           ETİBARLIDIR:  "___" _______ 20___ilədək

                                                                

 

Bu Sertifikat təsdiq edir ki, sınaqların müsbət nəticələri əsasında

_____________________________________________________________                                   

( istehsalçı )

_____________________________________________________________

( ölçmə  vasitəsinin   adı )

 

 tipi təsdiq edilmiş, ölçmə vasitələrinin dövlət reyestrində ______ nömrə ilə

qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir.

 

Sertifikat __________________________ şamil edilir. 

                ( __ ədəd partiyaya / tək nümunəyə )

 

 Ölçmə vasitəsinin tipinin təsviri bu Sertifikatın əlavəsində göstərilmişdir.

 

Metrologiya şöbəsinin müdiri    _________________ _________________

                                                 ( imza )   ( soyadı,  adı,  atasının  adı )

 

 

M.Y.                                                             " ___"_____________ 20_____il